Icma.az
close
up
RU
Azərbaycan təyyarəsini bu ölkə vurub: İngiltərədən İDDİA FOTOFAKT

Azərbaycan təyyarəsini bu ölkə vurub: İngiltərədən İDDİA FOTOFAKT

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxstanın Aktau şəhəri ərazisində qəzaya uğraması ilə bağlı müxtəlif versiyalar irəli sürülür.

Publika.az xəbər verir ki, növbəti versiyanı Britaniyanın “The Times” qəzeti gündəmə gətirib.

Bildirilir ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin gövdəsində qəlpələr və ya güllələrdən zədələnməyə bənzər dəliklər var ki, bu da quş sürüsü ilə toqquşmanın rəsmi versiyasını şübhə altına alır.

Nəşr mütəxəssislərin fikirlərinə istinadən yazır ki, belə hallarda təyyarələr adətən hadisə yerindən yüzlərlə kilometr aralıda düşmək əvəzinə təcili eniş edir.

"Conflict Intelligence Team"in müstəqil rusiyalı analitiklərinin fikrincə, gövdədəki dəliklər “Pantsir-S1” kompleksinin zenit raketinin zərbəsi nəticəsində ola bilər.

Belə ki, hadisənin Ukraynanın 50 pilotsuz təyyarəsinin Rusiya ərazisində, o cümlədən cənub bölgələrində hava hücumundan müdafiə sistemlərinin işə salınmasına səbəb ola biləcək hücumlardan qısa müddət sonra baş verməsi şübhəli məqam yaradır.

Açıq məlumatlar üzrə tədqiqatçı Oliver Alexander qəzaya uğrayan AZAL təyyarəsinin görüntülərini təhlil edərək şaquli stabilizatorun bir tərəfində giriş, digər tərəfində isə çıxış dəliklərinin olduğunu qeyd edib.

"Zərər quşların vurması nəticəsində yaranıbsa, dəliklərin ətrafında daha çox batıqlar görünməli idi. Bununla belə, hər bir fraqmentin gövdəyə sadəcə deformasiya etməkdənsə, onu keçmək üçün kifayət qədər kinetik enerjisi var" deyə o, "The Times"a istinadla yazıb.

Qeyd edək ki, hazırda baş verənlərlə bağlı çoxlu versiyalar var, lakin yekun nəticələri təyyarə qəzasını araşdıran komissiya təqdim edəcək.

Xatırladaq ki, Bakıdan Qroznıya uçan “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Son məlumatlara görə, təyyarədə 69 nəfər olub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Təyyarədə Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları da olub. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 32 nəfər sağ qalıb.

Adəm Abbaslı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://publika.az
archiveBu xəbər 26 Dekabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri