Icma.az
close
up
RU
Azərbaycan tarixində ən geniş amnistiya: Prezidentdən humanist təşəbbüs

Azərbaycan tarixində ən geniş amnistiya: Prezidentdən humanist təşəbbüs

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. 

Təşəbbüsdə Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid ifadə olunur. 

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. 

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. 

Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. 

Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. 

“Cebheinfo.az”-a açıqlamasında deputat Tahir Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insanpərvərliyi, insana qayğı və diqqəti təkcə Azərbaycan xalqına deyil, bütün dünyaya yaxşı məlumdur. O qeyd edib ki, ölkə rəhbərinin humanist təşəbbüsü alqışlanmalıdır: 

“Dövlətimizin başçısı fəaliyyətinin bütün dövrlərində insan amilini, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasını və cəmiyyətin dinc inkişafını özünün əsas həyat məqsədi hesab edib və bunu əməlləri ilə sübut edib. Prezident İlham Əliyev dəfələrlə amnistiya aktları imzalayıb və minlərlə insan azadlığa buraxılaraq ailələrinə, doğmalarına qovuşub. 

Dövlət başçısının bu dəfə də amnistiya elan olunması təşəbbüsü ilə çıxış etməsi humanizmin yeni bir ifadəsidir. Çünki cənab Prezident hər zaman vətəndaşları düzgün əqidədə, doğru yolda, vətənə xidmətdə və torpağa məhəbbətlə görmək arzusundadır. O, səhvləri bağışlamağı bacarır. Məhz bu baxımdan yeni amnistiya aktının hazırlanması və 20 mindən çox şəxsin bu amnistiyadan faydalanması hər birimiz üçün xüsusi əhəmiyyətlidir. Bu təşəbbüs on minlərlə ailənin sevincinə səbəb olacaq və sözsüz ki, bu, alqışlanmalıdır”. 

Tahir Rzayev vurğulayıb ki, yeni amnistiya aktının imzalanması ölkə vətəndaşları tərəfindən böyük sevinclə qarşılanacaq, insanların Prezidentə hörmət və etimadını bir daha artıracaq: 

“Azadlığa buraxılacaq şəxslər arasında elə insanlar var ki, onlar adi ehtiyatsızlıq, bilməməzlik və ya təsadüfi səhvlər ucbatından cəzaya məhkum olunub, uzun müddət ailələrindən uzaqda, peşmançılıq hissi ilə həyat yaşayırlar. Konstitusiyamızın ali məqsədlərinin verdiyi imkanlar əsasında ölkənin bütün ərazisində insan hüquqlarının tam bərqərar olunması, vətəndaşların cəmiyyət həyatında və quruculuq proseslərində fəal iştirak etməsi gələcəyimiz üçün olduqca vacibdir. 

Belə amnistiya aktları təkcə hüquqi deyil, eyni zamanda bir tərbiyə üsuludur. İnsanları düzgün yola qaytarmaq, onları cəmiyyətə yenidən qazandırmaq və yeni, mənalı həyata cəlb etmək əsl insanlıq nümunəsidir. Azərbaycan Prezidenti də daim bu yolda özünün səylərini əsirgəmir”. 

“Cebheinfo.az”-a danışan Azərbaycan Respublikasnın Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, Prezidentin amnistiya aktının qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış etməsi təqdirəlayiq və humanist addımdır. O qeyd edib ki, Cənab Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və humanizm, mərhəmət prinsipləri dövlət başçısının fəaliyyətində əsas istiqamətlərdən biridir: 

“Amnistiya aktı geniş şəxslər dairəsini əhatə edir və kütləvi xarakter daşıyır. Prezidentin belə bir təşəbbüslə çıxış etməsini alqışlayıram. Amnistiya aktı qəbul edilərkən bir sıra kateqoriyalara aid şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilərlər. 

Bunlara dövlətin ərazi bütövlüyünün müdafiəsində iştirak etmiş şəxslər, Vətən müharibəsinin iştirakçıları, 19-20 sentyabr antiterror əməliyyatlarında iştirak edənlər, həmin əməliyyatlar zamanı itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkmiş mülki şəxslər, eləcə də hərbi təxribatlar nəticəsində əlil olmuş və sosial baxımdan həssas qruplara aid vətəndaşlar daxildir. Bununla yanaşı, qadınlar, 60 yaş və yuxarı şəxslər, yetkinlik yaşına çatmayanlar və digər humanitar əsaslı kateqoriyalar da amnistiya aktına daxil edilə bilər”. 

Azərbaycan Respublikasnın Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü əlavə edib ki, ağır və xüsusilə ağır cinayətlərə, yəni terrorçuluq, dövlətə xəyanət, qəsdən adam öldürmə cinayətləri və oxşar əməllərə görə məhkum olunmuş şəxslərə amnistiya aktı şamil edilmir: 

“Hüquqi praktikaya əsasən, adətən amnistiya aktları böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum olunmuş, yaxud cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə şamil edilir. Bu şəxslər ya tam azad edilə, ya cəzalarının çəkilməmiş hissəsi azaldıla, ya da ümumiyyətlə, cinayət məsuliyyətindən azad oluna bilərlər”.

 Ə. Nuriyev qeyd edib ki, miqyas baxımından bu amnistiya əvvəlkilərdən daha geniş olacaq:

“Bu addım Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın ölkənin bütün ərazisində tam tətbiq olunması kontekstində atılır. 2021-ci ildə qəbul edilən Zəfər amnistiyası təxminən 17 min 200-dən artıq şəxsə şamil olunmuşdu. 

Hesab edirəm ki, bu dəfə qəbul ediləcək amnistiya aktı 20 mindən çox şəxsi əhatə edə bilər. Minlərlə insanın cəzası azaldıla və ya dəyişdirilə bilər. Düşünürəm ki, bu, Azərbaycanın tarixində ən geniş amnistiya aktlarından biri olacaq”. 

O , belə humanist addıma görə cənab Prezidentə minnətdarlığını bildirib:

“Bu təşəbbüs hüquqi dövlət quruculuğu, humanizm və mərhəmət prinsipləri, postmüharibə dövründə sosial inteqrasiya və Konstitusiyanın ölkənin bütün ərazisində tətbiqinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: amnistiyaTahir Rzayev Əliməmməd Nuriyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri