Icma.az
close
up
RU
Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir

Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İyulun 19-da Prezident İlham Əliyevin iştirakı ilə Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirdi. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışı, iştirakçıların çoxsaylı suallarına cavabı bir daha tarixi həqiqətlərimizin, şanlı Qələbəmizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar əsasında dövrün çağırışlarının, onların düzgün cavablandırılması yollarının təqdimatı oldu. Dövlət başçısı İlham Əliyevin çıxışının mahiyyətində Azərbaycanın, regionun gələcəyi ilə bağlı çağırışlar dayandı.  Üçüncü dəfədir belə bir mühüm tədbirin Qarabağda keçirildiyini önə çəkən cənab İlham Əliyev  Şuşa Media Forumunun artıq ənənəvi xarakter  aldığını bildirdi və bu əminliyi ifadə etdi ki, ənənə davam edəcək. İllər keçdikcə qonaqların sayı artacaq, coğrafi əhatə daha da genişlənəcək. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.

Azad Qarabağın, azad Şərqi Zəngəzurun beynəlxalq tədbirlər üçün ideal məkana çevrilməsi həm Zəfərimizin və  suverenliyimizin bərpasının yaratdığı reallıqların təsdiqi, həm də təkmil dirçəliş prosesinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi  əhəmiyyət kəsb edir.  Xankəndi şəhərinin suverenliyimizin tam bərpasından ötən iki ilə yaxın dövr ərzində böyük quruculuq meydanına çevrilməsi ev sahibliyi etdiyi tədbirlərin miqyasında da özünün aydın ifadəsini tapır. Iyul ayının əvvəlində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün iştirakçılarını bir araya gətirən Xankəndi şəhəri 19 iyulda III Şuşa Qlobal media Forumuna ev sahibliyi etməklə çoxsaylı qonaqlarını dirçəlişi ilə heyrətləndirdi. “Görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik” söyləyən Prezident İlham Əliyev öncədən bu əminliyi ifadə etdi ki, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması, azad olunan ərazilərdə görülmüş işlər  qonaqlar üçün  cəlbedici olacaq”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günə sabitlik diyarı kimi nüfuz qazanıb: “Ölkəmiz hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməklə ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr edir. Azərbaycan birləşdirici, sabitləşdirici aktora çevrilib. Artıq son beş ildə tarixi Zəfərimizin reallıqlarından bəhs edirik. Yeni dövr yeni çağırışları ilə xarakterizə edilir. Hazırkı mərhələnin, eyni zamanda, yeni dünya nizamının formalaşdığı dövr olduğunu nəzərə alsaq daim ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycanın  hadisələrə real yanaşması  olduqca böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Forumdakı çıxışında “Daxili gündəliyimizə gəldikdə aydındır ki, Azərbaycan öz inkişafına hansı istiqamətdə davam edəcəkdir. Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik” söyləyərək bu gün üçün aktual olan məsələyə diqqəti yönəltdi. Qeyd edildi ki, regional inkişafda və  əməkdaşlıqda bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir”.

Malik Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin söylədiyi hər bir fikir, gündəmə gətirdiyi hər bir məsələ, irəli sürdüyü təklif  gələcək üçün bir  istiqamətdir: “Dövlətimizin başçısı bu fonda bildirdi ki, qərarları yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslanır. Azərbaycanın aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmasları var və onların əksəriyyəti ilə sərmayədar kimi işləyir. Enerji sektoruna xarici sərmayələrin cəlb edilməsində yaxşı təcrübə var. Son 20 ildə Azərbaycana yatırılmış yalnız xarici sərmayələrin məbləği 200 milyard dollara bərabər olub. Azərbaycan sabit, özünü təmin edən və gələcəyə aydın baxışları olan ölkədir. O da vurğulandı ki, süni intellektlə bağlı nə baş verəcəyini söyləmək çətindir. Çünki müxtəlif cəmiyyətlərin fərqli təbəqələrində buna güclü və artan müqavimət var. Bu proses hələ yeni başlayıb. İndi “nəyə nail olacağıq, nəyə yox” söyləmək düzgün olmazdı”.

Millət vəkili Azərbaycanın dövrün çağırışlarına uyğun olaraq xarici siyasətimizin əsas hədəflərindən də bəhs edib: “Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, xarici siyasətimizin istiqaməti dəyişməyib, lakin forması dəyişib. Səbəb işğal zamanı xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra beynəlxalq arenada daha fəalıq və müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Azərbaycan beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilib. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq”.

Malik Həsənov bildirib ki, Forum Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı: “Prezident İlham Əliyev Azərbaycanın dayanıqlı inkişafını təmin edən amilləri əsaslı şəkildə diqqətə çatdırdı. Həmçinin sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlara da xüsusi diqqət yönəltdi. Bildirdi ki, Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması məsələləri həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Bu da region üçün çox böyük yenilik,  dəyişiklik olacaq. Cənubi Qafqaz sabitlik məkanı olacaq”.

Millət vəkili  qeyd edib ki,  dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönələn  Şuşa Qlobal Media Forumu  gələcəklə bağlı çağırışlarla zəngin oldu. Azərbaycan yenə də hər sahədə uğurlu inkişafını, təcrübəsini, yeni hədəflərini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı qazandı. Keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın ev sahibliyini yüksək səviyyədə həyata keçirmək təcrübəsini nümayiş etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri