Azərbaycan Texniki Universiteti avtomobil ala bilmir
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Texniki Universitetinin avtomobil alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin dəyəri 165 000 AZN olub.
Cabir Həsənov

