Icma.az
close
up
RU
Azərbaycan şairinin kitabı özbək dilində

Azərbaycan şairinin kitabı özbək dilində

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor, şairə Mahirə Nağıqızının özbək dilində çap olunan “Yenə ay keçər, illər ötər” şeirlər kitabının Daşkənddə təqdimatı keçirilib. Mərasimdə Özbəkistanın ədəbiyyat və incəsənət xadimləri, müəllim və tələbələr iştirak ediblər.

Yeni nəşri ərsəyə gətirmiş Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, Mahirə Nağıqızının dilçi alim, pedaqoq, ali təhsil təşkilatçısı və şair kimi çoxsaylı əsərləri, elmi və yaradıcılıq əlaqələri ilə Azərbaycandan kənarda da geniş tanınır, elmi konfranslara, ədəbi-mədəni məclislərə dəvətlər alır. Özbəkistanla sıx əlaqələri bu ölkədə çoxlu dostlar və böyük auditoriya qazandırıb. Yeni toplu Mahirə xanımın özbək dilində birinci kitabıdır və gələcəkdə onun digər əsərlərinin də nəşri nəzərdə tutulur.

Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Qayrat Məcid qeyd edib ki, kitabın layihə rəhbəri və “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru, dosent Kərimulla Məmmədzadə, redaktoru Məhbubə Orazbayeva, tərcüməçiləri Nəsibə Abduzairova, Dürdanə Amanova və Abdirahim Elboyevdir. O, M.Nağıqızını təbrik edərək kitabdakı şeirlərin özbək oxucular üçün də maraqlı olduğunu söyləyib.

AMEA Ədəbiyyat İnstitutunun Asiya ədəbiyyatı şöbəsinin müdiri, professor Bədirxan Əhmədov, institutun professoru Sevinc Əliyeva, Özbək Dili və Ədəbiyyatı Universiteti Füzuli mərkəzinin rəhbəri, dosent Gülbahar Aşurova, kitabın layihə rəhbəri, tərcüməçiləri və digər çıxış edənlər nəşrin iki xalqın ədəbi əlaqələrinə və özbək oxuculara layiqli töhfə olduğunu bildiriblər.

Sonda Mahirə Nağıqızı çıxış edərək kitabın tərcüməsi və çapı üçün Mədəniyyət Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib, ümumtürk qardaşlığını və birliyini tərənnüm edən şeirlərini oxuyub.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri