Icma.az
close
up
RU
“Azərbaycan terrorçuluqdan, separatçılıqdan qurtulmağın nümunəsini yaratdı” Millət vəkili

“Azərbaycan terrorçuluqdan, separatçılıqdan qurtulmağın nümunəsini yaratdı” Millət vəkili

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfəri antiterror əməliyyatlarının növbəti ildönümə təsadüf edirdi. İki il əvvəl keçirilən lokal antiterror əməliyyatı ilə Azərbaycan terrorçuları tam olaraq ərazilərindən çıxara bildi və öz torpaqları üzərində suverenliyini təmin etdi”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, artıq Qarabağda, işğaldan azad olunmuş ərazilərimizdə çox böyük bərpa və quruculuq işləri, infrastruktur layihələri həyata keçirilir:

“Yeni yollar çəkilir, dəmir yolları, avtomobil yolları salınır, qısa müddətdə üç beynəlxalq hava limanı istifadəyə verilib, yeni yaşayış binaları, sənaye obyektləri tikilir, sənaye parkları salınır. Faktiki olaraq 30 il ərzində işğala məruz qalmaqla yanaşı, xarabalığa çevrilmiş ərazilərimiz yenidən canlanıb. Qısa müddət ərzində sözün həqiqi mənasında çox böyük işlər görülüb. İnsanlarımızın geri qayıtmaları üçün minalanmış ərazilər təmizlənir və dədə-baba torpaqlarından didərgin düşmüş məcburi köçkün həyatı yaşayan Azərbaycan insanı öz doğma el-obasına qayıtmaqdadır. Dövlət başçısı həmin sakinlərin bir qrupu ilə görüşdü, çox mühüm mesajlar verdi. Əslində bu cür səfərlər hər dəfə yeni obyektlərin açılması, yeni infrastruktur layihələrinin ya təməlinin qoyulması, ya da başa çatması, Prezidentin açılış mərasimlərində iştirakı ilə yadda qalır. Eyni zamanda, Azərbaycan Prezidenti geri qayıdan sakinlərlə görüşdə həm dostlarımıza, həm düşmənlərimizə çox ciddi mesajlar vermiş oldu. Bu, əslində Azərbaycanın gücünü, qüdrətini göstərən amildir. Hər belə səfərdən, insanlarımızın geri qayıdış prosesindən sonra Azərbaycan vətəndaşları güclü dövlətin vətəndaşı olaraq bundan qürur duyur, əminliklə deyə bilərik ki, bu proses uğurla davam edir. Proses davam etdikcə torpaqlarımız tam olaraq məskunlaşdırılacaq, abadlaşdırılacaq, tam yeni görkəm almış olacaq”.

Deputat əlavə edib ki, iki il əvvəl tariximiz üçün çox böyük əhəmiyyətə malik olan hadisə baş verdi, hətta bir çoxlarının gözləmədiyi hadisəyə şahidlik etdik:

“Biz təbii ki, inanırdıq ki, torpaqlarımız işğaldan azad ediləcək. İnanırdıq ki, ərazi bütövlüyümüzü təmin edəcəyik. Amma bir çox məsələlər var idi ki, sözün həqiqi mənasında bəlkə də gözlənilməz oldu. Çünki orda 10 mindən artıq erməni terrorçu, silahlı birləşmələri var idi. Az vaxt ərzində onların ərazidən çıxarılması ilə sözün həqiqi mənasında mühüm bir addım atılmış oldu. Bunun əlbəttə ki, çox mühüm əhəmiyyəti var. Azərbaycan həm ərazilərini işğaldan azad etməklə, həm də terrorçuları ərazidən çıxarmaqla dünyaya yeni bir nümunə göstərmiş oldu - terrorçuluqdan, separatçılıqdan qurtulmağın Azərbaycan nümunəsi. Bu gün dünyanın bir çox ölkələri separatçılıqdan, terroçuluqdan əziyyət çəkir, terror qruplaşmaları ilə mübarizə davam edir. Amma Azərbaycan ərazilərini xüsusi olaraq vurğulamaq lazımdır ki, öz gücünə qısa müddət ərzində həyata keçirdiyi əməliyyatla terroçulardan, separatçılardan təmizlədi. Bununla da bir Azərbaycan nümunəsi ortaya qoydu, bu, misli görünməmiş bir əməliyyat idi. Bu əməliyyat tam bir sutka da çəkmədi. 23 saat ərzində 10 mindən çox erməni qanunsuz silahlıları, terrorçular zərərsizləşdirildi, böyük əksəriyyəti də təslim oldu”.  

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri