Rusiya və Ukrayna atəşkəsə gedir: Bundan sonra nə olacaq?
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağ Evin Kommunikasiya direktoru Stiven Çun Xerson vilayətinin Oleşki şəhərində əldə olunan lokal atəşkəs razılaşmasını Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində vacib irəliləyiş kimi qiymətləndirib.
Ağ Ev rəsmisi bu barədə “X” hesabında paylaşım edib.
“Bu, sülhə doğru atılmış mühüm və müsbət bir addımdır”, - deyə Çun vurğulayıb.
Xatırladaq ki, Ağ Ev Rusiya və Ukraynanın ABŞ-nin Birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Alyoşki şəhərinə humanitar yardımın çatdırılması və sakinlərin təxliyəsi üçün “sükut rejimi”nin tətbiq olunmasına razılıq verdiyini açıqlayıb. Kiyev tərəfi də bu razılaşmanın əldə olunduğunu təsdiqləyib.
Atəşkəsin tarixi ilə bağlı tərəflərin bəyanatlarına gəlincə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Xerson istiqamətində humanitar əməliyyatların oktyabrın 27-dən etibarən start götürəcəyini bildirib.
Məlumata görə, lokal müstəvidə tam atəşkəs rejimi isə oktyabrın 29-da qüvvəyə minəcək.
Bununla yanaşı, Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova Xerson vilayətinin uşaq ombudsmanı İrina Kravçenko ilə birlikdə Oleşkidən olan uşaqlara lazımi tibbi yardımın göstərilməsini təmin edəcəklərini bəyan edib.
Qeyd edilən razılaşma Rusiya və Ukrayna arasında münaqişənin mümkün dondurulması və ya aktiv müharibədən tam atəşkəs rejiminə keçidin təmin edilməsi baxımından vacib addımlardan biri sayılır.
Çünki təmas xətti boyunca uzunmüddətli atəşkəsin baş tutması ilk növbədə, tərəflər arasında qarşısılıqlı etimadın olmasını tələb edir.
Doğrudur, hələlik atəşkəsə və ya münaqişənin dondurlmasına nail olunmayıb. Danışıqlar prosesində vasitəçilik edən ABŞ-nin vitse-prezidenti də Rusiya və Ukrayna arasında fikir ayrılığının qaldığını və bu səbəbdən razılaşma əldə etməyuin çox çətin olduğunu olduğunu deyib.
Lakin humanitar istiqamətlər üzrə razılığa gəlinməsi tərəfləri heç bir halda güzəştə getməmək və sona qədər mübarizə aparmaq mövqeyindən çəkindirə bilər.
Bu isə noyabr ayında Əbu-Dabidə gözlənilən danışıqlar prosesindən başlayaraq Rusiya və Ukrayna arasında kompromisin əldə olunmasını asanlaşdıracaq amildir.
Oleşki razılaşmasından başqa, Rusiya Ukraynaya əsirlərin 270 nəfərin 270 nəfərə dəyişdirilməsini təklif edib. Artıq rəsmi Kiyev buna müsbət cavab verib və yaxın vaxtlarda Ukrayna-Belarus sərhədində əsirlərin mübadiləsinin həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, diplomatik müzakirələrin münaqişənin həllinə töhfə verəcəyini demək çətin olsa da, əsir və girovların qaytarılması, dinc əhalinin döyüş zonasından təxliyəsinin təşkil edilməsi Rusiya və Ukrayna cəmiyyətlərində qarşılıqlı ictimai nifrətin, düşmənçiliyin aradan qaldırılmasına xidmət edə bilər.
Çünki tərəflər siyasi müstəvidə sülh və ya atəşkəs haqqında sənədlər imzalasalar belə, hər iki xalqın bununla barışması çətin olacaq. Ona görə də məsələnin hərbi, geosiyasi tərəfləri ilə yanaşı, ictimai və humanitar əsasları da nəzərə alınmalıdır.
Rusiyada girovluqda olan bütün uşaqlar Ukraynaya qaytarılmalı, eyni zamanda tərəflər bir-birinin ərazisində yaşayış binalarına və digər mülki obyektlərə hərbi zərbələr endirməyəcəyinə dair razılaşma imzalamalıdır.
Ona görə də birbaşa sülhdən və tammiqyaslı atəşkəsdən danışmaq çətin görünsə də, onu yaxınlaşdıracaq başqa vasitələri həyata keçirmək mümkündür.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 24 Oktyabr 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















