Icma.az
close
up
RU
Azərbaycan Türkiyə: dostluq, qardaşlıq və strateji müttəfiqlik zirvəsində

Azərbaycan Türkiyə: dostluq, qardaşlıq və strateji müttəfiqlik zirvəsində

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasimi keçirilib. Bu möhtəşəm tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə iştirak ediblər. Dövlətimizin başçısı mərasimdəki çıxışında xalqımızın bu faciəni öz ağrısı kimi yaşadığını diqqətə çatdırıb.

2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ bütövlükdə türk dünyasının qəlbində dərin iz buraxdı, hər kəsə böyük faciə, hüzn və sarsıntı yaşatdı. Fəlakət nəticəsində on minlərlə insan həyatını itirdi, yüz minlərlə ailə evsiz qaldı. Lakin faciənin ilk anlarından etibarən həmrəylik və qardaşlıq ruhu diqqət mərkəzində idi, Azərbaycan dövləti və xalqı bu ağır günlərdə Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin tapşırığı ilə mindən çox şəxsi heyət – xilasedicilər, həkimlər, könüllülər zəlzələ bölgələrinə göndərildi. Azərbaycanlı xilasedicilər 53 nəfəri dağıntılar altından sağ çıxarmağa nail oldu, səhra hospitallarında isə 3200-dən artıq zərərçəkmişə tibbi yardım göstərildi.
Zəlzələ kimi ağır fəlakətin nəticələrini qısa müddətdə aradan qaldırmaq yalnız güclü dövlət institutlarının mövcudluğu, xalqla lider arasında sarsılmaz birliyin sayəsində mümkün olub. Bu, Türkiyənin təkcə regionda deyil, eyni zamanda qlobal miqyasda nüfuzlu və güclü dövlət olduğunu bir daha təsdiqləyir.
Qardaş ölkənin uzunmüddətli bərpa prosesi üçün Azərbaycanın bütün imkanları səfərbər olundu. Fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Kahramanmaraş şəhərində 27,6 hektar ərazidə inşa olunan “Azərbaycan” məhəlləsi bu qardaşlığın bariz təzahürünə çevrildi. Layihə Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi, nəticədə 68 dördmərtəbəli yaşayış binasında ümumilikdə 1 194 mənzil, 1 595 ticarət obyekti, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası və yaxın gələcəkdə istifadəyə veriləcək mədəniyyət mərkəzi tikilərək istifadəyə hazır vəziyyətə gətirildi.
Dövlətlərarası həmrəylik yalnız humanitar sahədə deyil, siyasi və hərbi müstəvidə də özünü göstərir. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında Qarabağ Zəfəri zamanı Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstəyi xüsusi vurğulayıb. Xüsusilə 2021-ci ildə Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsinin iki ölkə arasında münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdiyini xatırladan dövlətimizin başçısı bildirib ki, Türkiyə və Azərbaycan həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.
“Azərbaycan” məhəlləsi həm də mənəvi bir dəyərin daşıyıcısıdır, burada hər daşın, hər binanın arxasında bir qardaşlıq hekayəsi, bir humanist yanaşma dayanır. Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə dayanan dostluq və strateji tərəfdaşlıq bu kimi layihələrlə daha da möhkəmlənir, gələcək nəsillərə örnək model kimi ötürülür. Bu məhəllə təkcə bərpa prosesini ehtiva etmir deyil, həm də ümidin, birliyin, humanizmin və gələcəyə birlikdə addımlamaq iradəsinin ifadəsidir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyun 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri