Icma.az
close
up
RU
Azərbaycan Televiziyasında Bayağılaşma: Nitq mədəniyyətinin geriləməsi cəmiyyətə necə təsir edir?

Azərbaycan Televiziyasında Bayağılaşma: Nitq mədəniyyətinin geriləməsi cəmiyyətə necə təsir edir?

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlərdə televiziya efirlərində, xüsusən də özəl kanallarda aparıcıların nitq mədəniyyəti və efir etikası baxımından ciddi geriləmə müşahidə olunur. Bayağılıq, səthi yanaşmalar və zəif danışıq qabiliyyəti media məkanında getdikcə artmaqda, peşəkarlığın səviyyəsi isə aşağı düşməkdədir.

Bu tendensiya həm televiziya işinin keyfiyyətinə, həm də cəmiyyətin zövq və düşüncə tərzinə təsir göstərir.

Görəsən, bu vəziyyətin səbəbləri nə ilə bağlıdır və televiziya sahəsində peşəkarlığın səviyyəsini yüksəltmək üçün hansı addımlar atıla bilər?

Bu geriləmə medianın cəmiyyət üzərindəki təsirini necə zəiflədə bilər?

Gununsesi.info-ya danışan təhlilçi-jurnalist Ceyhun Alışlı mövzunu belə şərh edib:

“Son illər Azərbaycan televiziya məkanında, xüsusən də özəl kanalların efirlərində nitq mədəniyyəti və efir etikası baxımından ciddi geriləmə müşahidə olunur. Əvvəllər televiziya aparıcısı olmaq üçün müəyyən peşəkar meyarlar mövcud olub. Burada ədəbi dil biliyi, savad, ümumi dünyagörüş və etik məsuliyyət əsas götürülüb. İndi isə açıq-aşkar görünür ki, bu meyarlar demək olar ki, arxa plana keçib. Aparıcını seçərkən əsas meyar onun reytinq gətirə bilməsi, sosial mediada tanınması və “şou xarakterli” görünməsi olur. Beləcə, efir tədricən mədəniyyətin daşıyıcısından kommersiya vasitəsinə çevrilir”.

Ceyhun Alışlının fikrincə, bu bayağılaşmanın kökündə həm peşəkarlıq boşluğu, həm də nəzarət sisteminin zəifləməsi dayanır.

“Təcrübəli ustad jurnalistlərdən eşitmişik ki, əvvəllər aparıcı efirə çıxmazdan öncə xüsusi dil məşqlərindən keçər, redaktorlar onların hər cümləsini yoxlayarmış. İndi isə bir çox proqramlar sanki ssenarisiz tərtib edilir, nəticədə aparıcılar efirdə məntiqi ardıcıllığı itirir, kobud ifadələr, jarqon sözlər, hətta qrammatik səhvlər işlətməkdən çəkinmirlər. Məsələn, bəzi verilişlərdə aparıcı qonağın sözünü kəsir, onunla lağlağı edir və bunu “yumor” adı ilə təqdim edir. Məncə, bu, tamaşaçıya hörmətsizlik və efir etikasının pozulmasıdır.

Xarici təcrübəyə baxsaq, məsələn, BBC və ya TRT kimi kanallarda efir mədəniyyəti hələ də yüksək səviyyədə qorunur. BBC aparıcıları dil, tələffüz və davranış baxımından xüsusi məktəb keçir, hətta efirdə bir cümlə yanlış vurğulansa, dərhal redaksiya müdaxilə edir. TRT-də aparıcıların hər biri nitq və jest nəzarətindən keçir, efirə çıxmadan öncə bədən dili və emosional idarəetmə üzrə təlim alırlar. Bizdə isə efirdə bəzən ədəbi dildən uzaq, küçə danışığına bənzər ifadələr eşidilir, bu isə tədricən tamaşaçının da danışıq tərzinə sirayət edir. Digər misal kimi, bəzi verilişlərdə bayağı zarafatlar və süni gülüşlər efiri doldurur. Bu, reytinq gətirən “asan məzmun” kimi qəbul olunur. Nəzərə alsaq ki, televiziya sadəcə əyləncə vasitəsi yox, həm də dil, zövq və davranış mədəniyyətini formalaşdıran məktəbdir”.

Jurnalist vurğulayıb ki, əgər efirdə bayağılıq dominant hala gəlirsə, bu, cəmiyyətin düşüncə səviyyəsini də aşağı çəkir.

“Tamaşaçı belə məzmunu tez-tez izlədikcə səviyyəsizliyi norma kimi qəbul edir və nəticədə zövq korlanır. Peşəkarlığın azalmasının qarşısını almaq üçün bir neçə əsas addım vacibdir. Düşünürəm ki, əvvəlcə, televiziya kanalları daxilində dil və etika kodeksi yenidən bərpa olunmalıdır. Aparıcı efirə çıxmazdan öncə müəyyən test və təlim mərhələsindən keçməli, ən əsası isə efirə peşəkar təsdiq almalıdır.

İkincisi, daxili redaktor və prodüser nəzarəti gücləndirilməlidir. Hər bir efir materialı yayımlanmadan öncə həm məzmun, həm də nitq baxımından qiymətləndirilməlidir. Üçüncüsü, tamaşaçı zövqü də dəyişməlidir. Yəni cəmiyyət bayağı məzmunu rədd etməyə, keyfiyyətli verilişləri tələb etməyə başlamalıdır. Əks halda, televiziyanın səviyyəsi daha da enəcək və o, mədəniyyətin deyil, səviyyəsizliyin təbliğatçısına çevriləcək. Belə bir deyim də var ki, televiziya cəmiyyətin güzgüsüdür.

O bulanarsa, insanlar da özlərini təhrif olunmuş şəkildə görəcəklər. Buna görə efirin saflığını qorumaq televiziya rəhbərləri ilə yanaşı, tamaşaçıların, bir sözlə, hər kəsin məsuliyyətidir. Unutmamalıyıq ki, efir tərbiyə verir və əgər o tərbiyə bayağıdırsa, cəmiyyətin zövqü də mexaniki olaraq korlanacaq.

Digər tərəfdən onu da qeyd etməliyəm ki, televiziya məkanımızda peşəkar aparıcılar, eləcə də keyfiyyətli və maarifləndirici verilişlər az da olsa, var. Belə peşəkarların sayı və proqramların daha da çoxalması və dəstəklənməsi cəmiyyətin zövqünü, düşüncə səviyyəsini daha da yüksəldəcək. Bu istiqamətdə ictimai və dövlət dəstəyi də önəmli rol oynaya bilər”-deyə Ceyhun Alışlı fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Oktyabr 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri