Icma.az
close
up
RU
Sərəncamda Azərbaycan mətbuatının əsas inkişaf tendensiyaları göstərilir ŞƏRH EDİLDİ

Sərəncamda Azərbaycan mətbuatının əsas inkişaf tendensiyaları göstərilir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı ölkə Prezidenti İlham Əliyev cənablarının imzaladığı sərəncamın xüsusi tarixi əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, bu, birinci növbədə Azərbaycan ictimai şüurunda, Azərbaycan istiqlal məfkurəsində, bizim tariximizdə, cəmiyyət olaraq formalaşmağımızda, özümüzü dərkimizdə, milli şüurun inkişafında Azərbaycan mətbuatının tarixi rolunu birmənalı şəkildə qeyd edir: "İkincisi, bu sərəncamda Azərbaycan mətbuatının əsas inkişaf tendensiyaları göstərilir. Mətbuatın müxtəlif dövrlərdən cəmiyyətdə, xalq arasında oynadığı rolu əks etdirir.

Çox önəmli olan məsələlərdən biri Azərbaycan mətbuat tarixində xüsusi yeri olan mətbu orqanların və tarixi şəxsiyyətlərin Azərbaycan publisistlərinin rolu və əməyi ciddi şəkildə qeyd olunur. Ona görə də, belə bir sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün hər kəs özündən asılı olan hər şeyi etməlidir. Çünki bu gün həqiqətən, mətbuat bizim həyatımızda, müstəqilliyimizin nemətləri olan bir çox dəyərlərin təbliğində, tariximizin, milli şüurumuzun təbliğində çox önəmli rol oynayır. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində atılan addımları işıqlandırır. İnsanlara bir çox cəhətdən ictimai şüurun formalaşması yolu ilə təsir edir və yönəldir. Burada önəmli olan jurnalist peşəsinin cəmiyyətdə önəmli rol oynamasını göstərməkdir. Çünki Həsən bəy Zərdabidən üzü bu yana mətbu orqanlara rəhbərlik etmiş Azərbaycan məfkurəsini, Azərbaycançılıq ideologiyasını, müstəqillik düşüncəsini təbliğ edən böyük şəxsiyyətlərimiz, publisistlərimiz olmuşdur. Həsən bəy Zərdabidən üzü bu yana Əhməd bəy Ağaoğlu, Ömər Faiq Nemanzadə, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli kimi böyük tarixi simaların yada salınması hesab edirəm ki, çox ciddi addımdır. Ona görə də, bu sərəncam həmin tarixin bir daha əsas istiqamətlərini göstərir. Bu sahədə olan bilik və düşüncələrimizi zənginləşdirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri