Icma.az
close
up
RU
“Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq Azərbaycan üçün aktualdır” Ekspert

“Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq Azərbaycan üçün aktualdır” Ekspert

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

“Prezident İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) budəfəki səfəri iki ölkə arasında münasibətlərin yeni bir mərhələyə daxil olmasına töhfə verəcək”.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli dövlət başçısının Çinə səfəri və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əlaqələrin perspektivini şərh edərkən deyib.

Ekspert əlavə edib ki, dövlət başçısı bu ilin aprel ayında Çinə dövlət səfəri edib, bu səfər müddətində olduqca vacib sənədlər imzalanıb:

“Həmin sənədlər iki ölkə arasında müxtəlif sahələri özündə ehtiva edir. Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanatın imzalanmasını xüsusi qeyd etmək lazımdır. Bu ondan xəbər verir ki, artıq iki ölkə arasında münasibətlər son 30 ildən artıq dövr ərzində özünün ən yüksək səviyyəsinə çatıb. Yəni Azərbaycan və Çin strateji tərəfdaş ölkələrdir. Siyasi, ticari-iqtisadi, logistik və digər sahələrdə yaxın əlaqələr qurulub. Tərəflər bu əlaqələri dərinləşdirmək niyyətindədirlər”.

M.Məmmədli vurğulayıb ki, dövlət başçısının budəfəki səfəri Şanxay Əməkdaşlıq Təşkilatının  sammitinə dəvət əsasında həyata keçirilib. Ekspert hesab edir ki, bu səfər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə müsbət təsir göstərəcək:

“Azərbaycanın ŞƏT-in sammitlərində, tədbirlərində təmsil olunmasının çox böyük əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, ŞƏT dünyanın ən böyük regional təşkilatıdır. Təşkilata üzv ölkələr Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ÜDM-nin 25 faizini təmin edir. Yəni belə bir regional böyük iqtisadi-siyasi, hərbi potensialı olan təşkilatla əlaqələrin dərinləşdirilməsi birmənalı olaraq ölkəmizin milli maraqlarına cavab verir və bunu nəzərə alaraq da Azərbaycanın xarici siyasətində Şanxay Əməkdaşlıq Təşkilatı və üzv ölkələrlə münasibətlərə hər zaman xüsusi əhəmiyyət verilib. Azərbaycan son illərdə bu strukturla əlaqələrini dərinləşdirmək istiqamətində mühüm addımlar atıb. Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş dövlətdir. Ölkəmizin məqsədi ondan ibarətdir ki, perspektivdə statusunu daha da yüksəltsin. Gələcəkdə ŞƏT-ə üzv olmaq da bizim üçün aktualdır. Eyni zamanda, hesab edirəm ki, ŞƏT və onun aparacı üzvlərinin, - xüsusilə Çini qeyd etmək istəyərdim, - maraqları baxımından da Azərbaycanın xüsusi yeri var. Ölkəmizin coğrafi mövqeyi, malik olduğu resurslar, imkanlar hər halda Çinin maraqlarına, geostrateji, geosiyasi, geoiqtisadi maraqlarına tam cavab verir və bu mənada hesab edirəm ki, Azərbaycanla ŞƏT arasında münasibətlərin gələcəyinə nikbin baxmaq olar”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri