Icma.az
close
up
RU
Azərbaycan təmsilçisi ilə Canluici Donnarummanın seçimləri oxşar olub

Azərbaycan təmsilçisi ilə Canluici Donnarummanın seçimləri oxşar olub

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

FIFA dünya futbolunun ən yaxşılarını seçib. 2025-ci ilin ən yaxşı futbolçusu nominasiyasında “The Best” mükafatı Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembeləyə qismət olub.

Milli komandaların kapitanları və baş məşqçiləri, media nümayəndələri və azarkeşlərin iştirak etdiyi səsvermədə Azərbaycanı təmsil edən Rasim Mövsümzadə nəticələrlə bağlı fikirlərini açıqlayıb.
Onun sözlərinə görə, sentyabr ayında “Qızıl top”u qazanan Dembelenin FIFA tərəfindən də mövsümün ən yaxşısı seçilməsi sürpriz olmayıb:

“Səsvermə zamanı futbolçuların 2024-cü ilin avqustundan 2025-ci ilin avqustunadək göstərdikləri nəticələr əsas götürülüb. 28 yaşlı hücumçunun PSJ ilə UEFA Çempionlar Liqasını qazanması, turnirin ən dəyərli oyunçusu seçilməsi və mövsüm ərzində bütün turnirlərdə 35 qol vurması onun bu nüfuzlu mükafata layiq görülməsində həlledici rol oynayıb”.


Yekun siyahıda Dembelenin ardından “Barselona”nın gənc ulduzu Lamin Yamal və “Real Madrid”in hücumçusu Kilian Mbappe yer alıblar. Mövsümzadə səsvermədə ilk üçlüyə Dembele, Yamal və PSJ-nin digər üzvü Aşraf Hakimini daxil etdiyini bildirib:

“Maraqlıdı ki, İtaliya millisinin kapitanı Canluici Donnarumma da mənimlə eyni futbolçulara səs verib, sadəcə Yamal və Hakiminin yerlərini dəyişib. Sorğuya Mərakeş millisinin kapitanı qismində qatılan Hakimi isə öz seçimində sıra ilə Mbappe, Dembele və Rafinyaya üstünlük verib. Argentina millisinin kapitanı, dünya çempionu Lionel Messinin verdiyi xallar isə Dembele, Mbappe və Yamala qismət olub”.


Digər nominasiyalarda Mövsümzadənin səs verdiyi ispaniyalı Luis Enrike ən yaxşı məşqçi (2015-ci ildə də FIFA tərəfindən belə şərəfə layiq görülüb) və Canluici Donnarumma ən yaxşı qapıçı, qadın futbolunda isə Aytana Bonmati ən yaxşı oyunçu (ardıcıl 3-cü dəfə!), Sarina Vieqman ən yaxşı məşqçi (5-ci dəfə!) və Anna Hempton isə ən yaxşı qapıçı seçiliblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri