Icma.az
close
up
RU
Azərbaycan tarixinin ən böyük amnistiya aktı TƏHLİL

Azərbaycan tarixinin ən böyük amnistiya aktı TƏHLİL

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əsas məqsədi cəza siyasətində humanizmin təmin edilməsi olan amnistiya aktları, əfv sərəncamları ölkəmzin müstəqilliyini bərpa etməsindən sonra on minlərlə insanın taleyində mühüm dəyişikliklərə səbəb olub. Azərbaycan, eləcə də dünya təcrübəsi göstərir ki, amnistiya və əfvlər təkcə hüquqi mexanizm deyil, eyni zamanda dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə xidmət edən vacib ictimai vasitədir. Bütün bunlar fonunda ötən 22 il ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları, eləcə də amnistiya aktları Azərbaycan dövlətinin humanist siyasətinin mühüm tərkib hissəsi hesab olunur. Bu aktlar və sərəncamlar hüquqi dövlət quruculuğu, sosial ədalətin təmin olunması və cəmiyyət-dövlət münasibətlərində etimadın möhkəmləndirilməsinə daim mühüm töhfələr verib.

O da birmənalı həqiqətdir ki, cənab İlham Əliyev 2003-cü ildən etibarən Prezident kimi fəaliyyətə başladığı dövrdən amnistiya və əfv məsələlərinə ardıcıl, sistemli, humanist yanaşma sərgiləyib. Nəticədə minlərlə məhkum cəzadan azad edilib, bir çox şəxslərin isə cəza müddətləri azaldılıb. Xüsusilə az ağır və ağır olmayan cinayətlər törətmiş şəxslər, qadınlar, yetkinlik yaşına çatmayanlar, yaşlılar, əlilliyi olan şəxslər və müharibə iştirakçıları amnistiya aktlarının əsas benefisiarları olub. Bu, həm də Prezident İlham Əliyevin sosial həssas qruplara xüsusi diqqət göstərdiyini bir daha aydın şəkildə nümayiş etdirir. Azərbaycan tarixinin gözlənilən ən böyük amnistiyası təşəbbüsünün yenə Prezident İlham Əliyev tərəfindən irəli sürülməsi dövlət başçısının humanizm prinsiplərini həmişəki rəhbər tutmasının növbəti təzahürüdür.

Qeyd edilməlidir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Ölkə Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Bütün bunların humanizm prinsiplərinə xidmət etməsi ilə yanaşı, digər mühüm nəticələri də var. Çoxsaylı araşdırmalar göstərir ki, cinayət törətmiş şəxslərin hamısını cəmiyyətdən təcrid etmək həmişə effektiv nəticə vermir. Bəzi hallarda cəzanın yüngülləşdirilməsi və ya tamamilə aradan qaldırılması həmin şəxslərin islah olunmasına, cəmiyyətə yenidən inteqrasiyasına daha müsbət təsir göstərir. Amnistiya və əfvlər bu baxımdan insanlara ikinci şans verir, onların səhvlərini dərk edib düzgün yola qayıtmasına imkan yaradır. Bu isə cəmiyyətdə bağışlama və mərhəmət kimi mənəvi dəyərlərin güclənməsinə də zəmin formalaşdırır.

Təbii ki, amnistiya və əfvlərin sosial əhəmiyyəti də az önəmə malik deyil. Xüsusən o baxımdan ki, azadlığa buraxılan şəxslərin ailələri bundan olduqca böyük fayda görür. Ailənin yenidən birləşməsi, uşaqların valideyn himayəsinə qovuşması, ailə üzvlərinin psixoloji vəziyyətinin yaxşılaşması amnistiyanın və əfvin cəmiyyətə müsbət təsirlərindəndir. Bununla yanaşı, amnistiya aktları və əfv sərəncamları hüquqi sistemin dinamikliyini göstərir. Bu, vətəndaşlarda hüquqi dövlət anlayışına inamı gücləndirir. Digər tərəfdən statistik təcrübə göstərir ki, amnistiyalar və əvflər cinayətlərin artmasına deyil, əksinə, sosial adaptasiyanın güclənməsinə səbəb olur, cəmiyyət üçün fayda mənbəyinə çevrilir.

Qeyd edilənlər kontekstində Prezident İlham Əliyevin amnistiya və əfv siyasəti Azərbaycan dövlətinin humanist dəyərlərə, hüquqi və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlyini bir daha nümayiş etdirir. Milli Məclisin deputatı Vüqar İskəndərov da qeyd edir ki, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü güclü dövlətçiliklə yanaşı, humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir. Onun sözlərinə görə, amnistiya layihəsində Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçılarına, şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də sosial həssas kateqoriyalara xüsusi yer ayrılması dövlətin sosial məsuliyyətinin bariz ifadəsidir: “Bu addım minlərlə insanın yenidən normal həyata qayıtmasına və cəmiyyətə inteqrasiyasına şərait yaradacaq. Miqyasına görə ən böyük amnistiyalardan biri olacaq bu təşəbbüs suverenliyin tam bərpası fonunda qəbul edilən mühüm siyasi və hüquqi qərar kimi tarixə düşəcək və güclü Azərbaycan dövlətinin gələcəyə inamını bir daha təsdiqləyəcək”.

Ümumiyyətlə, Azərbaycanda amnistiya aktları və əfv sərəncamları humanist dövlət modelinin mühüm göstəricisidir və təkcə ölkəmizdə yox, dünya miqyasında da hər zaman təqdir edilir.

MTM Analitik Qrupu 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri