Icma.az
close
up
RU
Dostluq və qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik münasibətləri

Dostluq və qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik münasibətləri

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci il iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. İclasddan sonra Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.

Azərbaycan Resoyblikasının Prezidenti İlham Əliyev öz çıxışında bu günün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gün olduğunu qeyd edərək Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə həm ikitərəfli və həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində görüşlərdə ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərini geniş spektrini müzakirə etdiklərini, münasibıtlərimizin strateji, müttəfiqlik xarakter almasını bir daha təsdiq etdiklərini bildirdi. Bu da Azərbaycanla Özbəkistan arasında tarixən ortaq mədəniyyət, dil və etnik yaxınlığa əsaslanaraq formalaşan dostluq və qardaşlığın bu gün uğurla davam etdirilməsini sübut edir. Prezidentimiz bu münasibətlərin bundan sonra da daha dərindən və əhatəli formada davam etdirilməsində keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında imzalanmış Müqavilənin böyük rol oynadığını və bunun istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir.
İlham Əliyev cənabları Şavkat Mirziyoyevi futbol üzrə Özbəklistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etdiyini və Özbəkistan idmançılarının bu uğurunu və digər beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətləri Prezidentin və rəhbərliyin gənclərin təlim-tərbiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsi olduğunu bildirdi.
Hörmətli Prezidentimiz öz çıxışında ölkələrimiz arasında bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu haqqında geniş məlumat verərmişdir. Qeyd edilmişdir ki, başlanğıc kimi İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollar olsa da bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir. Belə ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaqdır. Eyni zamanda xüsusi olaraq qeyd edilir ki, Özbəkistan bizə dost və qardaş ölkə olduğuna görə, habelə Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradıldığından Özbəkistana investisiya qoymaq Azərbaycan üçün prioritetdir.
Prezidentin çıxışında qeyd edilir ki, hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və əməkdaşlıq edir. Bununla əlaqədar biz Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə şıxışı olan Mərkəzi Asdiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsini ətraflı müzakirə etdik.
Prezident İlham Əliyev özbəkistanlı dostlara məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarlığını bildirərək həm Azərbaycanda və həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri də xüsusi müzakirə etdiklərini bildirdi. Dövlət başçısı 30 illik erməni işğalından azad edilmiş Qarabağın bərpasına öz təşəbbüsü ilə göstərdiyi köməyə görə qardaş Özbəkistana xalqımızın minnətdarlığını ifadə edərək Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyevin dünyada ilk lider olduğunu bildirdi. Məhz Qarabağ bögəsində ilk sosial infrastruktur olan Fizuli şəhərində 960 şagird yeri olan, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyan tam orta məktəbin tikilib istifadəyə verilməsi olmuşdur. Hörmətli Prezidentimiz özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində Xankəndi şəhərində 200-dən çox insanın çalışdığı tikiş fabrikinin istifadəyə verilməsini də böyük minnətdarlıqla yad edərək çox yüksək qiymətləndirmişdir.
Prezident öz çıxışında Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviçə Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakının mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, Heydər Əlirza oğlu tərəfindən 2001-ci ildə ayrılan yerdə yeni binasını tikmək qərarına gəldiyi üçün minnətdarlığını bildirərək binanın tam hazır olduğunu və bu gün açılışını edəcəklərini bildirdi. İlham Əliyev cənabları Özbəkistan torpağının Azərbaycanda iknci hissəsi olacaq 5 hektardan ibarət “Özbəkistan”parkının Bakı şəhərinin mərkəzi hissəsində ən perspektivli , müasir urbanizm layihəsi olan “Ağ şəhər”də bu gün təməlinin qoyulacağını və bunun bizim qardaşlıq münasibətlərimizin bir daha təzahürü olduğunu bildirdi.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də bəyanatla çıxış edərək qeyd etdi ki, biz qardaş, dost və yaxın xalqlarıq, Özbəkistan Azərbaycanın uğurlarına həmişə ürəkdən sevinir və Azərbaycanda həyata keçirilən bir çox layihələri öyrənir, təhlil edir və bu təcrübəni mənimsəyirik. Azərbaycanın əldə etdiyi bütün uğurlar Azərbaycan Prezidenti, dostum və qardaşım İlham Heydər oğlunun gündəlik əməyinin bəhrələridir. Biz keçən il İlham Heydər oğlunun səfərindən sonra diplomatiya və siyasətdə ən böyük nailiyyət olan Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq və razılaşdığımız bütün məsələləri icra edirik. Azərbaycanda həyata keçirdiyimiz layihələrin Azərbaycan standartlarına uyğun olmasına çalışırıq və bu gün açılışını edəcəyimiz səfirlik binasının tikintisində və Fizulidə istifadəyə verdiyimiz məktəb binasında istəyimizə nail olduq. Bu gün biz həmişə olduğu kimi bütün məsələləri – beynəlxalq, regional, ikitərəfli, həssas məsələri müzakirə etdik. Çünki, bu günkü qeyri-sabit dünyada məsləhətləşmək, fikir mübadiləsi aparmaqla Azərbaycan və Özbəkistan xalqları üçün vacib olan məsələləri birlikdə həll etməliyik. Özbəkistan Prezidenti ölkəsinin futbol komandasının uğuru münasibətilə təbrikinə görə İlham Heydər oğluna təşəkkür edərək Azərbaycanın mini futbol komandasının dünya çempionu olmasını yüksək qiymətləndirib təbrik etdi və bildirdi ki, biz qərara aldıq FİFA-ya müraciət edək ki, Azərbaycan və Özbəkistan bu kateqoriyada futbol üzrə dünya çempionatını birgə təşkil etsinlər. Prezident Şavkat Mirzoyeyev belə məzmunlu, dostcasına və qarşılıqlı faydalı əməkdaşlığa görə Azərbaycan Prezidentinə təşəkkür edərək gələcək üçün yaxşı perspektivlərimiz olacağına əminliyini bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əlıiyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də mətbuata bəyanatında dedikləri iki ölkə arasında dostluq və qardaşlığı əks etdirən müttəfiqliyin bariz nümunəsinin necə olduğunu əyani surətdə göstərdi. Arzumuz budur ki, qonşularımız və digər dövlətlər Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında olan əsl dosluq və səmimiyyətə əsaslanan müttəfiqlikdən nümunə götürüb ölkəmizlə öz münasibətlərini bu formada qursunlar. Yalnız bu istiqamətdə qurulan münasibətlər ölkələrə və xalqlara qarşılıqlı fayda və uğurlu nəticələr verə bilər.

Eldar İbrahimov
Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun rəhbəri, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyul 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri