Icma.az
close
up
RU
22 ildə dəyişən Azərbaycan... Fotolar

22 ildə dəyişən Azərbaycan... Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Tarixdə elə günlər var ki, xalq üçün taleyüklü əhəmiyyət daşıyır. Bugünkü kimi...

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür.

2003-cü ilin bu günü Ümumilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin ilk dəfə Prezident seçilməsi Azərbaycanın çağdaş tarixində mühüm hadisə oldu. Məhz həmin gündən etibarən regionda və ölkədə hadisələr öz təbii axarında davam etməyə başladı. 22 il əvvəl Prezident İlham Əliyev xalqa ilk müraciətində Azərbaycan dövlətinin və xalqının maraqlarını müdafiə edəcəyinə, ərazi bütövlüyümüzün qorunmasına söz vermişdi.

Bu gün həmin vədlərin reallığa çevrildiyinin canlı şahidi olmaq ölkə vətəndaşlarını qürurlandırır. Bu 22 ildə Azərbaycanın beynəlxalq məkanda nüfuzu daha da artdı, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız azad edildi, ordumuz gücləndirildi, iqtisadi və siyasi gücümüz möhkəmləndi, dövlət büdcəsinin gəlirləri artırıldı, dövlətimiz regionda və dünyada əsas söz sahiblərindən birinə çevrildi.

Bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ lideri Donald Tramp arasında keçirilən görüş də Azərbaycanın diplomatik meydanda gücünü bütün dünyaya göstərdi. Bu görüş Azərbaycanın strateji mövqeyinin, dövlət başçısının isə regional barış prosesindəki rolunun beynəlxalq səviyyədə tanınması idi.

İlham Əliyev beynəlxalq arenada Azərbaycan mövqeyini güclü şəkildə qoruyaraq “paraflanmış sülh müqaviləsi” mərhələsinə qədər irəliləməyi bacardı. Belə yüksəksəviyyəli görüşdə ölkəmiz qarşısında dayanan hədəfləri: sülhün təminatını, nəqliyyat yollarının açılmasını, regionda sabitliyin təmin olunmasını qətiyyətlə irəli sürdü. Bu, dövlətin mövqeyinə və xalqın inamına güclü mesaj idi. İlham Əliyevin bu görüşdə göstərdiyi siyasi bacarıq və diplomatik həssaslıq Azərbaycanın həm daxili, həm də xarici siyasətdə dayanıqlı mövqe tutmasına xidmət edir.

Eyni zamanda, İlham Əliyevin diplomatiya müstəvisindəki çevik və uzaqgörən siyasəti Azərbaycanı mühüm beynəlxalq mövzuların müzakirə olunduğu masalara daşıdı. Onun ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı da buna ən gözəl nümunələrdən biridir.

Məhz həmin sammitdə Donald Trampın İlham Əliyev haqqında söylədiyi “o, çox güclü liderdir, işini çox yaxşı görür... Onunla düşmən olmaq istəməzsiniz” kimi fikirləri heç də təsadüfi deyil. Tramp Azərbaycan-Ermənistan münaqişəsi və sülh prosesi fonunda İlham Əliyevin qətiyyətli siyasi iradəsini görə bilən siyasətçidir. Çünki Rusiya və İran kimi nəhəng güclərin qonşuluğunda yerləşən bir ölkə liderinin bu qədər uzaqgörən siyasət yeritməsi, sərt mövqe ortaya qoyması hər dövlət başçısının bacara biləcəyi iş deyil. Azərbaycan, həmçinin Türk Dövlətləri Təşkilatının lokomotivi missiyasını da öz üzərinə götürüb. Bu da İlham Əliyevin sülhə və balanslaşdırılmış diplomatiyaya söykənən xarici siyasətinin nəticəsidir.

Bundan başqa, Cənubi Qafqazda reallaşdırılan bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum xətti və Cənub Qaz Dəhlizi, TAP layihəsi, Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.

Sonda isə əminliklə deyə bilərik ki, keçən bu 22 il dövlətçilik tariximizin ən sabit, ən şanlı və qüdrətli dövrü kimi yadda qalıb.

Nuranə Daxilqızı









Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri