Yeniyetmənin “Roblox”a görə intiharı parlamentdə müzakirə edildi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisdə Xətai rayonunda yeniyetmənin oyun platformasına görə intiharı məsələsi müzakirə edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc danışıb.
“Bildiyiniz kimi, bir neçə gün öncə Xətaidə uşaq hündürmərtəbəli binadan özünü atıb intihar etmişdi. Bu barədə Baş Prokurorluq da məlumat yaydı. İlkin istintaq “Roblox” oyunu ilə bağlı oldu.
Dünya statistikasına baxmağa çalışdım. ABŞ-nin 14 ştatında uşaqları intihara sövq edən, onları sanki robota çevirən platformalara qarşı məhkəmələrdə cinayət məsuliyyətinə dair iddialar qaldırılıb. Azərbaycan uşaqları arasında da belə oyunlarla bağlı peşəkar araşdırmalara ehtiyac var”, - komitə sədri bildirib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 Sentyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















