Azərbaycan tarixinin ən böyük imperiyasının xəritəsi paylaşılıb
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev “Nadir şah Əfşarın İmperiyası (1736-1747)” adlı xəritə paylaşıblar
Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev “Nadir şah Əfşarın İmperiyası (1736-1747)” adlı xəritə paylaşıblar.
AYNA.AZ xəbər verir ki, bu xəritə “Azərbaycan tarixi atlası”na (baş redaktor: akademik Yaqub Mahmudov), “Azərbaycan Respublikasının Milli Atlası”na və “Azərbaycan tarixi xəritələrdə” atlasına (elmi redaktor: akademik Yaqub Mahmudov) daxil edilib.
“Paylaşdığımız xəritənin müəllifi tarix elmləri doktoru, professor Tofiq Mustafazadədir. Dahi Azərbaycan sərkərdəsi Nadir şahın yaratdığı Əfşar İmperiyasının sərhədləri Dərbənddən Türküstanın və Hindistanın içərilərinə, Hind okeanı sahillərinə qədər uzanırdı. Bu, Azərbaycan tarixinin ən böyük imperiyasıdır. Azərbaycan tarixinin ən uzunömürlü imperiyası isə 235 il mövcud olmuş Səfəvi İmperiyasıdır (1501-1736)”, - deyə tarixçilər bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 22 Avqust 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















