Icma.az
close
up
RU
Azərbaycan sülhməramlılarına Qəzzada BÖYÜK ETİMAD

Azərbaycan sülhməramlılarına Qəzzada BÖYÜK ETİMAD

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisi son illər əhəmiyyətli dərəcədə artıb. Ölkə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, regional sülhün təmininə də real töhfə verib. İndi isə Bakı bu təcrübəsini Yaxın Şərqdə tətbiq etməyə hazır görünür.

Oktyabrın 13-də Prezident İlham Əliyevin ABŞ lideri Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq etimad qazanmış oyunçuya çevrildiyini göstərdi. Ekspertlərin fikrincə, bu sammit təkcə diplomatik jest deyil, həm də Bakının yeni təhlükəsizlik arxitekturasında rol almağa hazır olduğunun göstəricisidir.

Qəzza üçün plan: ABŞ-ın təşəbbüsü və Azərbaycanın rolu

ABŞ-ın təşəbbüsü ilə yaradılması planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələri Qəzzada təhlükəsizliyi qorumağa və humanitar yüklərin çatdırılmasına nəzarət etməyə yönəlib. Qüvvələrin tərkibi, hüquqi statusu və komandanlıq strukturu hələ razılaşdırılmasa da, Vaşinqton bu prosesə 200-ə yaxın hərbçi ayırmağı planlaşdırır. ABŞ rəsmiləri İndoneziya, BƏƏ, Misir, Qətər, Türkiyə və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə edirlər.

Bu kontekstdə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperin oktyabrın 18-də Bakıya səfəri diqqət çəkdi. Səfər zamanı o, Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparıb.

İsrailin “Israel Hayom” nəşri isə yazır ki, Azərbaycan və İndoneziya beynəlxalq sabitləşdirmə qüvvələrinin rəhbərliyini öz üzərinə götürə bilər. Hərbi ekspertlər bu ehtimalı real sayır.

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan ordusunun bu tip əməliyyatlarda ciddi təcrübəsi var: Əfqanıstan, İraq və Kosovadakı sülhməramlı missiyalar həm NATO komandanlığı, həm də yerli əhali tərəfindən yüksək qiymətləndirilib. Onun fikrincə, Azərbaycanın İsrail və Fələstinlə eyni anda müsbət münasibətlərə malik olması, belə bir missiyanı icra etmək üçün nadir üstünlükdür:

“Bir sıra ölkələr sülhməramlı fəaliyyətlə məşğul olublar. Eyni zamanda Rusiya sülhməramlı hərbi kontingenti Azərbaycanda fəaliyyət göstərib. Həmin sülhməramlı kontingentin nə qədər böyük səhvlərə yol verməsinin şahidi olmuşuq. Lakin Azərbaycanın dəfələrlə sülhməramlı fəaliyyəti həm NATO komandanlığı, həm yerli əhali tərəfindən müsbət qarşılanıb. Ona görə də, Azərbaycan silahlı Qüvvələrinin bu tip əməliyyatlarda iştirakı, həm də idarəedici orqan olaraq,rəhbərliyi öz üzərinə götürməsi kifayət qədər uğurlu addımdır. Şəxsən mən belə bir addımı dəstəkləyirəm”.

Bununla belə, politoloqlar ehtiyatlı mövqe sərgiləyir. Elxan Şahinoğlu hesab edir ki, atəşkəsin hələ də kövrək olması fonunda sülhməramlıların əraziyə yerləşdirilməsi risklidir.

Ekspertin fikrincə, HƏMAS hələ tərksilah olunmayıb və bu, sülhməramlıların təhlükəsizliyinə təhdid yarada bilər. “Əgər atəşkəs tam bərqərar olarsa, Azərbaycanın iştirakı həm imic baxımından, həm də regional balanslı siyasətinə görə müsbət qarşılanar. Amma rəhbərlik funksiyasını üzərinə götürmək çox böyük məsuliyyətdir”, – deyə o vurğulayır.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə Azərbaycanın sülhməramlı fəaliyyətini təkcə iştirak deyil, həm də təşəbbüs baxımından mühüm addım kimi qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycan nə İsrailin, nə də HƏMAS-ın tərəfində çıxış etməyəcək, məqsəd yalnız sülhü qorumaq olacaq.

İlham İsmayıl hesab edir ki, Azərbaycan Türkiyə ilə paralel şəkildə və ya müstəqil kontingentlə fəaliyyət göstərə bilər: “Əgər Türkiyə orada olacaqsa, bu, iki ölkə arasında hərbi əməkdaşlığı daha da gücləndirəcək. Amma ən ideal variant Azərbaycanın müstəqil sülhməramlı sektor idarə etməsidir.”

O əlavə edib ki, Azərbaycanın bu missiyaya dəvət alması ölkənin beynəlxalq nüfuzunun artmasından qaynaqlanır: “Bu, təsadüfi deyil. Azərbaycan artıq etibarlı tərəfdaş kimi tanınır və Qəzzada iştirak ölkəmizin qlobal reputasiyasını daha da möhkəmləndirəcək.”

Qəzza zolağında planlaşdırılan beynəlxalq sabitləşdirmə missiyası hələ formalaşma mərhələsində olsa da, Azərbaycanın adı artıq əsas oyunçular sırasında çəkilir. Hərbi təcrübə, diplomatik çeviklik və balanslı siyasət Bakıya bu formatda həm etimad, həm də məsuliyyət qazandırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Oktyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri