Icma.az
close
up
RU
Azərbaycan türk dövlətlərinin QHT sektorunun inteqrasiyasında liderlik nümayiş etdirir FOTOLAR

Azərbaycan türk dövlətlərinin QHT sektorunun inteqrasiyasında liderlik nümayiş etdirir FOTOLAR

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan QHT-lərinin Özbəkistan səfəri  QHT sektorumuzun inkişaf təcrübəsi üçün çox əhəmiyyətli oldu. Bu səfər, Özbəkistan QHT sektoru ilə əməkdaşlığın genişlənməsi və institusional əsaslarının möhkəmlənməsi ilk növbədə Azərbaycan xarici siyasətinin ictimai təşəbbüslərlə dəstəklənməsi,  QHT-lərimizin beynəlxalq əməkdaşlığının gücləndirilməsi məqsədi baxımdan mühüm nəticə kimi dəylərləndirilə bilər. 
Özbəksitandan Azərbaycan QHT sektoruna böyük etimad
Eyni zamanda artıq ikitərəfli əməkdaşlığın güclü institusional əsasının formalaşması, QHT-lər arasında əməkdaşlıq haqqında memorandumların imzalanması, Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi "Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə" döş nişanının verildiyi ilk xarici ölkə nümayəndəsinin Azərbaycandan olması ölkəmizin türk dövlətlərinin vətəndaş cəmiyyətinin inteqrasiyasında da liderlik nümayiş etdirdiyini göstərdi.  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi "Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə" döş nişanı ilə təltif olunması həm də, Azərbaycanın bu istiqamətdə təşəbbüslərinin qiymətləndirilməsidir. Eyni zamanda bu Azərbaycan QHT sektorunun nailiyyəti, yeni mərhələdə aparılan islahatlar, həyata keçirilən beynəlxalq təşəbbüslərin bəhrəsidir. 
İkitərəfli əlaqələrin möhkəm təməli
Səfərin ən önəmli aspektlərindən biri 5 Azərbaycan QHT-nin Özbəksitandan olan QHT-lərlə əməkdaşlıq memorandumu imzalaması oldu. Beləliklə, artıq əməkdaşlıq QHT-lərin ikitərəfli əlaqələri müstəvisində davam edəcək və güclü bir təməl yarandı. QHT-lər özləri müstəqil şəkildə birgə təşəbbüslərə imza atacaqlar.
Bir-birimizdən nə öyrənəcəyik? 
Ən vacib məqamlardan biri təcrübə mübadiləsi oldu. Özbəkistan QHT-lərinin sosial tərəfdaşlıq, həssas qruplarla iş, sosial sifarişlərin həyata keçirilməsi, sosial xidmətin təşkili, icmalarda iş sahəsində çox yaxşı təcrübəsi, nümunələri var.  Səfər zamanı bu nümunələrlə tanış olduq və yaxın gələcəkdə konkret sahələr üzrə təcrübə mübadiləsini dərinləşdirməyə ehtiyac var. 
Səfər dövlət-QHT sektoru əməkdaşlığı sahəsində yeni  təcrübə öyrənilməsi baxımından əhəmiyyətli töhfə  oldu.  Özbəkistan Respublikası Prezidentinin 26 avqust 2024-cü il tarixli “Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ilə hər il dekabr ayının birinci həftəsində Vətəndaş Cəmiyyəti Həftəsinin keçirilməsi nəzərdə tuutlub. Son illər Özbəkistan şəffaflıq və rəqabət prinsipləri əsasında vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi sistemini təkmilləşdirir. Konstitusiyanın yeni redaksiyasında vətəndaş cəmiyyəti institutları konstitusion status alıb. Vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar müəyyən müddəalar Özbəkistan-2030 Strategiyasında və 2021-2025-ci illərdə vətəndaş cəmiyyətinin inkişafı Konsepsiyasında və digər normativ sənədlərdə öz əksini tapıb.
“Üçüncü sektor” üçün kadrların hazırlanmasına da böyük diqqət yetirilir. Prezidentin “2021-2025-ci illərdə Vətəndaş Cəmiyyətinin İnkişafı Konsepsiyası”nın təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq 500 QHT rəhbəri Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təlim və ixtisasartırma kurslarından keçib. 2025-ci ilə qədər daha 250 ictimai lider öz bilik və bacarıqlarını təkmilləşdirəcək.
Azərbaycanın inkişaf  etmiş təcrübəsi Özbəkistan QHT sektoru üçün çox əhəmiyyətlidir. Xüsusən beynəlxalq əməkdaşlığın gücləndirilməsi,  beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq təşkilatlara iş, beynəlxalq koalisiyaların yaradılması, özəl sektorla əməkdaşlıq, tədqiqatlar və araşdırmalar, dövlət xidmətlərinin monitorinqi, ətraf mühit,  rəqəmsal təbliğat və maarifləndirmə, bilik və bacarıqların artırılması  sahəsində Azərbaycan QHT-lərinin təcrübəsinə böyük maraq var. 
Azərbaycan TDT QHT sektorunun əməkdaşlığında  liderliyi yeni təşəbbüslərə inkişaf etdirəcək 
Azərbaycan QHT-lərinin Özbəkistan səfəri bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT sektorunun əməkdaşlığının institusional mexanizminin yaradılması, birgə fəaliyyətlər, platformalar üçün böyük potensial və münbit şərait var. Azərbaycanın türk dövlətlərinin inteqrasiyası istiqamətində lokomotiv rolunu Azərbaycan QHT sektoru uğurla  tamamlamaq potensialına malikdir. Həmçinin, Türk Dövlətləri Təşkilatı müstəvisində siyasi əməkdaşlığın yüksək səviyyəsi digər sektorlar üçün nümunə olmalı və bu imkan dəyərləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Özbəkistan-Azərbaycan QHT-lərinin forumunda  xüsusi olaraq qeyd etdi ki, "Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir. İki ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır. 
Azərbaycan və Özbəkistan münasibətləri sürətlə inkişaf edir, bu tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Həm Azərbaycan, həm də Özbəkistan öz xalqlarının milli maraqlarına əsaslanan müstəqil, ləyaqətli siyasət yürüdürlər”.
Azərbaycan Özbəkistan QHT sektoru arasında əməkdaşlıq nümunəsi artıq TDT müstəvisində bir model kimi nəzərdən keçirilə və tətbiq oluna bilər. Gözləmək olar ki, Azərbaycan bu istiqamətdə liderliyi yeni təşəbbüslərə inkişaf etdirəcəkdir.
Zaur İbrahimli



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri