Icma.az
close
up
RU
“Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, amma zərbələr alır” Elman Nəsirov

“Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, amma zərbələr alır” Elman Nəsirov

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmamasına baxmayaraq, bu ölkədən zərbələr alıb.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, Rusiyada azərbaycanlılara qarşı keçirilmiş əməliyyat xüsusi qəddarlığı ilə seçilir:

“Bu əməliyyat zamanı Səfərovlar ailəsindən qətlə yetirilənlər və işgəncəyə məruz qalanlar var. Bu, Stalin repressiyalarını xatırladır. O dövrdə heç olmasa görüntü xatirinə məhkəmə qurulurdu. İndi isə heç bir məhkəmə olmadan onları cinayətkar elan edib qətlə yetiriblər. Bu prosesin arxasında Rusiyanın hüquq-mühafizə orqanları dayanır. “OMON”un bu qədər azğınlaşması insanlarda hiddət doğurur. Hansı məhkəmənin qərarı ilə bu hadisə baş verib? Bütün bunlar dünyanın gözü qarşısında baş verir”.

Deputatın sözlərinə görə, Rusiyada hüquq sahəsində xaos hökm sürür:

“Rusiya Ukraynada törətdiyi əməllərə görə lazımi cəzanı almadığı üçün arxayınlıq yaranıb. Hesab edirəm ki, Rusiya rəhbərliyi bu məsələdə – cinayətkarların ifşa olunması ilə bağlı – qətiyyətli olmalıdır. Rusiya dövləti anlamalıdır ki, bu gün onun tərəfdaşlarının sayı barmaqla sayılacaq qədərdir. Azərbaycan heç vaxt Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, əvəzində isə zərbələr alıb. Təyyarə qəzasından sonra nə Azərbaycana kompensasiya ödənildi, nə də cinayətkarlar cəzalandırıldı. Azərbaycanlı deputatın Rusiyadan deportasiya edilməsi də hələ unudulmayıb. Eyni zamanda, bu ölkədən Azərbaycana qarşı kiberhücumların təşkil olunduğu da ortaya çıxıb. Son baş verənlər Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik sazişinin ruhuna uyğun deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 İyun 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri