Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Azərbaycan Türkiyə diplomatik həmrəyliyi strateji müttəfiqlikdən güc alır

Azərbaycan Türkiyə diplomatik həmrəyliyi strateji müttəfiqlikdən güc alır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Antalya şəhərində keçirilən IV Antalya Diplomatiya Forumu müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün mühüm önəm daşıyan ən əhəmiyyətli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib.

IV Antalya Diplomatiya Forumunda “Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” mövzusu ətrafında qlobal çağırışların müzakirəsi aparılır. Prezident İlham Əliyevin bu forumda iştirakı isə bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən forumlar və zirvə görüşləri təkcə diplomatik formatda deyil, həm də məzmun və nəticələr baxımından yeni keyfiyyət mərhələsinə yüksəlir.

“TASS”ın baş direktorunun müavini Mixail Qusman mediaya müsahibəsində Antalya Forumunun diplomatiya və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildiyini, eləcə də bu ənənəvi toplantının siyasi və diplomatik məsələlərin müzakirəsi üçün əsas beynəlxalq platformalardan biri kimi əhəmiyyətinin bir daha təsdiqləndiyini bildirib. Mixail Qusman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabər, Azərbaycan Prezidenti İlham Əliyevin də tədbirdə iştirakına xüsusi diqqət yetirərək, “bu, Azərbaycanın Türkiyə ilə yaxın dostluq və qardaşlıq əməkdaşlığının daha bir sübutudur” vurğulayıb.

Onun sözlərinə görə, qlobal çağırışlar, o cümlədən Cənubi Qafqaz, Yaxın Şərq, Avropa və Afrikadakı münaqişələr kontekstində “mövqelərin birləşdirilməsi və bir-birini başa düşməsi” mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan və Rusiyanın çox yaxın münasibətləri var. Türkiyə ilə Azərbaycanın daha da sıx əlaqələri var”, – deyən M.Qusman 44 günlük müharibədə Türkiyənin Azərbaycanla həmrəy olduğunu xatırladıb.

Antalyada keçirilən görüşlər Azərbaycan–Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir mübadiləsi üçün geniş imkanlar yaradır. Bu səfər, həmçinin ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir. Bununla yanaşı, hər iki qardaş dövlət bu gün regional təhlükəsizliyin təminatçıları, sülh və əməkdaşlığın təşəbbüskarları kimi çıxış edir. Onların regiondakı fəallığı, Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Qara dənizdən Aralıq dənizinə qədər geniş coğrafiyada sabitliyin qorunmasına verdikləri töhfə beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Türkiyə–Azərbaycan münasibətlərinin unikal xarakteri və bu əlaqələrin sabitliyi regional inteqrasiya və ortaq inkişaf baxımından nümunəvi model kimi diqqət çəkir. Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı da təkcə iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisədir.

Qardaş Türkiyə ilə müxtəlif sahələrdə münasibətlərin davamlı şəkildə dərinləşməsi iqtisadi sektorda da özünü qabarıq büruzə verir. Hazırda tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin möhkəmlənməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranan yeni reallıqlara uyğun olaraq iqtisadi əlaqələrin daha da inkişafı yönündə layihələrin reallaşdırılması diqqət mərkəzində saxlanılır. Bunlarla bərabər, iki dövlət arasında Preferensial Ticarət Sazişinə əsasən, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılmasına xüsusi önəm verilir.

Azərbaycanın ixrac–idxal proseslərində də qardaş ölkə xüsusi rol oynayır. Respublikamızın keçən ilki ixracının 9 faizinin, idxalın isə 16 faizinin Türkiyə ilə bağlı olması məhz bunun bariz ifadəsidir. Türkiyə ilə ticarətdə Azərbaycan müsbət saldo əldə edir. Belə ki, hazırda Azərbaycanın Türkiyə ilə ixracı 3,5 milyard dollara, idxalı isə 2,3 milyard dollara çatır. Beləliklə, 1,2 milyard dollarlıq müsbət saldo yaranır.

Türkiyə son illərdə Azərbaycana yatırılan investisiyaların və Azərbaycanın yatırdığı sərmayələrin həcminə görə də önəmli yer tutub. Qardaş ölkəyə hazırkı dövrədək 20 milyard dollardan çox, Türkiyə şirkətləri tərəfindən isə Azərbaycana 16 milyard dollardan artıq investisiya qoyulub.

Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükü edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Həmçinin 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans–Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycan qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr, həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır.

Beləliklə, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın ən mühüm addımlarından biri olan TANAP təbii qaz resurslarının müxtəlifliyini artırmaq üçün indiyədək həyata keçirilən ən strateji layihələrdən biridir. Bu layihə sayəsində ümummilli lider Heydər Əliyevin dövründə başlayan Türkiyə və Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıq yeni müstəviyə keçib.

Vüsalə CƏFƏROVA,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri

“Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunda keçirilən 4-cü Antalya Diplomatik Forumu (ADF) qlobal siyasi proseslərin, dövlətlərarası münasibətlərdə yeni çağırışlar və perspektivlərin ən yüksək səviyyədə müzakirə olunduğu nüfuzlu platformadır. Üç gün davam edən tədbirdə dünyanın 140-dan artıq ölkəsindən 4 mindən çox nümayəndə, o cümlədən 20-dən çox dövlət və hökumət başçısı, 70-dən artıq nazir və 60-a yaxın beynəlxalq təşkilatın yüksək səviyyəli təmsilçiləri iştirak edir.

Toplantı çərçivəsində iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi müasir qlobal çağırışlar üzrə 50-dən çox panel müzakirəsi keçirilir. Bu çərçivədə ADF yalnız diplomatik əlaqələrin gücləndirilməsi üçün deyil, həm də çoxşaxəli qlobal əməkdaşlıq platforması kimi çıxış edir.

Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün yeni imkanlar və prioritet istiqamətlər müzakirə olunub. Vüsalə Cəfərova bildirib ki, Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər son illərdə təkcə artan ticarət dövriyyəsi ilə deyil, eyni zamanda, investisiya, enerji, nəqliyyat-tranzit və regional əməkdaşlıq sahələrində yeni strateji mərhələyə qədəm qoyub.

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsində son 10 il ərzində davamlı artım nəzərə çarpıb. Belə ki, ikitərəfli ticarət dövriyyəsi 2023-cü ildə 6 milyard ABŞ dollarından 2024-cü ildə 7,6 milyard dollara çatıb. Azərbaycanın əsas ixrac məhsullarına xam neft, təbii qaz, neft-kimya məhsulları və kənd təsərrüfatı malları daxil olduğu halda, Türkiyədən idxal olunan məhsullar arasında sənaye avadanlıqları, maşınqayırma komponentləri, tikinti materialları və dərman vasitələri üstünlük təşkil edib. İkitərəfli ticarət əlaqələrinin şaxələndirilməsi və qeyri-neft sektorunun ixracda rolunun artırılması iki ölkə arasında iqtisadi gündəliyin əsas prioritetlərindən biri kimi diqqət çəkib.

Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələr daim strateji xarakter daşıyıb. Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədəki ümumi investisiya həcmini, təxminən, 18 milyard dollar səviyyəsinə çatdırıb. Bu investisiyaların ən mühüm komponentlərindən biri İzmirin Əliağa bölgəsində yerləşən və 6,3 milyard ABŞ dolları dəyərində olan “STAR” Neft Emalı Zavodudur.

2018-ci ildən fəaliyyət göstərən bu nəhəng müəssisə hər il 10 milyon ton xam neft emal etmək gücündədir və Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, SOCAR-ın iştirakı ilə fəaliyyət göstərən “Petkim” neft-kimya kompleksi və TANAP layihəsi vasitəsilə təbii qaz nəqli enerji sahəsində tərəfdaşlığın genişliyini əks etdirir. Eyni zamanda, Türkiyə şirkətləri də Azərbaycanın infrastruktur, nəqliyyat və kənd təsərrüfatı sektorlarında səmərəli fəaliyyət göstərir.

Azərbaycan və Türkiyə arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində strateji məna kəsb edir. Bakı–Tbilisi–Qars dəmir yolu bu istiqamətdə ən uğurlu layihələrdən biridir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və Naxçıvanla quru əlaqəsinin bərpası təkcə ikitərəfli deyil, həm də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirəcək.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işlərində Türkiyə şirkətləri və dövlət qurumları fəal iştirak edir. Füzuli Beynəlxalq Hava Limanının inşası, Ağdam şəhərinin Baş planının hazırlanması, Zəngilan rayonundakı “ağıllı” kənd layihələri bu əməkdaşlığın bariz nümunəsidir. Bundan əlavə, digər türkiyəli tərəfdaşlar vasitəsilə infrastruktur layihələri həyata keçirilir. Qarabağda “yaşıl” enerji zonalarının yaradılması üzrə strateji tərəfdaşlıq da diqqət mərkəzindədir.

Azərbaycan və Türkiyə TDT-nin əsas lokomotivlərindəndir. 2023-cü ilin noyabrında Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş qərarlar ticarət, gömrük inteqrasiyası və nəqliyyat bağlantılarının daha da inkişaf etdirilməsinə yönəlib. Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) TDT-də müşahidəçi statusu qazanması da bu təşkilatın siyasi və iqtisadi baxımdan genişlənməsini göstərir. Azərbaycanın ŞKTC-yə dəstəyi Prezidenti İlham Əliyevin 4-cü Antalya Diplomatik Forumu çərçivəsində ŞKTC-nin prezidenti Ersin Tatarla görüşdə bir daha ifadə edilib.

Forum çərçivəsində keçirilmiş yüksəksəviyyəli görüşlər və panel müzakirələr Azərbaycan–Türkiyə münasibətlərinin regional və qlobal səviyyədə nümunəvi bir strateji tərəfdaşlıq modeli olduğunu bir daha təsdiq edir. Ticarət dövriyyəsinin artması, enerji təhlükəsizliyində birgə təşəbbüslər, Qarabağın bərpasında tərəfdaşlıq və Türk dünyasında iqtisadi inteqrasiya bu münasibətlərin əsas sütunlarını təşkil edir.

XQ-nin analitik qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2025 04:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see382

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see318

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see294

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see291

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see259

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see254

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see248

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see244

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see229

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see220

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see207

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see206

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see205

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see205

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see178

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see140

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see133

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri