Icma.az
close
up
RU
Görkəmli ispan şairinin kitabı ilk dəfə Azərbaycan dilində

Görkəmli ispan şairinin kitabı ilk dəfə Azərbaycan dilində

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

MİMTA Yayımlarında Mahir N.Qarayevin tərcüməsi və Ramiz Rövşənin redaktorluğu ilə görkəmli ispan şairi Federiko Qarsia Lorka yaradıcılığının mükəmməl cildi çapdan çıxıb.

“Ən kədərli sevinc” adlanan kitaba nasistlərin 38 yaşında qətlə yetirdiyi əndəlüslü şairin məşhur “Kante xondo” və “İqnasio Sançes Mexiasa ağı” poemaları, “Şair Nyu-Yorkda”, “Tamarit Divanı”, “Sirli sevgi sonetləri” topluları, həmçinin müxtəlif illərdə yazdığı, İspaniyada dillər əzbəri olan lirik şeirləri, nəğmələri, romansları, sonetləri, balladaları daxil edilib.

Şair olmaq – ən kədərli sevincdir

Bu günlərdə MİMTA Yayımlarında görkəmli ispan şairiFederiko Qarsia Lorkanın “Ən kədərli sevinc” adlı nəfis tərtibatlı kitabı çapdan çıxıb.

Kitab şairin Əndəlüs folkloru və xalq nəğmələri əsasında yaratdığı məşhur “KANTE XONDO POEMASI”(POEMA DEL CANTE JONDO) adlı yeddi bölümdən ibarət ilk poetik toplusu ilə açılır. Əndəlüs xalq nəğməsi kante xondo – özündə əsrlərin ənənəsini yaşadan və ispan, ərəb, qaraçı melodiyasının elementlərini birləşdirən qədim folklor nümunələridir.Lorka özü bu barədə belə deyirdi: “Kante xondo nəğmələri dünyanın bütün dənizlərindən, bütün dəryalarından, hətta onu yaradan ürəkdən, onu oxuyan səsdən belə dərindir. Kante xondo ilk öpüşdən və ilk göz yaşından süzülüb gəlir...”

Şairin növbəti şedevri buğa döyüşündən bəhs edən və 1935-ci ildə Madriddə ayrıca kitab şəklində nəşr olunmuşdörd hissəli “İQNASİO SANÇES MEXİASA AĞI”(LLANTO POR IGNACIO SÁNCHEZ MEJÍAS)poemasıdır. 1934-cü ilin yazında Mansanares arenasında həlak olan məşhur torero İqnasio Sançes Mexias ispan sənət adamlarının böyük bir nəslinin himayədarı, o cümlədən Lorkanın ən yaxın dostlarından idi. Dostunun acınacaqlı taleyinə rəğmən müsahibələrinin birində Lorka bu amansız mərasimə münasibətini bu cür ifadə etmişdi: “Buğa döyüşləri – İspaniyanın ən yüksək həyat hadisəsi, ispan varlığının poetik təsdiqidir. Bu heyrətamiz səhnəyə tamaşa edərkən hər bir ispan ürəkdən göz yaşları axıdır, dərd və müsibətlərin ağrı-acısını yaşayır. Bu – füsunkar gözəlliyin dövrəsində Ölümə tamaşa eləmək üçün hamının inamla axışdığı yeganə məkandır. Əgər korridalar öz qorxunc şeypurlarını səsləndirməkdən usansaydılar bizim qanımızdan, dilimizdən, varlığımızdan indi nə qalardı?..”

Kitaba daxil edilən sonrakı bölmə “ŞAİR NYU-YORKDA”(POETA EN NUEVA YORK)adlanır. Lorka özünün bu unikal toplusunu belə xarakterizə edir: “Bu şeirlər 1929–1930-cu illərdə Nyu-Yorkda yazılıb. Burda mənim poetik dünyam Nyu-Yorkun poetik dünyasıyla toqquşur. Hər iki dünyanın qəlbində bir Afrika nostaljisi, Şimali Amerikada əriyib itməkdə olan bütün xalqların həsrəti yaşayır. Yəhudilər, suriyalılar, xüsusən də zəncilər! Onların vətən həsrəti Amerikanın mənəvi təməlinə çevrilib. Əgər zənci incəsənəti olmasaydı, Birləşmiş Ştatlarda mexanika və avtomatizmdən başqa heç nə qalmazdı...”

Sevgi və tənhalıq motivlərində yazdığıvə “ТAMARİT DİVANI” (DIVА́N DEL TAMARIT) adlandırdığı 12 qəzəldən, 9 qəsidədən ibarət növbəti şeirlər toplusunu isə Lorka “misraları əl-Həmranın divarlarına həkk olunmuş” ərəb-əndəlüs şairlərinin xatirəsinə ithaf edib. Orta əsrlərin islam ədəbiyyatında poetik antologiyanın ənənəvi adı olan Divan bu topluda sırf şərti xarakter daşıyır, çünki Lorka qəzəl və qəsidə janrı üçün mütləq sayılan klassik norma və qaydalara tam sərbəst yanaşır.

Digər bölüm isə Lorkanını sağlığında çap olunmayan “SİRLİ SEVGİ SONETLƏRİ” (SONETOS DEL AMOR OSCURO)poetik toplusudur. “Tamarit Divanı” nəşr ediləndən sonra Lorka bu toplunu çapa hazırlasa da, 1936-cı ilin iyununda, ölümündən az öncə tamamladığı həmin sonetlər yalnız 1984-cü ildə işıq üzü görüb. Belə ki, Madriddə çıxan “ABC” qəzeti şairin ailə üzvlərinin razılığı ilə 11 sonetin müəllif əlyazmasının faksimilesini çap eləmişdi.

Kitaba eyni zamanda böyük şairin müxtəlif illərdə qələmə aldığı seçmə şeirlər, nəğmə və romanslar, ballada və sonetlər daxil edilib.

Ramiz Röşvşənin redaktor olduğu Kitabı ispan dilindən sətri tərcümə əsasında Mahir N.Qarayev tərcümə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri