Icma.az
close
up
RU
“Azərbaycan şimal və cənubun yanlışını asanlıqla bağışlamayacaq” MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan şimal və cənubun yanlışını asanlıqla bağışlamayacaq” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Rusiya-Azərbaycan gərginliyi səngimir. Kreml bu gərginliyi aradan qaldırmaqdansa təbliğatçıları Nikolay Valuyev, Yevgeni Popov, Konstantin Zatulin və digərləri vasitəsilə məsələni daha da dərinləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “Rusiya və Azərbaycan arasında əvvəllər də gərginlik olub. Bununla belə, tərəflər hər zaman ortaq məxrəcə gəlməyi bacarıb. Çünki, prinsipcə Azərbaycanın heç bir qonşusu ilə münasibətləri gərgin saxlamaq niyyəti yoxdur, olmayıb. Böyük ehtimalla mövcud gərginlik də səngiyəcək. Lakin budəfəki gərginliyin əvvəlkilərdən əsas fərqi Azərbaycanın Rusiyaya olan inam və etimadının əsaslı surətdə sarsılmasıdır.

Müqayisə üçün deyim ki, bu gün İranla da vəziyyət belədir. Səfirliyimizə edilən hücum və Tehranın sərgilədiyi aqressiv xarici siyasət Bakının bu ölkəyə etimadını, inamını sarsıtdı. Hətta hazırda Tehran atmosferi yumşaltmaq istəsə də, Bakının etimadı, güvənini qazanmaq bundan sonra çətindir.

Aydın məsələdir ki, Rusiya-Azərbaycan və İran-Azərbaycan gərginlikləri tamamilə fərqli motivli idi. Amma hadisələr arasında paralellik apardıqda nəticənin eyni olduğunu görmək olar: Azərbaycan şimal və cənubun yanlışını asanlıqla bağışlamayacaq.

Rəsmi Bakı regional əməkdaşlığa hazırdır. Rusiya ilə iqtisadi, hətta gərginlik sonrası siyasi münasibətlər davam edəcək. Amma Bakı həm də Kremllə münasibətləri artıq yüz ölçüb, bir biçəcək. Əsl siyasətdə hər şey indi başlayır”.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Fevral 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri