Icma.az
close
up
RU
Azərbaycan “Roblox”a rəsmi müraciət edib Bağlana bilər?

Azərbaycan “Roblox”a rəsmi müraciət edib Bağlana bilər?

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında yeni – “Uşaq hüquqları” haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.

O qeyd edib ki, hazırda uşaqların tərbiyəsinə güclü təsir edən sistem sosial şəbəkələrdir: “Bu, eyni zamanda uşaqların təhsilinə də təsir edir. Bununla bağlı bir sıra qadağalar və məhdudiyyətlər olmalıdır. Bilmək istərdim ki, bu məsələyə Milli Məclisdə baxılırmı? Avstraliyada ilk dəfə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkədən istifadəsi ilə bağlı belə qadağa qoyulub. Buna İngiltərə və İspaniya da hazırlaşır”.

Bu məsələyə Ombudsman Səbinə Əliyeva da münasibətini bildirib: “Çox vacib bir məsələyə toxundunuz. Mən də öz növbəmdə demək istərdim, unutmamalıyıq ki, süni intellekt insan hüquqlarına ən böyük təhdiddir. Bu məsələlərə ciddi yanaşmalıyıq. Xüsusilə də uşaqlar arasında pis vərdişlərin yayılması... Mənim tərəfimdən hazırlanmış hesabatda “Roblox” adlı oyunla bağlı məsələ öz əksini tapıb. İstərdim ki, bunun qarşısı ciddi şəkildə alınsın”.  

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Bahar Muradova əlavə edib ki, “Roblox”a müraciət ünvanlanıb: “Komitə olaraq biz “Roblox” korporasiyasına rəsmi müraciət ünvanlamışıq. Bildiyiniz kimi, bu platforma geniş oyun şəbəkəsinə malikdir və uşaqlar üçün demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst şəkildə reallaşdıra, həmin məzmunu dərhal ictimailəşdirə və digər uşaqları da bu prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli nəticələr doğura bilər.

Rəsmi müraciətimizdə iradlarımızı bildirmişik və onların nəzərə alınmasını tələb etmişik. Əgər bu məsələlər əməkdaşlıq çərçivəsində həll olunarsa, bu yolu seçəcəyik. Əks halda isə qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyik. Hesab edirəm ki, təkcə uşaqların deyil, ümumilikdə vətəndaşların sosial şəbəkələrdə davranışı məsələsi də bizi ciddi addımlar atmağa vadar edir. Təəssüf ki, bəzən yalnız uşaqlar və gənclər deyil, yetkin yaşlı-başlı adamlar belə etik normaları və dəyərləri pozan davranışlar sərgiləyirlər”.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri