Azərbaycan səfiri: Ölkəmiz Küveyt turistləri üçün cəlbedici məkan olaraq qalır
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycan Küveyt turistləri üçün birbaşa uçuş imkanları, geniş infrastrukturu və zəngin mədəni irsi ilə cəlbedici məkan olaraq qalır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov yerli mətbuata açıqlamasında bildirib.
"Azərbaycan küveytli turistləri məmnuniyyətlə qarşılayır və onların rahat istirahəti üçün bütün şərait mövcuddur", - deyə o qeyd edib.
Səfir turistlərə Bakının tarixi məkanlarından tutmuş ölkənin müxtəlif şəhərlərindəki turistik obyektlərə qədər geniş imkanlar təqdim edildiyini vurğulayıb, Azərbaycan-Küveyt münasibətlərinin strateji xarakter daşıdığını və bütün sahələrdə sürətlə inkişaf etdiyini bildirib: "İkitərəfli münasibətlərimizdə nəzərəçarpacaq inkişaf müşahidə olunur. Bu ilin əvvəlində iki ölkə arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib."
2024-cü ildə Azərbaycana 31 369 min Küveyt vətəndaşı səfər edib. Bu rəqəmin 97 %-i turizm məqsədli olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Mart 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















