Icma.az
close
up
RU
Azərbaycan səfiri Rusiya XİN müavininə Bakının sülh müqaviləsinə dair mövqeyini təqdim edib

Azərbaycan səfiri Rusiya XİN müavininə Bakının sülh müqaviləsinə dair mövqeyini təqdim edib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev dekabrın 19-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

“Report”un Rusiya bürosunun məlumatına görə, söhbət zamanı onlar ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Ötən ildə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin uğurlu inkişafı qeyd olunub, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı səfərlər həyata keçirilib.

Azərbaycanın səfiri Rəhman Mustafayev xarici işlər nazirinin müavini Mixail Qaluzinə Ermənistanla sülh müqaviləsi məsələlərinə dair rəsmi Bakının mövqeyi barədə məlumat verib.

Tərəflər, həmçinin qarşıdan gələn 2025-ci ildə keçiriləcək ikitərəfli təmasların və yüksək səviyyəli səfərlərin cədvəlini müzakirə ediblər.

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:33
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri