Icma.az
close
up
RU
Azərbaycan Şanxay Təşkilatına ÜZV OLACAQ?

Azərbaycan Şanxay Təşkilatına ÜZV OLACAQ?

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çinin Tyanjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclası keçiriləcək.

Avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək sammit təşkilatın indiyədək ən böyük toplantısı hesab olunur.

Sammitə 26 ölkənin lideri və 10 beynəlxalq təşkilatın rəhbəri dəvət edilib. Rəsmi açıqlamalara görə, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Hindistan Baş naziri Narendra Modi, eləcə də İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçıları iştirak edəcəklər. Bundan başqa, Belarus ilk dəfə üzv dövlət kimi masada yer alacaq.

Toplantının əsas mövzusu ŞƏT-in növbəti 10 il üçün inkişaf strategiyasının təsdiqi olacaq. Liderlər təhlükəsizlik, iqtisadi əməkdaşlıq, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər. Çin sammit çərçivəsində yeni təşəbbüslər elan etməyi planlaşdırır.

Modern.az-ın məlumatına görə, sammit ərəfəsində Azərbaycanın ŞƏT-ə üzvlük məsələsi yenidən gündəmə gəlib.

Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, həm İrəvan, həm də Bakı artıq təşkilata tamhüquqlu üzvlük üçün müraciət edib. Onun sözlərinə görə, hər iki ölkə ərizəsini təqdim edib və sammitə dəvət olunaraq iştirak edəcək. “Biz müraciətimizi təqdim etdik, Azərbaycan da müraciətini təqdim etdi. Hesab edirik ki, həm Ermənistan, həm də Azərbaycan bu təşkilatın üzvü ola bilər və olmalıdır”, – Mirzoyan qeyd edib.

Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. 2024-cü ildə Bakı bu statusun müşahidəçi ölkəyə dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.

2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən təsis olunan ŞƏT son illərdə sürətlə genişlənib. 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus təşkilata üzv qəbul olunub. Bu gün ŞƏT Avrasiyada siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını özündə birləşdirən böyük regional blok hesab olunur.

Azərbaycan üçün təşkilata üzvlük bir sıra üstünlüklər vəd edir. İlk növbədə, regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq imkanları yaranacaq. Eyni zamanda, Çin, Rusiya, Hindistan və Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi gözlənilir. Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələr də ŞƏT platformasında əlavə dəstək qazana bilər. Bununla yanaşı, Azərbaycanın Qərb və Avrasiya məkanında balanslaşdırılmış siyasəti güclənəcək, Ermənistanla eyni təşkilatda yer alması isə gələcək dialoq üçün yeni imkanlar aça bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Avqust 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri