Icma.az
close
up
RU
Azərbaycan son 80 ildə bunu edən ilk ölkə oldu: İki regionda mühüm yenilik

Azərbaycan son 80 ildə bunu edən ilk ölkə oldu: İki regionda mühüm yenilik

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Cənab Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura hər dəfə səfər edərkən, orada görülən işlərlə tanış olarkən və xüsusilə də yerli sakinlərlə görüş keçirərkən proseslərin hansı mərhələdə olduğundan həm Azərbaycan ictimaiyyəti xəbər tutur, həm də beynəlxalq auditoriya ətraflı məlumat alır. Cənab Prezident Ağdərədə etdiyi açılışlarla və verdiyi açıqlamalarla strateji istiqamətlərin təməlini qoydu. Qarabağ və Şərqi Zəngəzurun bərpası qədər, dövlət başçımızın buradan verdiyi mesajlar da olduqca önəmli istiqamətlərdir”.

Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, 2023-cü ildən etibarən Ağdərədə, Xocalıda, Xankəndidə, Xocəvənddə həyat demək olar sıfırdan qurulur:

“Həm keçmiş köçkün, həm də köçkün olmayan, azad edilmiş ərazilərdə işləyən, oxuyanlar, bütövlükdə 73 min insan bölgədə məskunlaşır. Qarabağa qayıdan vətəndaşlarımızın sayı çoxalır. İşıq, su, qaz, yollar və iş yerləri baxımından əhali hərtərəfli olaraq təmin edilir.

Qozlukörpü kəndində 15 meqavat gücündə su elektrik stansiyasının təməlinin qoyulması nə qədər mühüm və önəmlidirsə, burada estesal olunan enerjinin Azərbaycanın başqa bölgələrinə də ötürülməsi bir o qədər əhəmiyyət kəsb edən məsələdir. “Dəmirli” Filiz Emalı Kompleksində minə yaxın müəssisənin yaradılması iş yeri baxımından artıq problemlərin aradan qaldırıldığından xəbər verir. Bu işdə həm dövlət, həm də özəl sektorun tərəfdaşlığını görürük.

Dövlət başçımız bir daha Azərbaycan xalqının məğrurluğunu dünyaya çatdırdı. Cənab Prezident bildirdi ki, ədalətsizliklər olsa da, biz onların qarşısında sınmadıq, əyilmədik, dəmir iradəmizi ortaya qoyduq və son 80 il ərzində Azərbaycan kimi tam və mütləq qələbə qazınan ikinci bir ölkə olmayıb. Məhz Prezidentin uzaqgörən siyasəti nəticəsində Kəlbəcər, Laçın, Ağdamda şəhidlər vermədik. Azərbaycan xalqının yarasının üstündən yara açılmadı. Məhz bu, uzaqgörən Prezidentimizin siyasətinin nəticəsidir”.


Şəbnəm Həsənova 

Politoloq qeyd edib ki, dövlət başçısının planı ərazini sənaye və turizm mərkəzi olaraq formalaşdırmaqdır:

“Yerli sakinlərin Müzəffər Ali Baş Komandana göstərmiş olduğu münasibət, ünvanına səsləndirilən fikirlər ondan xəbər verir ki, cənab Prezident İlham Əliyev Azərbaycanın hər bir ocağının ən sevilən qonağıdır. Şəhid analarının, şəhid valideynlərinin Müzəffər Ali Baş Komandana minnətdarlıq etməsi, habelə şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması baxımından atılan yeni addımlar onların dövlət başçımızın hər zaman diqqətində olduqlarını göstərir.

Bu dəfə Ağdərədə Xüsusi Əməliyyət Mərkəzinin də təməli qoyuldu. Azərbaycanın müdafiə sənayesi inkişaf edir, beynəlxalq hərbi əməkdaşlıq üzrə sazişlər imzalanır və qarşıda duran əsas məsələlərdən biri bu istiqamətdə tədbirlərin intensiv xarakter alması, təlimlərin və kursların keçirilməsidir ki, həmin bu mərkəz sözügedən istiqamətdə çox mühüm işlərə evsahibliyi edəcək.

Mərkəzin ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi ondan xəbər verir ki, Azərbaycan ordusunun sağlam əsaslarla qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlət başçımızın hədəfləri arasında ilk yerlərdə dayanır. İllər boyu mənfur düşmən təşkilatlanmaq üçün yüz milyonlar dəyərində pullar toplayırdı. Lakin həmin bu vəsaitin heç birini əraziyə qoymayıblar, əksinə, talayıblar. Azərbaycanlıların evlərini yandırıblar, özlərini didərgin salıblar. Amma Azərbaycan artıq o torpaqlara yeni bir nəfəs verir. Düşmənin məqsədi bölgədən izimizi tamamilə silmək idi. Ona görə hətta Xocalıya da çox eybəcər bir ad vermişdilər. Amma dövlət başçımızın siyasəti bu planların hər birinin üzərindən xətt çəkdi.

Prezidentin bu dəfə də Ağdərə rayonuna səfəri, orada reallaşdırdığı açılışlar, ötürdüyü mesajlar xüsusi əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzur abadlaşır, qurulur, yenidən yaradılır və bu işdə də dövlətin və xalqın həmrəyliyinin şahidiyik”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri