Icma.az
close
up
RU
Rəna Soltanova Azərbaycan mediasını təhdid etdi FOTOFAKT

Rəna Soltanova Azərbaycan mediasını təhdid etdi FOTOFAKT

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qalmaqallarla gündəmdən düşməyən "Laser Beauty Klinikası"nın estetik kosmetoloqu Rəna Soltanova yenidən diqqət mərkəzinə gəlib. Uğursuz estetik müdaxilələri ilə bir çox qadının həyatına mənfi təsir göstərmiş kosmetoloq bu dəfə medianı hədəfə alıb.

Son günlərdə növbəti uğursuz əməliyyatın qurbanı olmuş pasiyentin şikayətinin mediada geniş işıqlandırılması Rəna xanımın xoşuna gəlməyib. O, "Instagram" hesabında paylaşım edərək media nümayəndələrini hədələyib, onun fotosunu dərc edən mətbu orqanlar barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib. Hətta daha da irəli gedərək jurnalistlərin həbs olunmasını tələb edib. Lakin unudur ki, jurnalistlərin fəaliyyəti qanunvericilik çərçivəsində tənzimlənir və onların həbsi fərdi arzulara əsasən mümkün deyil.

Rəna Soltanova daha sonra BBC-yə məxsus görüntünü paylaşaraq, Azərbaycan mediasını daim ölkəmiz haqqında qərəzli xəbərlər yayan BBC kimi olmağa çağırıb. Amma Rəna xanım unudub ki, Azərbaycana qarşı qərəzli münasibətə, ölkəmiz barədə həqiqətə uyğun olmayan xəbərlər yaydığına görə BBC-nin Azərbaycandakı nümayəndəliyi Xarici İşlər Nazirliyi tərəfindən ləğv edilib.

İndi isə Rəna xanım Azərbaycan mediasını məhz bu mətbuat qurumu kimi olmağa çağırır. Bunun da səbəbi bəllidir. Rəna xanımın etdiyi uğuruz estetik əməliyyatlarla bağlı yazılar xoşuna gəlməyib. Buna görə də dövlətimizi və dövlətçilimiyizi daim dəstəkləyən mediamızın bəyənmir və BBC kimi olmasını istəyir. Amma aldığı mükafatları (ödənişli və ya ödənişsiz, orasını biz deyə bilmərik) Azərbaycan mediası vasitəsi ilə təbliğ etdirən, Səhiyyə Nazirliyi işlədiyi klinikada yoxlama aparıb qanunsuzluqları üzə çıxaran zaman Azərbaycan mediasına müsahibə verib, özlərini müdafiə edən Rəna xanım bu gün həmin medianı bəyənmir, təhdid edir, jurnalistlərin həbs olunmasını istəyir. Azərbaycan demokratik respublikadır, söz və mətbuat azadlığı var. Medianın işi isə şikayətləri, problemləri araşdırıb, ictimaiyyətə təqdim etməkdir. Media müvafiq qanunlarla fəaliyyət göstərir və işi müvafiq qurumlar tərəfindən tənzimlənir.

Azərbaycan mediası təkcə fərdi halları deyil, həm də sağlamlıq, təhsil, ətraf mühit və hüquqi məsələlərdə cəmiyyətin maariflənməsi üçün mühüm işlər görür. Xüsusilə pandemiya dövründə əhalini düzgün məlumatlandırmaqda aktiv rol oynadı. Televiziya və yazılı media vasitəsilə milli-mədəni dəyərlər, tarix və ədəbiyyat mövzularının təbliği aparılır. Xüsusi veriliş və rubrikalarla gənc nəsildə milli kimlik hissinin güclənməsinə töhfə verilir. Media sosial ədalətsizlik, əlillərin hüquqları, aztəminatlı ailələr və region problemlərini gündəmə gətirərək onların həllinə çalışır.

Media orqanları, xüsusilə internet platformaları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları xarici auditoriyaya çatdırmaq üçün böyük kampaniyalar aparıb, haqq səsimizi bütün dünyaya çatdırıb, ermənilərin Xocalı və başqa bölgələrimizdə törətdiyi vəhşilikləri dünyaya tanıdıb, 44 günlük Vətən müharibəsi dövründə dövlət rəhbərliyimiz və əsgərlərimizlə çiyin-çiyinə dayanıb.

Azərbaycan mediasına ən yaxşı qiyməti hər zaman Prezident İlham Əliyev verib. Jurnalistləri özünün dostu adlandıran dövlət başçısı daim onların problemləri ilə maraqlanır, sosial problemlərinin həlli üçün müvafiq göstərişlər verir. Qarşıdan Milli Mətbuatın 150 illik yubileyi gəlir. Prezident İlham Əliyev də 2025-ci ildə "Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamda yubileyin dövlət səviyyəsində qeyd edilməsi, tədbirlər planının hazırlanması və media nümayəndələrinin təşviqi tapşırılıb.

Göründüyü kimi, Azərbaycan mediası Rəna Soltanovanın gördüyü kimi bərbad vəziyyətdə deyil. Əksinə, öz işini görür və dövlət tərəfindən də lazımi qiymətini alır.

Rəna Soltanova və işlədiyi "Laser Beauty Klinikası"na gəlincə, adları daim qalmaqallarda, uğursuz əməliyyatlarda hallanır. Bunu rəsmi qurumlar da dəfələrlə təsdiqləyib və klinikanın fəaliyyətini dayanırıb. Belə ki, 22-23 yanvar 2025-ci tarixlərində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) klinikada planlı yoxlama aparıb və aşağıdakı nöqsanları aşkarlayıb:

* Tibbi sənədlərin düzgün aparılmaması;
* Avadanlıqların sertifikatsız olması;
* Temperatur ölçmə qeydiyyatının aparılmaması;
* Radioloji-gigiyenik pasportun təqdim edilməməsi;
* Cərrahi və stomatoloji xidmətlərin lisenziyasız göstərilməsi;
* 30-dan çox şəxsin sertifikatsız işləməsi.

Bundan əlavə, Rəna Soltanovanın yoxlama heyətinə qarşı qeyri-etik davranış sərgilədiyi, onlara qışqırdığı və fiziki hədə tətbiq etdiyi də bildirilir. O, bu iddiaları "absurd" adlandırıb, "emosional reaksiya" ilə izah etsə də, AEM bu davranışı səlahiyyətlərin aşılması kimi qiymətləndirib.

2023-cü ildə klinikanın "Neapol" filialında estetik əməliyyat zamanı Azərbaycanın Xalq artistlərindən birinin gəlininin səhhətinin ağırlaşaraq komaya düşməsi də geniş rezonans doğurmuşdu. Bunun kimi onlarla misal var və bundan əvvəlki yazılarda onlarla bağlı dəfələrlə məlumat vermişik. Bu, klinikadakı nöqsanların və qeyri-peşəkarlığın bariz nümunələrindən biridir.

Bütün bu faktlar ortada ikən Rəna Soltanovanın medianı ittiham etməsi, jurnalistləri hədəfə alması məsuliyyətdən yayınmaq və diqqəti əsas problemlərdən yayındırmaq cəhdidir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:346
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 İyun 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri