Icma.az
close
up
RU
Azərbaycan Rusiya: Dəyişən dünyada sabit qalan ikitərəfli münasibətlər

Azərbaycan Rusiya: Dəyişən dünyada sabit qalan ikitərəfli münasibətlər

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Rusiya qarşılıqlı hörmətə, etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə dönməz sadiqlik nümayiş etdirirlər. O cümlədən yüksəksəviyyəli rəsmilərin, tanınmış ictimaiyyət, mədəniyyət və din xadimlərinin səfərləri münasibətlərin yüksələn xətlə inkişafına güclü impuls verir. Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər. Dövlətimizin başçısı və birinci xanım qonağı səmimiyyətlə qarşılayıblar.

Bir-birinə böyük rəğbət, hörmət və qarşılıqlı dəstək

Prezidentlər İlham Əliyevin və Vladimir Putinin 2022-ci il 22 fevral tarixində imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” müasir dövrdə iki ökə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə möhkəm hüququ təminatlar yaradır. 43 bənddən ibarət olan Bəyannamədə iki dövlət arasında əməkdaşıq əlaqələrinin prioritet istiqamətləri göstərilib. Görüşdə qonağı salamlayan Prezident İlham Əiyev sürətlə dəyişən dünyada xalqlarımız arasında münasibətlərin sabit qaldığına xüsusi diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı deyib: “Zati-aliləri, xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Dəvətimi qəbul etdiyinizə və Azərbaycana səfərə gəldiyinizə görə sağ olun. Siz Azərbaycanda birinci dəfə deyilsiniz. Mehribanla bizim Sizinlə əvvəlki görüşlərimizlə bağlı çox yaxşı xatirələrimiz var. Zaman sürətlə keçir. Sizin ötən səfərinizdən artıq altı il keçib və əlbəttə, bu vaxt ərzində həm dünyada, həm ölkəmizdə, həm də regionda öyrəşdiyimiz stereotipləri tamamilə dəyişən hadisələr baş verib.

Xalqlarımız arasında münasibətlərə gəldikdə, məhz bu məsələdə hər şey sabitdir. Biz ənənəvi olaraq bir-birimizə böyük rəğbət, hörmət, qarşılıqlı dəstək göstəririk və şadam ki, xalqlarımız arasında möhkəm əlaqələr dövlətlərarası münasibətlərin bu cür bünövrəsini təşkil edir”.

Azərbaycanda konfessiyalar arasında anlaşma hökm sürür

Dünyada tolerantlıqla bağlı kədərli mənzərə fonunda Azərbaycan özünün nümunəvi multikulturaizm modelini təqdim edir. Respublikamızda multikulturalizm tarixdən gələn bir ənənədir, eyni zamanda, cəmiyyətimizin bugünkü reallığıdır. Deyə bilərik ki, Azərbaycan Qobal Şərqlə Qlobal Cənub, geniş İslam coğrafiyası ilə Avropa İttifaqı arasında arzulanan bir görüş yerinə çevrilib.

Dünya Azərbaycanın timsalında çoxkonfessiyalı cəmiyyətin ölkənin, dövlətin inkişafında necə mühüm rol oynadığının şahidi olur. Azərbaycanda insanların böyük qismi İslam dininə etiqad bəsləyir. Ancaq digər konfessiyaları təmsil edən vətəndaşlarımız da ölkəmizin inkişafında fəal rol alırlar. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Əlbəttə, Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlar da Sizin gəlişinizə çox sevinəcəklər. Sizinlə bu məsələ ətrafında fikir mübadiləsi apardığımız kimi, Azərbaycanda konfessiyalararası və millətlərarası sülh və anlaşma, qarşılıqlı dəstək hökm sürür. Bu, ölkələrimizin dayanıqlı inkişafının mühüm amilidir. Çünki əks halda, heç bir inkişafdan söhbət gedə bilməz. Çox şadıq ki, rus icmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizin inkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak edir, bütövlükdə Azərbaycanda yaşayan çoxsaylı xalqların bütün digər nümayəndələri ilə birlikdə ölkəmizin ümumi inkişafına böyük töhfə verir.

Sizinlə görüşmək, ünsiyyətdə olmaq bizim üçün həmişə xoşdur. Sizi Azərbaycanda səmimi-qəlbdən bir daha salamlayıram. Azərbaycan Sizin üçün yad ölkə deyil. Biz Sizin uzun illər ərzində Azərbaycan xalqının böyük dostu olduğunuzu bilirik. Siz həmişə sözdə və əməldə bizə hörmət göstərmisiniz və əminəm ki, bu müsbət dinamika gələcəkdə də qorunub saxlanılacaq”.

Dövlətlərarası münasibətlərdə liderlərin şəxsiyyəti amili

Dünya tarixindən liderlərin mənsub olduqları xalqların, ölkələrin və elə bəşəriyyətin taleyində zaman-zaman müstəsna rol oynadıqlarına aid çoxlu sayda misallar sadalamaq mümkündür. Məhz onlar ən kritik məqamlarda zəruri qərarlar verməklə və cəsarətli addımlar atmaqla tarixdə bir dönüş yaratmağı bacarıblar. İlham Əliyev də özündə yüksək liderlik keyfiyyətərini birləşdirən uzaqgörən siyasətçidir. Azərbaycanın həmişə sevinc hissi ilə gədiyi ölkə olduğunu bildirən Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill burada liderin şəxsiyyət amilinin müstəsna rol oynadığına xüsusi diqqət çəkib. Müqayisələr aparan Krill deyib: “Qarşınızda yəqin ki, öz İlahi missiyası ilə əlaqədar bütün dünya ölkələrinə səfər etmək imkanına malik olan insan əyləşib. Bu, müəyyən mənada xüsusi təcrübədir, həm də, sadəcə, müəyyən zaman ərzində deyil, tarix boyu səfər etmişəm. Yəni, məsələn, deyək ki, son 40 ildən artıq müddətdə Afrika, Asiya, Latın Amerikası, Avropa ölkələrindəki vəziyyəti müqayisə edə bilərəm. Ona görə də deyə bilərəm ki, insanlarla, dövlət xadimləri ilə ünsiyyətlə bağlı belə böyük təcrübə məndə müəyyən fikirlər, həyata, siyasətə baxış formalaşdırdı. Niyə gizlədim ki, hansısa ölkəyə gələndə, hətta dialoqa girəndə, dövlət başçıları ilə ünsiyyətdə olanda belə, özünü heç də həmişə rahat hiss etmirsən. Çünki elə məsələlər var ki, bəlkə də danışmaq və xatırlamaq da istəmirsiniz. O ki qaldı, Sizin mübarək ölkənizə, sanki buraya həmişə qanadlanıb uçursan.

Əvvəla, zənnimcə, bu, Sizin şəxsiyyətinizlə və təbii ki, icazənizlə deyərdim - Sizin gözəl həyat yoldaşınızın şəxsiyyəti ilə bağlıdır. Bu, bir növ insani səmimiyyət, həqiqi dostluq hissidir. Bax bu, necə dəyərlər, qəlbi hərarətləndirir və hər zaman aramızda olan belə düzgün, etibarlı, dürüst dialoqa sövq edir”.

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, həmçinin Azərbaycanla Rusiya arasında münasibətərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək ölkəsinin dövlət başçısının da Prezident İlham Əliyev barəsində çox səmimi fikirlər ifadə etdiyini diqqətə çatdırıb. Sitat: “Əgər Rusiya-Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin. Moskvadan yola düşərkən Vladimir Vladimiroviçlə görüşmək imkanım oldu. O da Sizin haqqınızda çox səmimi şəkildə yaxşı, düzgün sözlər dedi. Məndən xahiş etdi ki, 80 illik yubileyə dəvəti çatdırım və Siz bu mühüm tarixi qeyd etmək üçün Moskvaya səfər edə biləsiniz. Bizim Prezidentimiz də siyasi jest naminə öz əqidəsini dəyişməyə meyilli deyil. O, ya susacaq, ya da düşündüyünü açıq şəkildə deyəcək.

Vladimir Vladimiroviçlə ünsiyyət təcrübəsi olan biri kimi deməliyəm ki, onun sözlərində belə səmimi rəğbət və belə açıqlıq hiss etdim, buna şahidlik edə bilərəm. Ona görə də ümid edirik ki, Siz bu əlamətdar tarixlə - dəhşətli düşmən üzərində Qələbənin 80 illiyi ilə əlaqədar Moskvaya səfər edə biləcəksiniz”.

Mehriban xanım Əliyeva yüksək təltifə layiq görülüb

Görüşdə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.

Qeyd edək ki, xalqlar, konfessiyalar arasında inam və qarşılıqlı hörmət yaradılması  Birinci vitse-prezidet Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən qırmızı xətt kimi keçir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi ölkəmizin hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanıb. Belə səmərəli fəaliyyət öz növbəsində bütün dünyada təqdir olunur. Təsadüfi deyildir ki, Mehriban xanım Əliyeva indiyədək müxtəlif ölkələrin və nüfuzlu beynəlxalq təşkilatların çoxlu sayda yüksək mükafatlarına layiq görülüb. İndi onların sırasına  I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordeni də əlavə olundu. Xatırladaq ki, Latviya siyasətçisi Evika Silina, Bruney kraliçası Salehə, Danimarka siyasətçisi Mette Frederiksen, ispan opera müğənnisi Monserrat Kabalye, Malta siyasətçisi Roberta Metsola və digərləri də indiyədək bu yüksək mükafata layiq görülənlər sırasında yer alırlar.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 May 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see271

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see228

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see197

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see134

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Əgər Putin cümə gününə qədər Trampın ultimatuma əməl etməsə...

07 Avqust 2025 00:04see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri