Icma.az
close
up
RU
Menu

17 ci körpəsini dünyaya gətirdi

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

U 17 millisi Gəncədə

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Bakı “Red Bull” pilotu üçün həlledici olacaq

Azərbaycan şahmatının yüksəlişi davam edir

Azərbaycan şahmatının yüksəlişi davam edir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 22-də Azərbaycan Şahmat Federasiyasının 2025-ci il idman mövsümünün yekunlarına həsr olunmuş mərasim keçirilib.

“Alov Qüllələri, Fairmont Baku Hotel”də keçirilən məclisdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov çıxış edərək federasiyanın 2025-ci ildə əldə etdiyi uğurlardan danışıb.

O bildirib ki, 2025-ci il şahmatçılarımız üçün zəngin və məhsuldar il olub, mühüm nəticələr qazanılıb. İl Azərbaycan çempionatı ilə başlayıb ki, bu yarış idmançıların hazırlığında və milli komandanın formalaşmasında vacib rol oynayır. Qadınlar arasında Günay Məmmədzadə, kişilər arasında isə Rauf Məmmədov Azərbaycan çempionu adını qazanıblar.

Şahmatçıların yarış təcrübəsinin artırılması və daha keyfiyyətli hazırlığı üçün “Azerbaijan Chess Tour” layihəsinin yaradıldığını qeyd edən federasiya rəhbəri bu layihənin mərkəzində ənənəvi Baku Open turnirinin dayandığını vurğulayıb. Mahir Məmmədov şahmatçılarımızın il ərzində müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri uğurlardan danışaraq, onlara qarşıdakı ildə də nailiyyətlər arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında şahmatçılarımızın il ərzində böyük uğurlara imza atdıqlarını bildirib: “Dövlətin şahmata və ümumilikdə idmana dəstəyi böyükdür. Bu qədər gözəl nəticələrə şahidlik edirik. İlk növbədə federasiya rəhbərliyinə təşəkkür edirəm. Bu idman növündə güclü ənənələrimiz var və onları qoruyub saxlamaq vacibdir. Qadınların Dünya çempionatında gümüş medal qazanması böyük nailiyyətdir. Kişilərin Avropa çempionatında gümüş medal əldə etməsini isə şahmatsevərlər bir qədər çətin qəbul etdilər, çünki qızıl medal gözləyirdilər. Bu da şahmatın ölkəmizdə nə qədər inkişaf etdiyini göstərir. Düşünürəm ki, növbəti illərdə Şahmat Olimpiadasında da medallar qazanacağıq”.

Mərasimin sonunda beynəlxalq yarışlarda, Avropa və Dünya çempionatlarında uğurla çıxış etmiş Azərbaycan şahmatçılarına diplomlar və pul mükafatları təqdim olunub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Respublika Şahmat Mərkəzi arasında Mərkəzdən birgə istifadəni nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov və Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov imzalayıblar. Eyni zamanda, Azərbaycan Şahmat Federasiyası ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında niyyət protokolu təsdiqlənib. Protokola AŞF prezidenti Mahir Məmmədov və Agentliyin direktoru Eşqi Bağırov imza atıblar.

Mərasimdən sonra milli komandanın məşqçiləri və üzvlərindən 2025-ci ildə komandanın çıxışları və qarşıdakı ildən gözləntiləri barədə “Xalq qəzeti”nə müsahibə vermələrini xahiş etdik.

Qadın şahmatçılar üzrə Azərbaycan millisinin məşqçisi, qrossmeyster Qədir Hüseynov:

– Mən və Nicat Abbasov qadın millisinin məşqçiləri kimi təxminən altı ay əvvəl hazırlıqlara başladıq. Dünya çempionatına hazırlaşmaq üçün, açıq desək, vaxtımız yetərli deyildi. Buna baxmayaraq, İspaniyanın Linares şəhərində keçirilən Dünya çempionatında qadın millimiz tarixində ilk dəfə gümüş medal qazandı. Yarımfinalda Qazaxıstanı məğlub edən komandamız finalda FIDE komandasına uduzaraq dünya ikincisi oldu. Etiraf edim ki, bu nəticəni əvvəlcədən gözləmirdik.

Birinci lövhədə çıxış edən Ülviyyə Fətəliyeva göstərdiyi yüksək nəticəyə görə fərdi hesabda qızıl medal qazanıb. O, 2024-cü ildə qadınlar arasında Avropa çempionu tituluna da layiq görülüb. Gələn il əsas hədəfimiz Səmərqənddə keçiriləcək Şahmat Olimpiadasına ciddi hazırlaşmaq və qadın millisinin bu nailiyyətini daha da yüksəltməkdir. Komandada istedadlı şahmatçılar var və onların potensialı Azərbaycan şahmatının dünyada tanıdılmasına ciddi töhfə verə bilər. Mən də qadın millisinin məşqçilərindən biri kimi fəaliyyətimi bu istiqamətdə davam etdirməyin ölkə şahmatının inkişafına daha faydalı olacağını düşünürəm.

Azərbaycan milli komandasının üzvü, qrossmeyster Aydın Süleymanlı:

– Avropa çempionatına komanda olaraq yaxşı hazırlaşmışdıq. Gürcüstana vaxtından əvvəl yollanaraq orada təlim-məşq toplanışı keçirdik. Komandanın kapitanı Teymur Rəcəbovun rəhbərliyi ilə intensiv məşqlər apardıq və hamımız yüksək nəticə göstərəcəyimizə inanırdıq. Məqsədimiz qızıl medal idi. Lakin son turda Serbiya millisinə məğlub olaraq çempionatı gümüş medallarla başa vurduq.

Qarşıdan gələn il üçün hədəflərimiz böyükdür. Əsas məqsədimiz 2026-cı il sentyabrın 15-dən 28-dək Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Şahmat Olimpiadasında uğurla çıxış etməkdir. Olimpiada şahmatda dünyanın ən mötəbər komanda yarışıdır və indiyədək Azərbaycan millisi bu yarışda medal qazanmayıb. Məqsədimiz Səmərqənddə ilk Olimpiya medalımızı əldə edərək azarkeşlərimizi sevindirməkdir.

Fərdi yarışlara gəlincə, 2026-cı il yanvarın 16-dan fevralın 1-dək Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək Tata Steel Chess turnirində iştirak edəcəyəm. Cari ildə həmin turnirdə gümüş medal qazanmışdım. Növbəti yarışda isə daha yaxşı nəticə göstərərək qızıl medal əldə etmək niyyətindəyəm. Bundan başqa, Azərbaycan çempionatı və digər beynəlxalq turnirlərdə də çıxış etməyi planlaşdırıram.

Qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü, qrossmeyster Gülnar Məmmədova:

– İlk növbədə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Həm komanda, həm də fərdi yarışlarda bizə göstərilən dəstək, hazırlıq prosesində ən xırda detallara qədər diqqət yetirilməsi bizi çox sevindirir. Hər bir şahmatçı fərdi məşqçi ilə təmin olunub ki, bu da nəticələrimizin yüksəlməsində mühüm rol oynayır.

İspaniyada keçirilən son Dünya çempionatında komandamızın çıxışını yüksək qiymətləndirirəm. Doğrudur, turnirə hazırlıq üçün çox az vaxtımız var idi. Buna baxmayaraq, il ərzində keçdiyimiz fərdi hazırlıq və iştirak etdiyimiz yarışlar öz bəhrəsini verdi və Dünya çempionatını gümüş medallarla başa vurduq. Bu, komandamız tarixində ən böyük nailiyyətdir.

Məşqçilərimizin, komanda yoldaşlarımızın birgə səyi və federasiya rəhbərliyinin dəstəyi ilə inanıram ki, Azərbaycan şahmatçıları qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəklər. Hazırda komandamız növbəti Şahmat Olimpiadasına hazırlaşır. 2025-ci il dekabrın 26-dan 30-dək Dohada (Qətər) sürətli şahmat (rapid) və blits üzrə Dünya çempionatı keçiriləcək və mən də bu yarışlarda Azərbaycanı təmsil edəcəyəm. Ümid edirəm ki, qazandığımız uğurlarla bayram ərəfəsində xalqımızı sevindirəcəyik.

Qabil ƏLİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see280

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see263

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see250

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see238

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see235

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see228

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see227

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see220

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see219

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see211

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see201

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see194

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see189

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see188

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see188

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see186

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see185

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see182

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see177

Bakı “Red Bull” pilotu üçün həlledici olacaq

22 Sentyabr 2026 00:42see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri