Azərbaycan stolüstü tennisçisi rəsmən Dünya rekordçusudur
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb. Bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib. Xatırladaq ki, Azərbaycan seçmə komandasının üzvü bu ilin aprel ayında, “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib. O, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib. Qeyd edək ki, sözügedən rekord (17.50) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:Rusiya millisinin stolüstü tennisçisi: “Azərbaycan güclü rəqibdir”
27 Sentyabr 2025 17:34
Rusiya yığmasının stolüstü tennisçisi: Azərbaycan taktiki cəhətdən yaxşı hazırlaşmışdı
28 Sentyabr 2025 18:31
Azərbaycan tennisçisi Fransada fərqləndi
08 Avqust 2026 11:23
Azərbaycanın stolüstü tennisçisi təlimməşq toplanışına yollanıb
02 Yanvar 2025 13:42
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışa qatılacaq
03 İyun 2026 14:39
Baxış sayı:118
Bu xəbər 20 May 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















