Icma.az
close
up
RU
“Azərbaycan türk dövlətlərinin geosiyasi mərkəzinə çevrilir” General

“Azərbaycan türk dövlətlərinin geosiyasi mərkəzinə çevrilir” General

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Türk Dövlətləri Təşkilatının illik zirvəsinin Azərbaycanda keçirilməsi həm strateji, həm də simvolik baxımdan mühüm əhəmiyyət daşıyır”.

Bunu Metbuat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General hesab edir ki, bu hadisə Azərbaycan üçün yalnız diplomatik uğur deyil, həm də regional və qlobal miqyasda mövqeyinin gücləndirilməsinin göstəricisidir:

“Qarabağ zəfərindən sonra Azərbaycanın beynəlxalq nüfuzu xeyli artıb. Zirvənin Bakıda və xüsusilə Qəbələdə təşkili bu nüfuzun Türk dünyası səviyyəsində rəsmi təsdiqi kimi qiymətləndirilə bilər. Azərbaycan bu gün Türkiyə ilə birlikdə təşkilatın ən təsirli iki aktorundan biri sayılır. Bu da ölkəmizin təşkilat daxilində mərkəzi rolunu daha da gücləndirir. Eyni zamanda, bu zirvə Ermənistan və bölgəyə verilən ciddi mesaj olmaqla Cənubi Qafqazda Türk dünyasının geosiyasi çəkisini nümayiş etdirir”.

Yücel Karauz bildirib ki, cənubi Qafqazın strateji önəmi bu zirvə ilə bir daha ön plana çıxır:

“Region enerji və nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşir. Azərbaycanın son illərdə müdafiə sahəsində əldə etdiyi nailiyyətlər, həmçinin təşkilat daxilində təhlükəsizlik əməkdaşlığının güclənməsi baxımından zirvənin əhəmiyyətini artırır.

Azərbaycan Orta dəhlizin ən mühüm halqalarından biridir. Çindən Avropaya qədər uzanan bu strateji marşrutda ölkəmizin rolu xüsusi əhəmiyyət kəsb edir. Zirvənin Azərbaycanda keçirilməsi Türk dövlətlərinin Asiya-Avropa ticarətində rolunu gücləndirmək niyyətini göstərir. Bununla yanaşı, bu platforma investisiya, maliyyə və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır”.

General vurğulayıb ki, Zirvə həm də Türk dünyasında həmrəylik və mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətlidir:

“Şəhidlərin xatirəsinə ehtiram və türk xalqları arasında birlik mesajı bu tədbirdə xüsusi yer tutur. Zirvənin 3 oktyabr – Türk Dünyası Əməkdaşlıq Günündən dərhal sonra keçirilməsi də simvolik mənanı gücləndirir.

Azərbaycanın zəfərdən sonra qazandığı siyasi, hərbi və iqtisadi uğurlar onun həm regionda, həm də təşkilat daxilində güc və cazibə mərkəzinə çevrildiyini göstərir. Qəbələdə keçirilən bu zirvə isə həm dostlara, həm də düşmənlərə mühüm bir mesajdır – Azərbaycan Türk dünyasının mərkəzi aktorlarından biridir və bu mövqeyini hər ötən gün daha da möhkəmləndirir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri