Gələn il Azərbaycan tarixinin ən böyük büdcəsi olacaq Nazir
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Neft gəlirlərindən asılılığın azaldılması və valyuta ehtiyatlarının qorunması qarşımızda duran ana hədəflərdən biridir".
"Unikal" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev AzTV-nin "Hədəf" verilişində deyib.
"Növbəti ilin icmal büdcəsi 45 milyard manatdan artıq gəlirlərlə 48,8 milyard manatlıq isə xərc portfeli ilə Azərbaycan tarixinin ən böyük büdcəsidir. Bu, rekord göstəricidir. İcmal büdcəmizin xərclərinin ÜDM-də payı 36,4 faiz olaraq planlaşdırılır, qeyri-neft ÜDM-də payı isə 48 faiz ətrafında planlaşdırılır. Bunun özü çox əhəmiyyətli bir rəqəmdir. Düşünürük ki, tarixi bir göstərici olmaqla Azərbaycanda gələn il həyata keçiriləcək dövlət siyasətinin maliyyə təminatı bu parametrlər çərçivəsində qorunmuşdur", - deyə nazir qeyd edib.
Nuranə Abbasova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 29 Dekabr 2025 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















