Icma.az
close
up
RU
Azərbaycan nümunəsi Gürcüstan üçün çox önəmlidir Elman Nəsirov

Azərbaycan nümunəsi Gürcüstan üçün çox önəmlidir Elman Nəsirov

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqı son bir həftə ərzində başda Rusiya olmaqla, Çin, Hindistan, İran, Serbiya və Şimali Koreyaya sanksiyalar tətbiq edib. Bunlarla yanaşı Gürcüstanda dinc aksiyalara qarşı zorakılığın arxasında duran gürcü məmurlara sanksiyaların tətbiqi məsələsi də müzakirə olunub. Eyni zamanda ABŞ də yaxın günlərdə Gürcüstana sanksiyalar tətbiq edəcəyini bəyan edib. Bu cəza tədbirlərinin parlament və prezident seçkilərindən sonra görülməsi isə ortaya müəyyən suallar çıxarır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, Avropa İttifaqı Gürcüstan xalqının seçimini qəbul etməkdə çətinlik çəkir və seçkinin nəticələrindən narazıdır.

"Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri Avropa İttifaqını heç bir halda qane etməyib. Çünki Avropa İttifaqı istəyirdi ki, bu seçkilərin nəticəsində o qüvvələr hakimiyyətə gəlsin ki, onlar öz dövlətçilik maraqlarını kənara qoyub Qərbin, Avropa İttifaqının maraqlarına xidmət etsin. Lakin xalqın seçimi fərqli oldu. Xalq Kobaxidze hökumətinə səs verdi. Kobaxidze hökuməti də çox gözəl fərqində idi ki, Qərbin müəyyən dairələri, xüsusilə də Avropa İttifaqı seçkinin nəticələrinə təsir göstərmək istəyir və hətta hədələyirdi ki, əgər qutudan Avropa İttifaqının istədiyi adamlar çıxmasa, ölkədə vəziyyət gərginləşə bilər və proseslər xaotik mənzərəyə gedə bilər. Amma gürcü xalqı müdrik xalqdır. Xalq gördü ki, bu qüvvələrin əsl niyyəti nədir, onları heç bir halda gürcü dövləti və gürcü xalqının taleyi maraqlandırmır. Onları strateji niyyətlər maraqlandırır. Çalışırlar ki, necə Fransa vətəndaşı olan Zurabişvilini prezident etmişdilər, eyni qaydada da parlamenti ələ keçirsinlər və hökuməti də formalaşdırsınlar. Bununla da onların sözü ilə oturub-duran hökumət və parlament yaratsınlar. Ancaq onların bu niyyəti baş tutmadı, hakimiyyət ciddiyyət nümayiş etdirdi və nəticədə Qərb, Avropa İttifaqının ölkədə daxili vəziyyəti kritik həddə çatdırmaqla bağlı atdığı addımlar fiaskoya uğradı. Artıq Gürcüstanda prezident də seçildi.

İndi də buna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə başlayıblar. Bunlar Avropa İttifaqı, Birləşmiş Ştatlardır".

Deputatın sözlərinə görə, Gürcüstan Azərbaycanın milli maraqlara əsaslanan siyasətindən nümunə götürür:

"Onların nəticəsi olmayacaq. Çünki əsas odur ki, bu hakimiyyəti gürcü xalqı müdafiə edir. Xalq-hakimiyyət birliyi var və bu olan yerdə bütün təzyiq və təhdidlər heç bir nəticə vermir. Həm də Gürcüstan Azərbaycan timsalında qonşu dövlətin strateji tərəfdaşının atdığı addımları da izləyir və görür ki, Azərbaycanın atdığı addımlar doğru, dürüst, milli maraqlara söykənən addımlardır. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqının milli maraqları ilə müstəqil siyasət həyata keçirir. Hesab edirəm ki, Azərbaycan nümunəsi də Gürcüstan üçün bu baxımdan çox önəmlidir".

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri