Icma.az
close
up
RU
Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib ŞƏRH EDİLDİ

Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, son illərdə Azərbaycanda tibb işçiləri iki böyük çətinliyin öhdəsindən uğurla gəliblər: COVID-19 pandemiyası və İkinci Qarabağ müharibəsi dövründə səhiyyə işçiləri öz vəzifələrini ləyaqətlə yerinə yetirərək, həm qlobal təhlükəyə qarşı mübarizə aparmış, həm də müharibə zamanı yüksək vətənpərvərlik nümayiş etdirərək, yaralanmış əsgərlərin müalicəsində böyük fədakarlıq nümayiş etdirmişlər: "İkinci Qarabağ müharibəsi zamanı 159 hərbi tibb işçisi yaralanmış, 44 tibb işçisi – o cümlədən 11 həkim, 7 feldşer və 26 tibb təlimatçısı qəhrəmancasına şəhid olmuşdur. Şəhid tibb işçilərinin əziz xatirəsini ehtiramla anırıq.

Bu gün tibb işçilərimiz “Böyük Qayıdış üzrə I Dövlət Proqramının” icrasında da dövlətin yanında yer alaraq reinteqrasiya prosesində mühüm rol oynayırlar. İşğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş qaçqın və məcburi köçkünlərin əlçatan, münasib və keyfiyyətli tibbi xidmətlə təmin edilməsində həkimlərimiz yaxından iştirak edirlər. Prezident, Müzəffər Ali Komandan İlham Əliyevin iştirakı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasının, Ağdamda 210, Füzulidə 180, Zəngilanda 91, Cəbrayılda 150, Qubadlıda 91 çarpayılıq Rayon Mərkəzi xəstəxanalarının bünövrəsi qoyulub. Bu il isə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub.

Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin tapşırıqlarına və göstərişlərinə əsasən, ölkəmizdə səhiyyə sahəsində aparılan islahatların mərkəzində insan faktoru və xalqın rifahı dayanır.

Son illərdə səhiyyə sisteminin müasir idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, kadr siyasəti, icbari tibbi sığortanın bütün respublika ərazisində uğurlu tətbiqi nəticəsində əhali üçün tibbi xidmətlər daha əlçatan edilmiş, bir çox səhiyyə göstəriciləri üzrə müsbət dinamikaya nail olunmuşdur.

"Tibb müəssisələrinin təmir və bərpası, regionlarda yeni və müasir standartlara cavab verən tibb müəssisələrinin, diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi və müəssisələrin zəruri tibbi avadanlıqlarla təchiz edilməsi müntəzəm olaraq dövlət büdcəsi hesabına davam etdirilir. Bu il dövlət büdcəsindən səhiyyə sahəsinə rekord məbləğdə vəsait ayrılmışdır. Ötən illə müqayisədə, 2025-ci ildə səhiyyə xərclərinin 7,1% artırılması dövlətimizin vətəndaşların sağlamlığına və rifah halının yaxşılaşdırılmasına xüsusi diqqətindən irəli gəlir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva səhiyyə sahəsinə hər zaman xüsusi diqqət və qayğı göstərmiş, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması istiqamətində Fond tərəfindən böyük layihələr icra olunmuşdur. Fondun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

Səhiyyə sahəsində qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq dövlət qurumları, Azərbaycan Respublikası Milli Məclisi, o cümlədən vətəndaş cəmiyyəti fəal iştirak edir. Xatırlatmaq istərdim ki, cari ilin əvvəlində Milli Məclisdə Səhiyyə Komitəsinin təşkilatçılığı ilə ilkin səhiyyə xidmətinin təşkili ilə bağlı ictimai dinləmə keçirilmiş və dinləmədə bütün maraqlı tərəflər, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri iştirak etmişdi. Dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə hazırladığı Konsepsiya sənədi təqdim edilmişdi. Bu Konsepsiya üzrə pilot layihə hazırda Bərdə rayonunda uğurla davam edir.

Konsepsiyada nəzərdə tutulan strateji hədəflərə çatmaq üçün ölkəmizdə kifayət qədər resurs və imkanlar mövcud olduğu halda, ilkin səhiyyə xidmətinin bütün ölkə ərazisində qurulmasını ləngidən bəzi məsələlərin həllini tapması məqsədəuyğun olardı. Belə ki, ilkin tibbi-sanitariya yardımı müəssisələrinin bir çoxunun zəruri maddi-texniki bazaya malik olmaması əhalinin əhəmiyyətli hissəsinin tibbi xidmətlərə əlçatanlığını azaldır, keyfiyyətli tibbi xidmətin göstərilməsinə maneə yaradır, əhalinin səhiyyə xərclərinin artmasına səbəb olur.

Kadrların yerli ehtiyaclara uyğun paylanmaması, ailə həkimliyi sahəsində peşəkar kadr hazırlığının uzun müddətli əsasda planlaşdırılmaması, tibb mütəxəssislərinin müasir bilik və klinik təcrübədən yararlanmaq imkanlarının məhdudluğu əhalinin zəruri tibbi xidmətlərə bərabər əlçatanlığına və mövcud kadr resurslarının iş yükünün optimal paylanmasına mənfi təsir göstərir".

"Səhiyyəmizdə arzuolunan digər məqam “Reproduktiv sağlamlıq” haqqında qanunun qəbul edilməsidir. Süni mayalanma və digər prosedurlar günümüzün aktuallığı, dövrün tələbi və cəmiyyətimizin reallığı olsa da, bunun həyata keçirilməsinin qanuni bazasının olması da eyni dərəcədə vacibdir.

Yaxın zamanda tibb işçilərinin sertifikasiyası ilə bağlı Qanunverici orqan “Əhalinin sağlamlığının qorunması haqqında AR qanununa” bir sıra müsbət dəyişiklikləri qəbul etmişdir. Belə ki, yeni qanun layihəsi tibb mütəxəssislərinin sertifikasiyasında daha humanist, çevik və effektiv yanaşmanı özündə ehtiva edir.

Sonda, ölkəmizdə fəaliyyət göstərən bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edir, onlara bu məsuliyyətli işdə daim müvəffəqiyyətlər arzu edirəm" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see252

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see196

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see183

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see166

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see138

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see135

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see135

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see134

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see133

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see131

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see131

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see131

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see130

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see127

Real dan penalti zərbələri ilə bağlı qərar

05 Noyabr 2025 00:37see126

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see122

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri