Icma.az
close
up
RU
Dəyişən dünya, güclənən qadın: Azərbaycan nümunəsi

Dəyişən dünya, güclənən qadın: Azərbaycan nümunəsi

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya elmləri doktoru

Qadınların sosial həyatda rolu tarix boyu cəmiyyətin inkişafında mühüm yer tutub. Qədim dövrlərdən bu günə qədər qadınlar ailədə, iqtisadiyyatda, siyasətdə və digər sahələrdə əhəmiyyətli mövqeyə sahib olublar. Müasir dünyada gender bərabərliyi ideyalarının yayılması ilə qadınların cəmiyyətə təsiri daha da güclənmişdir. Bu gün qadınlar sosial, iqtisadi, siyasi və mədəni sahələrdə fəal şəkildə iştirak edirlər. Onlar müxtəlif peşələrdə çalışır, elmi araşdırmalar aparır, biznes sahəsində uğurlar əldə edir və siyasətdə mühüm vəzifələr tutur. Bundan əlavə, qadınlar ailənin əsas dayağı olmaqla yanaşı, cəmiyyətin formalaşmasına da mühüm töhfə verirlər. Qadınlar gələcək nəsillərin yetişməsində mühüm rol oynayır, vətənpərvər, milli dəyərlərimizə, adət-ənənələrimizə bağlı gənclər yetişdirirlər.

Qadınların sosial həyatda rolunun artması cəmiyyətin inkişafında mühüm əhəmiyyət daşıyır. Tarix boyu Azərbaycan qadınları ailədə, təhsildə, iqtisadiyyatda, siyasətdə və mədəniyyətdə əhəmiyyətli rol oynamışlar. Xüsusilə XX əsrin əvvəllərindən etibarən qadınların sosial həyatda iştirakı sürətlə artmış, onların hüquqlarının genişləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Müasir dövrdə isə Azərbaycan qadınları ictimai, siyasi və iqtisadi sahələrdə fəal iştirak edərək cəmiyyətin inkişafına töhfə verməkdədirlər. Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən bilavasitə asılıdır. Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. Hətta müşahidələr göstərir ki, qadınların çalışdığı kollektivlərdə belə ümumi iş ahəngi müsbət olur.

Qədim və orta əsrlərdə Azərbaycan qadınları cəmiyyətin vacib üzvləri kimi ailədə, təsərrüfat işlərində və sənətkarlıqda mühüm rol oynamışlar. Tarixi mənbələrdə qadınların ipəkçilik, xalçaçılıq və digər sənət sahələrində yüksək bacarıqlara malik olduqları qeyd olunur. Bununla yanaşı, Azərbaycan qadınları dövlət idarəçiliyində də rol oynamışlar. Möminə Xatun, Sara Xatun, Tomris, Nüşabə kimi qadınlar saray həyatında fəal iştirak etmiş, siyasi qərarların verilməsində təsir sahibi olmuş, liderlik nümayiş etdirmişlər.

XX əsrin əvvəlləri Azərbaycan qadınlarının sosial həyatda rolunun daha da genişlənməsi ilə xarakterizə olunur. Xüsusilə 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi qadın azadlığının ən mühüm nailiyyətlərindən biri olmuşdur.

Sovet dövründə isə qadınların təhsilə, iş həyatına və ictimai fəaliyyətlərə cəlb olunması daha da genişləndi. Bu dövrdə Azərbaycan qadınları elm, səhiyyə, sənaye və digər sahələrdə çalışaraq ölkənin inkişafına töhfə verdilər, elm və mədəniyyət sahələrində böyük uğurlar qazandılar.

Müstəqillik dövründə Azərbaycan qadınlarının sosial həyatda rolu daha da genişləndi. Bunun başlıca səbəbi Ulu öndərimiz Heydər Əliyevin yürütdüyü uğurlu qadın siyasəti idi. O, həyatın bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Bu siyasət Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai-siyasi, sosial və iqtisadi həyatda fəal iştirakının təmin edilməsi istiqamətində mühüm addımlarla xarakterizə olunur. Heydər Əliyev qadınların hüquqlarını qorumağı dövlət siyasətinin prioritetlərindən biri elan etdi. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasında qadın və kişilərin bərabər hüquqları təsbit olundu. Ümummilli liderin hakimiyyəti dövründə qadınların parlamentdə və icra hakimiyyəti orqanlarında təmsilçiliyi yüksəldi. O, qadınların dövlət idarəçiliyində daha fəal iştirakına təşviq edən çıxışlar edirdi. Heydər Əliyevin qadın siyasəti Azərbaycan cəmiyyətində qadınların rolunu gücləndirdi, onların sosial, siyasi və iqtisadi həyatda daha fəal iştirakını təmin etdi. Onun qurduğu siyasət bu gün də uğurla davam etdirilir və qadınların inkişafına töhfə verməkdədir.

Qadınlar indi cəmiyyətin müxtəlif sahələrində - siyasət, biznes, elm, mədəniyyət və digər sahələrdə fəal iştirak edir, həmçinin müasir dünyamız üçün çox aktual olan iqlim fəaliyyətlərinin ön sıralarında gedir. Onlar iqlim fəalları kimi liderlik nümayiş etdirir, təşəbbüslər irəli sürürlər.

Müstəqil Azərbaycanda qadınların siyasi həyatda iştirakı daim artmaqdadır. Milli Məclisdə və Naxçıvan Muxtar Respublikası Ali Məclisində qadın deputatların sayı getdikcə çoxalır və onlar qanunvericilik proseslərində fəal iştirak edirlər. Bundan əlavə, qadınlar dövlət idarəçiliyində də mühüm vəzifələr tuturlar. Mehriban xanım Əliyevanın Azərbaycanın birinci xanımı və Birinci vitse-prezident kimi fəaliyyəti qadınların ölkə rəhbərliyindəki rolunun ən yaxşı nümunəsidir.

Azərbaycan qadınları bu gün iqtisadi sahədə də mühüm mövqeyə malikdirlər. Bir çox qadın sahibkarlar biznes sahəsində uğurlar qazanaraq, ölkə iqtisadiyyatına töhfə verirlər. Dövlətin qadın sahibkarlığının inkişafına dəstəyi nəticəsində qadınların iş dünyasında iştirak faizi artmaqdadır.

Elm və təhsil sahəsində də Azərbaycan qadınları mühüm rol oynayırlar. Elmi tədqiqat müəssisələrində, universitetlərdə qadın akademiklər, professorlar və tədqiqatçılar çalışır. Azərbaycan qadınları beynəlxalq elmi layihələrdə iştirak edərək, ölkəmizi dünyada layiqincə təmsil edirlər. Həmçinin mədəniyyət və incəsənət sahəsində də qadınlarımız böyük uğurlar əldə ediblər. Azərbaycanın görkəmli qadın rəssamları, yazıçıları və rejissorları ölkəmizi beynəlxalq səviyyədə təmsil edirlər.

Azərbaycan qadınları tarixən cəmiyyətin mühüm üzvləri olmuş və müxtəlif sahələrdə böyük uğurlar qazanmışlar. Müasir dövrdə qadınların siyasətdə, iqtisadiyyatda, elmdə və mədəniyyətdə rolu daha da artmışdır. Lakin gender bərabərliyi və qadın hüquqları sahəsində görüləcək işlər yenə də var.

Qadınların sosial həyatda daha fəal iştirak etməsi üçün təhsil imkanlarının artırılması, qanunvericiliyin təkmilləşdirilməsi və ictimaiyyətin maarifləndirilməsi vacibdir. Cəmiyyətin inkişafı üçün qadın və kişi hüquqları bərabər şəkildə təmin olunmalı və qadınların potensialından tam istifadə edilməlidir. Çünki qadınlarımızın sosial həyatda rolu artdıqca, ölkəmizin inkişafı daha da sürətlənəcək və cəmiyyət daha sağlam və firavan olacaqdır.

Qadın həyatdır, anadır, gözəllik, ülvilik rəmzidir. Dünyanı gözəlləşdirən, həyatı mənalandırandır. Azərbaycan qadınının gözəlliyi, sədaqəti, mərdliyi ana məhəbbətinin ülviliyi xalq yaradıcılığı nümunələrində, görkəmli sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunmuşdur. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Çünki həyatın elə bir sahəsi yoxdur ki, orada qadınlarımızın olmasın. Bu sahələrin hər birində onlar uğurla çalışır, öz ayıq-sayıqlığı, çevikliyi, düzgün qərar qəbul etmək bacarığı ilə hamını heyrətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Mart 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri