Azərbaycan səfiri Əfqanıstan naziri ilə ticarət mübadiləsinin artırılmasını müzakirə edib
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin sənaye və ticarət naziri vəzifəsini icra edən Nuruddin Əzizi ilə ticarət mübadiləsinin artırılmasını müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Sənaye və ticarət naziri vəzifəsini icra edən Nuruddin Əzizi Azərbaycanın Kabildəkı səfiri İlham Məmmədovla görüşüb”, – mətbuat xidməti bildirib.
Qeyd olunub ki, görüş zamanı tərəflər ticarət mübadiləsinin artırılması, iki ölkənin məhsullarının birgə sərgilərinin keçirilməsi və Lapis Lazuli dəhlizinin aktiv saxlanılması məsələlərini müzakirə ediblər.
“Yekunda ticarət və iqtisadi əlaqələri gücləndirmək məqsədilə hər iki ölkənin ixrac mallarının siyahılarının paylaşılması, Əfqanıstanın məhsullarının Azərbaycanda sərgisinin keçirilməsi və əlavə koordinasiya və ünsiyyət üçün dörd nəfərlik komandanın təqdim edilməsi barədə razılıq əldə edilib”, – mətbuat xidməti vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 23 Yanvar 2025 04:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















