Icma.az
close
up
RU
Azərbaycan şahmatının durumu...çılpaqlığı ilə

Azərbaycan şahmatının durumu...çılpaqlığı ilə

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

CEYHUN ƏLİYEV

Nicat Abasovun Namizədlər turnirindəki uğursuz çıxışı (bəzəməyə və hansısa formada don geyindirmək cəhdləri eybəcər görünür), Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi nəhənglərin karyeralarının zirvəsini arxada qoyması yaxın illərdə Azərbaycan şahmatının uğur əldə edəcəyinə dair heç bir nikbin proqnoz üçün şans saxlamır.
Bəs niyə belə oldu və vəziyyəti düzəltmək üçün nə kimi addımlar atılır/atılmalıdır?
Başlayaq sualın ilk hissəsindən. Azərbaycan şahmatının benefisi cəmi bir şahmatçı nəsli ilə bağlıdı: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, mərhum Vüqar Həşimov, Rauf Məmmədov və Qədir Hüseynov. Adlarını çəkdiyimiz şahmatçılardan başqa 2700 reytinqi həndəvərində heç bir dərin zəka sahibimiz olmayıb. Bu nəslin yetişməsi və uzun illər Vətənimizin adının zirvədə qalmasını təmin edən şəxs Heydər Əliyev olub. O indidir ki, əksər bölgələrimizdə şahmat məktəblərinin fəaliyyət göstərməsini normal hal kimi qəbul edirik. O indidir ki, paytaxtımızda 10-dan çox şahmat məktəbi fəaliyyət göstərir. O indidir ki, yeri qazanda da torpağın altından istedadlı şahmatçımız çıxacaq. Ovaxtlar isə bunu etdirən ulu öndərimiz olub. Və uzun illər Azərbaycan Şahmat Federasiyası (AŞF) məhz onun kölgəsində gizlənib ki, guya ölkəmizdə şahmatın inkişafı üçün hər şey edilir. Əslində isə dünyaya 4 nəfər 2700+ reytinqli şahmatçı bəxş edən ölkədə sadəcə, Heydər Əliyevin yaratdığı dividendlərdən istifadə edilib. AŞF-nin ovaxtkı prezidenti Elman Rüstəmov faktiki olaraq hazır mexanizmin məhvi yolunda hər şey etdi. Adlarını çəkdiyimiz şahmatçılar həmin performansı göstərə bilmədiyi dövrdə isə kreslonu boşaltdı.
Yeni eraya start Mahir Məmmədovla verilib. İndiyədək rastımıza gəlməyən toplanışların sayı "yağışdan sonra göbələk" tempi ilə olmasa da, artmağa başladı. Ölkəyə tanınmış mütəxəssislər ayaq açmağa başladı. İstedadlı şahmatçılar beynəlxalq turnirlərə göndərildi. Onlar üçün aparıcı azərbaycanlı pedaqoqlar tərəfindən seminarlar təşkil olundu.
Bu gün İddiaçılar Turnirində gördüyümüz hindistanlı qrossmeysterlərin üzə çıxmasında Boris Gelfandın (şahmat Tacı uğrunda final oynayıb, maksimal reytinqi 2777) çox böyük rolu olub. İndi isə israilli mütəxəssis AŞF tərəfindən işə cəlb edilib və istedadlı gənclərimizin yetişməsi üçün əlindən gələni edir.
Vladimir Çuçelov. Bəlkə də bu ad sıravi şahmatsevənlərə o qədər də tanış deyil. Ancaq o, Lük van Veli, Aniş Giri, Fabiano Karuana, Teymur Rəcəbov kimi qrossmeysterlərin məşqçisi olub! Bu gün də gənc şahmatçılarımızın yetişməsi üçün biliklərini bölüşür.
Yevgeni Tomaşevski (Aydın Süleymanlının son yüksəlişinin baş səbəbkarı) ilə Mixail Şereşevski (şahmat sonluqlarının ən güclü bilicilərindən sayılır, qadın şahmatçılarımızın hazırlanmasında müstəsna pay sahibidi) isə ümumiyyətlə, Bakıdan heç yana getmirlər. Hər gün iş başında olan bu tandemin qadınlardan ibarət yığmaya da böyük faydası dəyir.
Nəhayət, bir neçə gün öncə daha bir pozitiv məqam diqqətimizi çəkdi. AŞF şahmat məşqçilərinin attestasiyasını keçirməyə hazırlaşır. Sxemin necə işləyəcəyinə dair müfəssəl məlumat verilməsə də, xüsusi komissiyanın məşqçiləri təsnifatlandıran lisenziya attestasiyası keçirəcəyini öyrənə bildik. Uzun illərdi bu mövzunu gündəmdə saxlayan Sport24.az komandası "təmizlənmə" prosesinin başlanmasına ən çox sevinənlərdəndi. Nə qədər təsadüfi, şahmat savadı qıcqırmış "mütəxəssis"in hazırda uşaqları korladığını AŞF rəhbərliyi də gözəl bilir, lakin Təhsil Nazirliyinin (TN) nəzdində olduğu üçün buna müdaxilə edə bilmirdi. Ancaq deyəsən, daşlar tərpənib və TN də şəffaflığın benefisi və keyfiyyətin artması üçün AŞF ilə işbirliyinə razılaşıb.
Göründüyü kimi, Azərbaycan şahmatının əvvəlki nüfuzunu qaytarmaq üçün əməli işlərə start verilib. Ancaq kimsə düşünməsin ki, artıq gələn il bunun bəhrəsini görməyə başlayacağıq. Ən azından 7-8 il vaxt lazımdı ki, üfüqdə yeni şəhriyarlar, teymurlar, vüqarlar görünməyə başlasın. Ancaq bütün hallarda, işə start verilibsə, buna hər birimiz yalnız dəstək olmalıyıq.
P.S. Problem və qüsurlar? Aydın məsələdir ki, sadalamaqla bitməyəcək. Ancaq bütün çatışmazlıqları aradan qaldırmaq üçün iş görmək lazımdır. Necə ki, bu da baş verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://sport24.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri