Icma.az
close
up
RU
Ölkəmiz yenidən dünya ictimaiyyətinin diqqətini özünə cəlb etdi

Ölkəmiz yenidən dünya ictimaiyyətinin diqqətini özünə cəlb etdi

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Azərbaycanın dilbər guşəsi olan Qarabağda keçirilməsi İslam dəyərlərinin, birliyinin, Azərbaycanın çoxsaylı humanist təşəbbüslərinin dünyaya daha bir təqdimatıdır
1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq adı ilə iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan, 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı kimi fəaliyyətini genişləndirən qurum beynəlxalq səviyyədə tanınmaqla böyük nüfuza malikdir. Təşkilatın üzvləri kənd təsərrüfatı, sənaye, nəqliyyat və rabitə, infrastruktur, elm, təhsil, mədəniyyət, energetika sahələrində əməkdaşlıq edir, terrora qarşı birgə mübarizə aparırlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən ECO-nun 10 üzvü var: Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran. ECO-ya üzv ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Regional əhəmiyyətə malik təşkilat insan resursları baxımından da kifayət qədər ciddi potensiala malikdir. Bu potensialına görə təşkilatın böyük perspektivi olduğu hesab edilir. ECO üzvləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır.
Azərbaycan təşkilatın demək olar ki, bütün üzvləri ilə sıx inteqrasiya, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasəti yürüdür. Belə ki, Bakı Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla Asiyadan Avropaya yükdaşımaların təşkilini nəzərdə tutan Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində iqtisadi əlaqələrini genişləndirir. Bu ölkələrin nəqliyyat infrastrukturlarının inteqrasiyası istiqamətində çoxsaylı mühüm layihələr həyata keçirilməkdədir. Regionda marağı olan və faktiki rəqabət aparan Avropa İttifaqı, ABŞ və Çinin dəstəyini əldə edən layihənin inkişaf perspektivləri çox yüksək qiymətləndirilir.
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün ölkəmizdə, Ermənistanın işğalından azad olunan, hazırda yenidən dirçələn Qarabağda, Xankəndidə keçirilməsi siyasi, iqtisadi əhəmiyyətli tarixi hadisə, suverenliyimizin tam və qəti qələbəsinin daha bir təsdiqi olmaqla simvolik məna daşıır.
2025-ci ilin 3-4 iyul tarixlərində Qarabağın qəlbi olan Xankəndidə liderləri bir araya gətirəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə təkcə regional deyil, Qlobal Cənubun, Avrasiyanın iqtisadi məsələləri, qarşıda duran problemlər geniş müzakirə olunacaq
Ötən ilin noyabrında planetimizin gələcəyi üçün əhəmiyytəli məsələlərin, iqlim dəyişikyi ilə bağlı yaranan risklərin həlli yollarına həsr olunmuş COP29-dan sonra bu cür geniştərkibli sammitə ev sahibliyi siyasi sabitliyi baxımından nadir ölkələrdən sayılan Azərbaycanın dünyada möhkmələnən nüfuzundan qaynaqlanır. COP29-da geniş müzakirə olunan problemlərin davamı kim dəyərləndirilən Xankəndi görüşündə dayanıqlı inkişaf, iqlim dəyişikliyi, iqtisadi əməkdaşlıq kimi mühüm məsələlər müzakirə olunacaq, rəy və təkliflər nəzərə alınacaq, hədəflər müəyyənləşdiriləcək, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq «İqtisadi Əməkdaşlıq Təşkilatı Həftəsi» çərçivəsində təşkil olunan tədbirlərdə beynəlxalq əhəmiyyətli məsələlərin aktuallaşması, qarşılıqlı əməkdaşlığın genişlənməsini təmin edən iqtisadi əlaqələrin şaxələnməsi yeni layihələrin həllini tezləşdirir.
Adından göründüyü kimi, əsasən iqtisadi məsələlərin həlli üçün platformaya çevrilən Zirvə toplantılarının ayrılmaz hissəsinə çevrilmiş 6-cı ECO biznes-forumunun Şuşa görüşü də maraqlı nüanslarla yadda qaldı. Xatırladaq ki, ECO-nun qərarı ilə Şuşa şəhəri 2026-cı ilin turizm paytaxtı elan olunub. Regional əməkdaşlığın ümumi arxitekturasının aparıcı qolu olan biznes forumun Şuşada keçirilməsi göstərir ki, bu tədbir sadəcə siyasət müzakirələri üçün platforma deyil, iqtisadiyyatın, qarşılqıl əməkdaşlığın, turizmin inkişafı üçün geniş imkanlar yaradan mühüm iqtisadi vasitədir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanın Şuşada keçirilən 6-cı ECO biznes-forumunda söylədiyi «Forumda region ölkələrinin liderləri, ticarət-sənaye palataları və ECO Ticarət və Sənaye Palatasının nümayəndələrinin fəal iştirakı bizi xüsusilə ruhlandırır. Həmçinin bu forum hökumətlərlə özəl sektor arasında dərin və məzmunlu dialoqu təşviq etməyə, aparılan müzakirələri real tərəfdaşlıqlara və iqtisadi baxımdan səmərəli layihələrə çevirməyə xidmət edir» sözləri, eyni zamanda, Qlobal Cənubun aparıcı ölkəsi imicini qoruyan, Orta Dəhliz kimi, geniş, tərəfdaşları artan digər nəqliyyat layihələrin mərkəzində yerləşən Azərbaycanın dünya iqtisadiyyatında güclənən mövqeyinin təsdiqidir.
ECO-nun Zirvə görüşünün Xankəndidə təşkili isə Ermənistanın işğalından axzad olunan torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Sammit 30 ildən çox separatizmə yuva olmuş Xankəndidə keçirilən ilk tədbir olmaqla İslam həmrəyliyinin nümunəsidir. Xunta rejimindən xilas olan Xankəndidən bu həmrəyliyin dünya ictimaiyyətinə çatdırılması Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, müstəqilliyimizin və suverenliyimizin sarsılmazlıq nümunəsidir.
Asəf Raqufoğlu
Psixoloq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 İyul 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri