Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
“Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın beynəlxalq mövqeyi, şəhərsalma siyasəti və investisiya imkanları baxımından son illərin ən mühüm qlobal tədbirlərindən biri hesab olunur. BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbirdə, dünyanın 180-dən çox ölkəsindən on minlərlə iştirakçının qatıldığı bildirilir. Hər şeydən öncə bu tədbirin Azərbaycan üçün önəmi, onun beynəlxalq aləmdə nüfuzunun güclənməsinə təkan verəcək və Azərbaycanı yalnız enerji ölkəsi kimi yox, həmçinin beynəlxalq tədbirlərə ev sahibi olaraq dünyaya bir daha tanıdacaq”.
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın beynəlxalq imicinin transformasiyası kimi də xarakterizə olunur:
“Bu baxımdan bu kimi tədbirlərin, ölkəmizdə keçirilməsi, “ağıllı şəhər” və “yaşıl enerji” layihələrinin tətbiq olunması məqsədilə və Azərbaycanın post münaqişə dövründə bərpa modeli istiqamətində gördüyü işlərin təqdim olunması istiqamətində əhəmiyyətli dərəcədə müsbət hadisədir. Bakının və digər şəhərlərimizin beynəlxalq urbanistika mərkəzi kimi dünyada tanınmasına məhz bu tədbirin təsiri böyükdür. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi “ağıllı şəhər” və ”ağıllı kənd” yeni urbanizasiya layihələri, forumun əsas təqdimat movzularından hesab olunur. Əlbəttə ki, beynəlxalq investorların cəlb olunması istiqamətində bütün bunların ölkəmizə faydaları var. Şəhərsalma və infrastruktur layihələrinin icrası baxımdan tərəfdaşlıq əlaqələrinin inkişafında müstəsna rol oynayır”.
Çingiz Şahbazi qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu, özündə yalnız siyasi məqsədlər daşımır:
“Həmçinin tikinti, nəqliyyat, şəhər texnalogiyaları , yaşıl enerji, rəqəmsal idarəetmə və digər sahələrdə xidmət göstərir və burda sosial mənzil layihələri üzrə beynəlxalq şirkətlər və fondlar iştirak edir. Bu baxımdan ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası, Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi kimi faydalı ola biləcəyini düşünürəm və hesab edirəm ki, burda əsas məqsəd daha koordinasiyalı şəhər planlaşdırılması, əlçatan mənzil lahiyəsi, ictimai nəqliyyatın inkişafı və avtomobil asılılığının azaldılması istiqamətində mühüm işlərin görülməsinə imkan yaradacaq”.
Süleyman
Bu mövzuda digər xəbərlər:15 İyun: Azərbaycanın dönüş nöqtəsi
15 İyun 2025 10:27
Azərbaycanın milli dövlətçilik tarixində dönüş nöqtəsi
10 İyul 2025 14:08
Azərbaycanın dövlətçiliyini müəyyənləşdirən tarixi dönüş nöqtəsi
15 İyul 2026 12:04
Azərbaycanın dövlətçilik salnaməsində tarixi dönüş nöqtəsi ŞƏRH
10 İyun 2026 09:38
15 iyun tarixi Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu
10 İyun 2025 17:33
Baxış sayı:490
Bu xəbər 20 May 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















