“Azərbaycan Səfəvi dövlətinin tarixinin mənbəşünaslığı” YENİ KİTAB
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Səfəvişünas alimlər Günay Nəciyeva və Elnur Nəciyevin “Azərbaycan Səfəvi dövlətinin tarixinin mənbəşünaslığı” adlı kitabı çap olunub.
Modern.az xəbər verir ki, yeni nəşrin elmi yeniliyi ondan ibarətdir ki, müəlliflər ilk dəfə olaraq Səfəvi tarixinin əsas mənbələrini vahid sistemdə qruplaşdırıblar.
Əsərin müəllifləri Səfəvi dövrü mənbələrini təhlil edərkən mənbəşünaslığın klassik prinsiplərini müasir elmi metodologiya ilə uzlaşdırmağa nail olublar. Onların tədqiqatı Xondəmir, Sədrəddin Sultan əl-Əmini, Mir Yəhya Qəzvini, Həsən bəy Rumlu, İsgəndər bəy Münşi və digər görkəmli tarixçilərin əsərləri üzərində aparılıb. Əsərdə bu müəlliflərin Səfəvilər dövləti barədə məlumatları, hadisələrin təsviri üsulu və müəllif mövqeləri müqayisəli şəkildə araşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 12 Dekabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















