Icma.az
close
up
RU
Son 80 ilin müharibə xronikasında fərqlənən yeganə ölkə: AZƏRBAYCAN

Son 80 ilin müharibə xronikasında fərqlənən yeganə ölkə: AZƏRBAYCAN

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsraillə İran arasında başlayan, daha sonra ABŞ-nin də müdaxilə etdiyi müharibədə 12 gündən sonra atəşkəs əldə olundu. Baxmayaraq ki, atəşkəsdən sonra tərəflər bir-birini razılaşmaya əməl etməməkdə ittiham edir və açıqlamalara əsasən, atəşkəsin pozulduğunu iddia edirlər. Yəni növbəti İsrail-ABŞ-İran müharibəsində də yenə tam qalib olmadı. Baxmayaraq ki, üstünlük İsrail və ABŞ-nin tərəfində idi.

Bu xüsusda Prezident İlham Əliyevin martın 18-də Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söylədiyi fikirlər yada düşür. Dünyada müharibələrin, qanlı toqquşmaların kifayət qədər geniş vüsət aldığını deyən dövlət başçısı əlavə etmişdi ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir:

"Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb".

Beləliklə, İsrail-İran müharibəsi də bir daha göstərdi ki, həqiqətən də, son 80 ilin - yəni İkinci Dünya müharibəsindən sonrakı dövrün münaqişə və müharibə tarixinə nəzər saldıqda tam və dəyişməz nəticə ilə başa çatan, xüsusən də "birmənalı qalibin" olduğu müharibələr yoxdur. Bu mənada Azərbaycanın 2020-ci il Vətən müharibəsində əldə etdiyi nəticə istisna xarakteri daşıyır. Ölkəmiz həmin il 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. 2023-cü ildə isə lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. Nəticədə regionda yeni reallıq yarandı.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Oxu.Az-a açıqlamasında bildirib ki, İsrail və İran arasında 12 günlük müharibənin başa çatması bəşəri dəyərlər adına mühüm hadisə olsa da, özlüyündə bir vacib məqamı ortaya çıxardı - dövlətlərin nə qədər güclü olmasından asılı olmayaraq, hazırkı geosiyasi situasiyada mütləq qələbə qazanmaq faktiki olaraq mümkün deyil:

"Bilirsiniz ki, həm İran, həm də İsrail müharibə başa çatdıqdan sonra özünün qələbəsini qeyd edir, lakin bu qələbənin kriteriyalarının nədən ibarət olması açıqlanmır, üstəlik, ortada kapitulyasiya sənədi yoxdur. Görünən odur ki, əslində, hər iki dövlət üçün artıq ciddi problemə çevrilmiş hərbi əməliyyatların dayanması özlüyündə qələbə xarakteri daşıyır ki, bu da hər hansı status-kvo dəyişikliyində ehtiva olunmur. Böyük dövlətçilik tarixinə malik İranın güc və imkanları artıq heç kim üçün sirr deyil, o cümlədən müharibənin qarşı tərəfi olan İsrailin ən müasir silah və texnologiyaya sahib olması, qısa müddətlik də olsa, dünyanın bir nömrəli gücü ABŞ-nin İsrail tərəfindən bu müharibənin subyektinə çevrilməsi fonunda mütləq qələbənin əldə edilməməsi ciddi suallar meydana çıxarır".

"Baş verənlərin təhlili onu deməyə əsas verir ki, dövlətlərin güc və imkanları, hətta həmin dövlətlərin nüvə silahı və nüvə potensialına malik olması belə, qəti qələbə üçün təminat vermir. Bu məqamda Azərbaycan Respublikasının dünyanın ən mürəkkəb geosiyasi coğrafiyalarından biri olan Cənubi Qafqazda qazandığı mütləq qələbəni xatırlamamaq mümkün deyil. Sirr deyil ki, Azərbaycan ərazilərini 30 ildən artıq müddətdə işğalda saxlayan, Azərbaycanın beynəlxalq hüquqla tanınan torpaqlarında separatizm ocağı quran Ermənistanın arxasında BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri də daxil olmaqla, onlarla neoimperialist niyyətli beynəlxalq subyekt dayanmışdı, lakin buna baxmayaraq, Azərbaycan Respublikası 44 gün ərzində əks-hücumla öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı Ağdam, Laçın və Kəlbəcər kimi 30 il ərzində əsaslı şəkildə möhkəmləndiyi rayonlardan bir güllə atmadan çıxmağa və ölkəmizin diktəsi ilə kapitulyasiya aktı imzalamağa məcbur etdi", - deyə deputat vurğulayıb.

Millət vəkili əlavə edib ki, 2023-cü ilin sentyabrında isə zərgər dəqiqliyi ilə keçirilən antiterror tədbirləri ilə beynəlxalq hüquqla tanınan ərazilərimizdə o zaman mövcud olan separatizm ocağı məhv edilməklə kapitulyasiya şərtlərini pozmağa cəhd edən Ermənistan üzərində mütləq qələbəmiz daha da möhkəmləndirildi:

"Üstəlik, istər Vətən müharibəsi, istərsə də antiterror tədbirlərində heç bir mülki şəxsin hədəfə alınmaması Azərbaycanın mütləq hərbi-siyasi zəfərini həm də beynəlxalq humanitar hüququn təntənəsinə çevirdi. Bu mənada, nüvə güclərinin qarışdığı və heç bir real nəticənin əldə olunmadığı münaqişələr fonunda Azərbaycanın Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi coğrafiyada qazandığı mütləq hərbi-siyasi zəfərin miqyası və əhəmiyyəti getdikcə daha çox görünməkdədir".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri