Icma.az
close
up
RU
Azərbaycan Türkiyə müttəfiqliyinin strateji zirvəsi ŞƏRH

Azərbaycan Türkiyə müttəfiqliyinin strateji zirvəsi ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan və Türkiyə arasında münasibətlər tarixən qardaşlıq, dostluq və qarşılıqlı dəstək prinsipləri üzərində qurulmuşdur. İki dövlət arasında əlaqələr müstəqillik dövründə daha da inkişaf etmiş, siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu münasibətlərin zirvə nöqtələrindən biri 15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsidir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən mühüm sənəd kimi tarixə düşmüşdür. Bəyannamə təkcə iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini müəyyən etməmiş, həm də regionun gələcək inkişafı üçün mühüm siyasi və geosiyasi əhəmiyyət qazanmışdır.Şuşa Azərbaycan xalqının mədəniyyət beşiyi hesab olunur. Şəhərin 2020-ci ildə işğaldan azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin ən mühüm hadisələrindən biri olmuşdur. Məhz belə bir məkanda imzalanan Şuşa Bəyannaməsi sənədin siyasi və mənəvi əhəmiyyətini daha da artırmışdır. Şuşa şəhəri türk dünyasının mədəniyyət mərkəzlərindən biri kimi qəbul edilir. Buna görə də bəyannamənin məhz burada imzalanması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını nümayiş etdirmişdir. Şuşa Bəyannaməsində tərəflərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət bir daha təsdiqlənmişdir. Sənəd siyasi əməkdaşlığın dərinləşdirilməsini, beynəlxalq təşkilatlarda birgə fəaliyyəti və qarşılıqlı dəstəyi nəzərdə tutur. Bəyannamənin ən mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsidir. Tərəflərdən birinə qarşı təhlükə yarandığı halda birgə məsləhətləşmələrin aparılması və lazımi tədbirlərin görülməsi nəzərdə tutulur. Bu müddəa iki ölkə arasındakı strateji müttəfiqliyin real məzmununu ortaya qoyur.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Türkiyə və Azərbaycan arasında münasibətlər dünyada analoqu olmayan qardaşlıq nümunəsidir. Prezident qeyd etmişdir ki, Şuşa Bəyannaməsi gələcək nəsillər üçün etibarlı əməkdaşlıq platforması yaradır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışlarında Şuşa Bəyannaməsinin iki dövlət arasında münasibətləri yeni mərhələyə yüksəltdiyini bildirmiş, “Bir millət, iki dövlət” prinsipinin bu sənəddə öz real təcəssümünü tapdığını vurğulamışdır.

Azərbaycan və Türkiyə enerji sektorunda uzun illərdir uğurlu tərəfdaşlıq həyata keçirirlər. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və TANAP layihələri dünya enerji təhlükəsizliyinə mühüm töhfə vermişdir. Şuşa Bəyannaməsi bu əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Xüsusilə alternativ enerji mənbələrinin inkişafı, investisiya layihələrinin artırılması və iqtisadi əlaqələrin gücləndirilməsi sənədin əsas istiqamətlərindəndir. Bəyannamədə regionun nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi mühüm yer tutur. Zəngəzur dəhlizinin açılması Azərbaycan, Türkiyə və bütövlükdə region üçün yeni iqtisadi imkanlar yarada bilər. Bu dəhliz Türk dünyasının inteqrasiyasını gücləndirməklə yanaşı, beynəlxalq ticarət yollarının inkişafına və yükdaşımaların artmasına da mühüm töhfə verəcəkdir.

Azərbaycan və Türkiyə xalqları ortaq tarixə, dilə və mədəniyyətə malikdir. Buna görə də humanitar əməkdaşlıq iki ölkə münasibətlərində xüsusi yer tutur. Təhsil, elm, mədəniyyət, gənclər siyasəti və idman sahələrində əməkdaşlığın genişləndirilməsi Şuşa Bəyannaməsinin prioritet istiqamətlərindəndir. Ortaq mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından bu əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoymuş tarixi sənəddir. Bu sənəd iki dövlətin siyasi iradəsini, ortaq maraqlarını və gələcək hədəflərini əks etdirir.
Bəyannamə regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə, iqtisadi inkişafın sürətlənməsinə və Türk dünyasının inteqrasiyasına mühüm töhfə verir. Bu baxımdan Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan sənəd kimi tarixdə qalacaqdır.

Vəli Sərxanlı

YAP Culfa rayon təşkilatının fəalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri