Icma.az
close
up
RU
Andrey Bıstritski: Azərbaycan kifayət qədər müstəqil, özünü təmin edən ölkədir MÜSAHİBƏ

Andrey Bıstritski: Azərbaycan kifayət qədər müstəqil, özünü təmin edən ölkədir MÜSAHİBƏ

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski dünyada baş verən geosiyasi dəyişikliklərin Cənubi Qafqaza necə təsir edə biləcəyini “Moskva-Baku” portalına müsahibəsində şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Andrey Georgiyeviç, bu gün geosiyasi vəziyyət müəyyən dərəcədə Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması istiqamətində dəyişə bilər. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxış edərək Rusiyanın xarici siyasətinin prioritetlərini açıqlayıb. Onların arasında MDB ölkələri ilə münasibətlərin dərinləşdirilməsi, Avrasiya təhlükəsizliyinin qurulması, qlobal Cənub dövlətləri ilə yaxınlaşma, daha ədalətli dünya və çoxqütblülük var. Moskva ilə Vaşinqtonun yaxınlaşması ilə bağlı Rusiyanın xarici siyasət konsepsiyasında nəsə dəyişə bilərmi və münasibətlərin normallaşması Cənubi Qafqaza necə təsir edə bilər?

-Rusiyanın xarici siyasət konsepsiyası olduğu kimi qalacaq. Bunun əksi üçün heç bir rasional səbəb yoxdur. Rusiyanın xarici siyasəti Amerika ilə müsbət münasibətləri istisna etmir. Rusiya Federasiyası heç vaxt Qərblə pis münasibətlərə can atmayıb;

Rusiya Qlobal Cənub ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi kursunu davam etdirir. Vektor irəliləyişlə müsbət olacaq.

Qlobal səviyyədə hər şey dünyadakı proseslərlə bağlıdır. Açığı, Rusiya ilə Amerika arasında münasibətlər qismən də olsa bərpa olunarsa, müsbət tendensiya olarsa, bunun Cənubi Qafqaz elitasının əhval-ruhiyyəsinə təsir edəcəyi aydındır.

Çünki Tramp Transqafqazda heç kimin tərəfində olmayacaq. Eyni zamanda, qərbi avropalıların regionda fəallığı artacaq və artıq artmaqdadır.

Əgər regiondaxili münasibətlərin konfiqurasiyası haqqında danışsaq, onda hər bir ölkə öz maraqları haqqında daha çox düşünməli olacaq.

Cənubi Qafqazın bütün dövlətləri öz siyasətlərinə görə çox fərqlidirlər. Əgər Ermənistandan danışırıqsa, o zaman Baydenin dövründə də onun dəstəyi realdan daha simvolik idi.

Paşinyan faktoru... izah etmək mənim üçün çətindir, amma bu, tibbi faktdır. O, davamlı və çox israrla siyasi ritorika səsləndirir, hansı ki, orada arzulamağı reallıq kimi qəbul edir. Baydendən Ermənistana real dəstək olmadı. Eləcə də Avropa tərəfdən. Trampın dövründə daha az dəstək olacaq.

Gürcüstan son vaxtlar çox müstəqil hərəkət edir. Gürcüstan hakimiyyəti əhalini öz ətrafında birləşdirə bildi.

Azərbaycan kifayət qədər müstəqil, özünü təmin edən ölkədir, başqasına deyil, konkret olaraq Azərbaycan Respublikasına lazım olan suveren qərarlar, qanunlar qəbul etmək üçün kifayət qədər güclənmiş bir dövlətdir.

Əgər konkret ölkənin milli elitası konsolidasiya olunubsa və dövlətə nə lazım olduğunu bilirsə, o zaman müxtəlif geosiyasi çəkişmələr ölkəyə təsir etmir.

Düşünürəm ki, bu və ya digər administrasiyanın ABŞ-da hakimiyyətdə olmasının Cənubi Qafqazda vacibliyini şişirtməyə ehtiyac yoxdur. Hətta Trampla bağlı belə bunu demək olmaz, onun sözləri ilə hərəkətləri arasında böyük fərq var.

Bəli, ABŞ-ın Demokrat administrasiyası Cənubi Qafqazda Respublikaçılardan daha fəal idi. Tramp administrasiyası heç bir münaqişənin tərəfi olmaq istəmədiyini və diqqətini Amerikanın daxili işlərinə yönəltmək niyyətində olduğunu vurğulayıb. Respublika administrasiyasının yaxşı və pis hesab etdiyi rasional idarəçiliyin, milli hədəfin müəyyən edilməsinin məntiqi budur. Bu, onlar üçün yaxşı olan deklorativ səviyyədə bəzi dəyərlərə sadiqliklərində ifadə olunmur. Trampın məntiqi odur ki, təhlükə ilə mübarizə aparmaq lazımdır; Biz konsensus tapmalıyıq, çünki bir çox təhdidlər düzgün idarə edilmədikdə təhlükəyə çevrilir. Trampın ikinci variantı güclə cavab verməkdir.

-Rusiya ilə Azərbaycan arasında münasibətlər. İndiki vəziyyət və gələcək haqqında nə deyə bilərsiniz?

- Çətinliklərə qalib gəlmək həmişə ümidvericidir, coğrafiya həmişə coğrafiya, tarix tarix, insanlar insan olaraq qalır. Ölkələrimizin çoxlu əlaqələri var. Kiminsə onları məhv etmək istəyi güclü olsa belə, bu işləməyəcək.

Problemləri necə aradan qaldırmaq olar? Ağlabatan, adekvat informasiya vəziyyətinə keçid həm Rusiyada, həm də Azərbaycanda zəruridir. Hər iki tərəfdə münasibətlərin bir növ gərginləşməsi üçün şüurlu və ya şüursuz oynayan kifayət qədər insanlar var. Niyə bunu edirlər? Əksər hallarda eqoist səbəblərdən, onlara göründüyü kimi, hansısa siyasi karyerada irəliləmək istəyindən irəli gəlir.

İnformasiya şəffaflığı və materialın adekvat təqdimatı tələb olunur. İnformasiya məkanında oynayanlar baş verənləri böyük ölçüdə təhrif edir və münasibətlərə daha da xələl gətirirlər.

Münasibətlərimizdəki bəzi gərginliklər faciəvi hadisələrlə bağlıdır. Bu arada həyat bir yerdə dayanmır. Dediyim kimi, hər şey böyük elitanın- həm Rusiya, həm də Azərbaycanın- əlindədir. İnformasiya baxımından da belədir.

Gəlin görək çətinliklərin öhdəsindən necə gələ bilərik. Bunun baş vermə ehtimalı yüksəkdir. Müsbət dinamika var. Və zaman bütün yaraları sağaldır. Ukraynada münaqişənin qaynar fazasının başa çatması Rusiya ilə Azərbaycan arasında münasibətlər üçün də müsbət olardı.

Tərcümə - Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Mart 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri