Icma.az
close
up
RU
Azərbaycan səmasının yeni şahinləri KONKRET

Azərbaycan səmasının yeni şahinləri KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan hərbi paradda Azərbaycan Ordusunda silahlanmaya yeni qəbul edilən “JF-17” çoxməqsədli qırıcı təyyarələri də uçuş edib.

KONKRET.az “Yeni Sabah”a istinadən “JF-17”-lərlə bağlı detalları təqdim edir.

JF-17 “Thunder” (Çin versiyasında “FC-1 Xiaolong”) Pakistanın Pakistan Aviasiya Kompleksinin (“Pakistan Aeronautical Complex – PAC)” müəssisələri və Çin Xalq Respublikasının Çenqdu Aviasiya Sənaye Korporasiyası (Chengdu Aircraft Industry Corporation – CAC) tərəfindən ortaq şəkildə hazırlanan çoxməqsədli döyüş təyyarəsidir. İlk uçuşunu 2003-cü ildə həyata keçirən bu platforma müasir hava döyüşlərinin və yerüstü hədəflərə qarşı hücumların icrasında geniş tətbiq imkanlarına malikdir.

Təyyarə proqramı ilk dövrlər Pakistanda “Super 7” adı ilə tanınsa da, sonradan “JF-17 Thunder” adlandırılıb. Təyyarənin adındakı “JF” abreviaturasının açılışı “Joint-Fighter” (Vahid Qırıcı), “Thunder” isə “İldırım” mənasını verir.

İstehsal variantları

– JF-17 Blok I: İstehsalı 2006-cı ilin iyun ayında Çində başlanıb, 18 dekabr 2013-cü ildə tamamlanıb. Təyyarələrin 58%-i (təqribən 50 ədəd) Pakistanda istehsal olunub.

– JF-17 Blok II: İstehsalı 18 dekabr 2013-cü ildə başlanıb. Bu qırıcılar havada olarkən yanacaqdoldurma qabiliyyətinə, inkişaf etmiş avionikaya, artırılmış yükdaşıma qabiliyyətinə və radioelektron mübarizə vasitələrinə sahibdir.

-J F-17 Blok III: təyyarənin ən son versiyası olub, radar sistemləri, elektron mübarizə vasitələri və idarəetmə texnologiyaları baxımından mühüm yeniliklərlə fərqlənir. Əsas texniki göstəricilərinə aşağıdakılar daxildir: – Mühərrik: Klimov RD-93 (Rusiya istehsalı) və ya WS-13 (Çin istehsalı); – Maksimal sürət: 1.6 Mach (~1960 km/saat); – Uçuş məsafəsi: ~2000–3000 km (əlavə yanacaq çənləri ilə); – Maksimum döyüş yüklənməsi: 3700 – 4500 kq; – Avionika: KLJ-7A AESA radar sistemi, HMD/S (Helmet-Mounted Display and Sight), ECM (Electronic Countermeasure); – Silahlanma: Hava-hava və hava-yer raketləri, idarəolunan bombalar, 23 mm-lik avtomatik top.

Blok III konfiqurasiyası Azərbaycan tərəfindən seçilmiş ən üstün variantdır. Bu versiyada aşağıdakı üstünlüklər qeyd edilmişdir: ‒ KLJ-7A AESA radar sistemi – 170 km məsafədə 15 hədəfi eyni zamanda izləmək və 100 km məsafədə 4 hədəfə eyni zamanda hücum etmək qabiliyyəti; ‒ Hava-hava raketləri ilə BVR (Beyond Visual Range) döyüş imkanı; ‒ Rəqib təyyarələrlə (məs. MiG-29, F-15C/D) müqayisədə daha yüksək döyüş çevikliyi; ‒ HMD/S və rəqəmsal kokpit – pilotun döyüş şəraitində məlumatlılıq səviyyəsini artırır.

Ermənistanın Aviasiya parkı ilə müqayisə

Ermənistanın hərbi aviasiya parkı əsasən Sovet dövründən qalma və qismən modernləşdirilmiş MiG-29 və Su-25 təyyarələrindən ibarətdir. Bu texnikanın əsas xüsusiyyətləri aşağıdakılardır: ‒ MiG-29 – yaxşı manevr qabiliyyəti olsa da, radar və avionika baxımından köhnədir; ‒ Su-25 – yaxın məsafəli hava-dəstək missiyaları üçün nəzərdə tutulub, müasir hava döyüşləri üçün əlverişli deyil;

Modernizasiya imkanları məhduddur, çünki Ermənistanın texniki və maliyyə resursları yeni nəsil radarlar, idarəolunan raketlər və təlim infrastrukturu ilə bağlı ciddi məhdudiyyətlərə malikdir.

Geosiyasi əhəmiyyəti

2024-cü il sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Çenqdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Blok-III) təyyarələri təqdim olunub. Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Azərbaycanın bu platformanı seçməsi təkcə texniki göstəricilərlə deyil, həm də geosiyasi amillərlə izah olunur. Pakistanla hərbi-texniki əməkdaşlıq, Azərbaycanın müdafiə sənayesindəki diversifikasiya siyasətinin mühüm istiqamətidir. Həmçinin bu təyyarə, mürəkkəb relyef və iqlim şəraitinə malik olan Azərbaycan coğrafiyasında istifadəyə tam uyğundur. JF-17 Blok III təyyarələrinin Azərbaycan tərəfindən əldə olunması, yalnız texnoloji yenilənmə deyil, həm də geosiyasi müttəfiqlərlə – Pakistan və Çinlə strateji hərbi əməkdaşlığın gücləndirilməsi anlamına gəlir. Həmin təyyarələr həm də Ermənistanın hava hücum imkanlarına qarşı ciddi üstünlük təmin edir. Bu müasir platforma Azərbaycan Hərbi Hava Qüvvələrini yeni texnoloji mərhələyə keçirməklə yanaşı, döyüş hazırlığını yüksəldir, regional təhlükəsizlik balansında ciddi dəyişiklik yaradır və Azərbaycanın havadan müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Noyabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri