Icma.az
close
up
RU
Azərbaycan Rusiya: Bundan sonra nə olacaq?

Azərbaycan Rusiya: Bundan sonra nə olacaq?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hazırda Cənubi Qafqazda baş verənlər çox böyük problemdir".

Bunu Kremlin təbliğatçısı, “Vladimir Solovyovla axşam” verilişinin müəllifi Vladimir Solovyov deyib.

O qeyd edib ki, Xəzər dənizində tezliklə NATO-nun bazası peyda ola bilər:

"Bu, o qədər təhlüklidir və geopolitik baxımdan yanaşsaq, elə nəticələrə səbəb ola bilər ki, hazırda keçirdiyimiz xüsusi əməliyyat ( Ukraynaya hücum nəzərdə tutulur-red.) bizim nəslin keçirdiyi sonuncu xüsusi əməliyyat olmaya bilər. Ona görə də diplomatiyanın bütün mümkün vasitələrini işə salmaq lazımdır ki, prosesin bütün iştirakçılarına çatdıraq: Rusiyanın maraqlarına hörmət etmək lazımdır".

Solovyov bununla nəyin anonsunu verir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan politoloq Elşən Manafov bildirib ki, Rusiya ilə münasibətlərimizin böhran yaşadığı bir dövrdə Azərbaycanın şimalında, Rusiya sərhədlərinə yaxın ərazidə Türkiyənin razılığı ilə ona məxsus olacaq hərbi bazanın təşkili Moskvada bəlli dairələr tərəfindən burda NATO bazalarının yaradıla biləcəyi anlamında qəbul olunub. 

Onun sözlərinə görə, Solovyovun verilişində verilən anons da məhz bu narahatlıqdan irəli gəlir:

“Məsələyə emosional konteksdə deyil, ilk əvvəl hüquqi müstəvidə yanaşılmalı və qiymət verilməlidir. Əvvəla, Azərbaycan özünün dövlət təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquq çərçivəsində bəlli addımlar ata və qərarlar qəbul edə bilər. Azərbaycan və Türkiyə arasında 2021-ci ilin 15 iyununda Şuşada əldə edilmiş məlum bəyannəmə tərəflər arasında hərbi texniki əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri ehtiva edir. Bu razılaşma Azərbaycanın müraciət edəcəyi təqdirdə onun ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsini mümkün edir, lakin bu baza heç bir vəchlə NATO bazası kimi qəbul olunmamalıdır. 

Türkiyənin NATO üzvi olmasına baxmayaraq, onun suveren dövlət kimi digər ölkələrdə hərbi bazalar təşkil etmək hüququ var, hərçənd Türkiyə bu qərarının icrası istiqamətində addımlar atmazdan əvvəl müttəfiqi olan NATO dövlətləri ilə müəyyən razılaşmalar əldə etməyə məsuldur. Lakin bütün hallarda belə bir qərarın qəbul olunması Türkiyənin müstəsna suveren hüququdur. 

Bir şərtlə ki, bu qərarı ilə rəsmi Ankara NATO-nu çıxılmaz vəziyyətə salmasın. Maraqlıdır ki, Türkiyə ABŞ-dən sonra bu gün öz ölkəsinin hüdudlarından kənarda daha çox hərbi bazalara malik ölkədir. Onun hazırda Suriya, Keniya, Liviya, Somali, Qatar kimi ölkələrdə hərbi bazaları var. 

Şuşa Bəyannaməsindən sonra Türkiyə Prezidenti belə bir bazanın rəsmi Bakının müraciət edəcəyi təqdirdə Azərbaycanda da açıla biləcəyini istisna etməmişdi. Lakin o zaman da vurgulamışdı ki, hər şey Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Putinlə razılaşmalarından sonra həllini tapa bilər. Bu faktor göstərir ki, Türkiyə Rusiya ilə münasibətlərdə gərginliyə səbəb ola biləcək addımlar atmağı planlaşdırmır”.

Elşən Manafov qeyd edib ki, Azərbaycanın hərbi bazalarla bağlı qanununda dəyişiklik yalnız referendumdan sonra mümkündür:

“Rusiya Türkiyənin enerji təhlükəsizlində önəmli rol oynayan dövlətlərdəndir. Digər tərəfdən, tərəflər arasında ticarət, tikinti, turizm, kənd təsərrüfatı, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran münasibətlər var. 

Türkiyə Qərbin israrlı tələblərinə baxmayaraq, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. "Ak kuyu"da rusiyalı mütəxəssislərin dəstəyi ilə bu ölkədə atom enerjisi istehsal edəcək stansiyasının tikintisi gedir, nəhayət, məhz rəsmi Ankara Rusiya və Ukrayna arasında danışıqlarda dəfələrlə vasitəçi tərəf kimi çıxış edib. Söhbət İstanbul platformasında aparılan və Britaniyanın mudaxiləsi ilə pozulan danışıqlardan gedir.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycanın qüvvədə olan əsas qanunu və 2010-cu ildə təsdiq edilmiş Hərbi Doktrinası ölkə ərazisində digər dövlətlərin hərbi bazalarının yerləşdirilməsini qadağan edir. Bu məqsədlə ölkə konstitusiyasının müvafiq mətnindən bəlli müddəa çıxarılmalıdır. Bu isə yalnız referendumla ola bilər. Ölkənin Hərbi Doktrinasına gəlincə, o da parlament tərəfindən yenidən nəzərdən keçirilməlidir”.

Politoloq vurğulayıb ki, Azərbaycanı Avropanın enerji təhlükəsizliyi sahəsində Rusiyaya alternativ kimi təqdim etməyə çalışan tərəflərin hərəkətləri “stəkanda fırtına yaratmaq” cəhdinə bənzəyir:

“Solovyovun verilişində səsləndirilən fikirlərə gəlincə, söhbət Rusiya tərəfindən hər hansı hərbi müdaxilədən getmir, baş verə biləcək hadisənin Rusiyanın maraqlarına uygun olmayan müstəvi üzərinə keçməsinə yol verməmək üçün diplomatik kanallar vasitəsilə atıla biləcək addımlardan gedir. 

Azərbaycanı Avropanın enerji təhlükəsizliyi sahəsində Rusiyaya alternativ tərəf kimi verməyə çalışan tərəflərin hərəkətləri isə "stəkanda fırtına" yaratmaq cəhdinə daha çox bənzəyir. 

Azərbaycan Avropa ölklərinə  enerji nəqli ilə bağlı siyasətində öz iqtisadi- maliyyə maraqlarına uygun addımlar atır. Bu addımlar hər hansı üçüncü tərəfin iqtisadi maraqlarını hədəfə götürülməklə atılmır. 

Digər tərəfdən, Avropanın qazla təminatında Rusiyanın payı sanksiyalara qədər 45%, neftlə təminatında isə 24% idi. Bu gun Avropanın qazla təminatında Rusiyanın payı 19%-a düşüb, Azərbaycanın isə payı 4,1%-dir. Odur ki, Azərbaycan indiki vəziyyətdə belə Rusiyanı əvəz edəcək tərəf təsiri bağışlamır və buna iddialı tərəf də deyil”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Rusiya Elşən Manafov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri