Icma.az
close
up
RU
Azərbaycan Türkiyə İsrail masasında yəhudilərə deyir ki...

Azərbaycan Türkiyə İsrail masasında yəhudilərə deyir ki...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Haaretz Daily” sensasiyon məqamları açıqladı
Rusiya Suriyada girov kimi qalıb
II Qarabağ Müharibəsində Türkiyə və İsrail Azərbaycanın əsas müttəfiqi kimi çıxış edib. Hər iki ölkə bizim üçün strateji önəm daşıyır. Təəssüf ki, bu ölkələr arasında münasibətlər son dərəcə gərgindir. Qərb mediası Türkiyə-İsrail müharibəsinin mümkünlüyü barədə də dəfələrlə yazıb. Proseslərin müharibəyə doğru istiqamət alması Azərbaycanın dövlət maraqlarını təhlükə altına atır. Rəsmi Bakı bu təhlükənin reallığını nəzərə alaraq tərəflər arasında vasitəçi qismində çıxış edir. Bu barədə adı çəkilən ölkələr də daxil olmaqla dünya mətbuatında dəfələrlə yazılıb. Təqdim etdiyimiz bu yazı da o qəbildəndir.
Əsası 1918-ci ildə qoyulmuş, hazırda İsrailin gündəlik qəzeti kimi tanınan “Haaretz Daily” Azərbaycanın həyata keçirdiyi vasitəçilik missiyasının bəzi detallarını açıqlayıb.
“As local powers tangle in Syria, Azerbaijan strives to prevent an Israel-Turkey clash” ("Suriyada yerli güclər bir-birinə qarışdığı bir vaxtda Azərbaycan İsrail-Türkiyə qarşıdurmasının qarşısını almağa çalışır") adlı məqalədə deyilir ki, son iki həftə ərzində İsrail Suriyada həm hərbi əməliyyatlarını, həm də diplomatik səylərini gücləndirərək, Dəməşqdəki yeni rejimin himayədarı olan Türkiyə ilə toqquşma təhlükəsinə qədər irəli gedib. Bu isə Azərbaycana vasitəçilik şansı verib.
Keçən ayın sonlarında baş nazir Benyamin Netanyahu İsrailin Suriyada yeni rejiminin qüvvələrinin Dəməşqin cənubundakı ərazilərə daxil olmasına icazə verməyəcəyini deməsi ilə gərginlik artdı. Bu, Suriyada ölümlə nəticələnən anti-İsrail nümayişlərinin alovlanmasına səbəb oldu. Daha sonra Netanyahu və müdafiə naziri İsrail Katz tərəfindən Suriyanın yeni rejiminə qarşı fövqəladə təhdid gəldi. İsrail Suriyadakı druz azlığını müdafiə edəcəyini bildirdi. Hazırda İsrail Suriyanı zəiflətmək üçün Vaşinqtonda lobbiçilik edir. Türkiyənin Suriyadakı təsirinə qarşı çıxmaq üçün Rusiyanın yerli bazalarını orada saxlamağa çalışır. Bundan başqa İsrail Suriyadakı kürdlərə dəstək verməklə Türkiyənin təsirini azaltmağa cəhd edir.
Məqalənin müəllifi olan Liza Rozovsky yazır ki, Azərbaycan tərəfi İsrailə deyir ki, Rusiyanın Suriyada mövcudluğunu saxlamaq cəhdi vaxt itkisindən başqa bir şey deyil. Əgər Rusiya hərbi bazalarını Suriyada saxlamaq istəyirsə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla anlaşmalıdır. Ruslar da Suriyada hərbi bazalarını saxlamaq şanslarının az olduğunu etiraf edirlər.
Azərbaycanın millət vəkili, İsrail-Azərbaycan Parlament Dostluq Qrupunun üzvü Rasim Musabəyov “Haaretz”ə deyib:
“Strateji müttəfiqimiz Türkiyə ilə strateji tərəfdaşımız İsrail arasında anlaşılmazlığı azaltmağa çalışacağıq”.
Kürdləri dəstəkləməyə gəlincə, azərbaycanlıların tonu fərqlidir. Musabəyov separatçı PKK-ya istinad edərək deyib:
“Xatırlatmaq istərdim ki, o vaxtlar İsrail Abdullah Öcalanın həbsində Türkiyəyə kömək edib”.
Öcalan 1999-cu ildə Keniyada ələ keçib, mühakimə olunub və ömürlük həbs cəzası çəkir. 1999-cu ildə ilk dəfə baş nazir olan Netanyahu isə Öcalanın həbsinə İsrailin kömək etdiyinə dair xəbərləri qəti şəkildə təkzib edib.
“İndi Türkiyəyə məlumdur ki, türk dövlətəinə qarşı terror yolu ilə mübarizədə İsrail PKK-ya fəal şəkildə kömək edir. Bu, Türkiyənin qətiyyən bağışlamayacağı bir şeydir”, - Musabəyov deyib.
“İsrail Türkiyə ilə münasibətləri normallaşdırmaqda və hərb meydanında üz-üzə gəlməkdən qaçmaqda maraqlıdırsa, Türkiyə və İranın maraqlarına zidd olacaq kürd dövlətinin yaradılmasını unutmalıdır. Amerikalılar həmin təşəbbüsün arxasında dursalar belə, bu, baş verməyəcək. İran və Türkiyə kürd dövlətinin yaranmasının qarşısını alacaq”.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri və ölkə prezidentinin köməkçisi Hikmət Hacıyev son aylarda İsrailə iki dəfə səfər edib. Sonuncu dəfə cənab Hacıyev Netanyahu ilə görüşüb, bir neçə gün sonra isə Kiprin Larnaka şəhərinə gedib və orada Türkiyənin xarici işlər naziri Hakan Fidanla bir araya gəlib.
Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru Fərhad Məmmədov deyir ki, “Azərbaycan İsrail və Türkiyə arasında münasibətlərin sistemə salınmasını istəyir”.
"Müttəfiqimizlə ən yaxın tərəfdaşımız arasında düşmənçilik olması bizim marağımızda deyil”.
Fərhad Məmmədov da deyir ki, Aralıq dənizinin Şərqində öz varlığını saxlamaq üçün Moskva Ankara ilə danışıqlar aparmalıdır: "Rusiyanın bölgədə başqa hərbi bazaları yoxdur. Ona görə də Rusiya Aralıq dənizində iştirak etmədən Şimali və Mərkəzi Afrikadakı aktivlərini saxlamaqda böyük çətinliklərlə üzləşəcək. Düşünürəm ki, Türkiyə vəziyyətdən istifadə edərək tədricən həmin aktivlərə nəzarəti ələ keçirəcək və Rusiyanı orada cilovlayacaq”.

“Rusiyanın Suriyadakı bazaları artıq baza deyil, demək olar ki, ruslar girov vəziyyətinə düşüblər. Rusiyaya qaçış yolu yoxdur. Əvvəllər ruslar Suriya və İraq üzərindən uça bilirdilər. İndi o yol bloklanıb, Türkiyə gəmilərin və döyüş təyyarələrinin keçməsinə icazə vermir. Rusiyanın heç bir variantı yoxdur. Suriyadakı hərbi bazada oturublar və oradan necə çıxacaqlarını bilmirlər”.
Maraqlıdır ki, ruslar azərbaycanlıların vəziyyəti dəyərləndirməsi ilə razılaşırlar...
Azərbaycanlılar deyirlər ki, İsrail Suriyada separatizmi və vətəndaş müharibəsini təşviq edir. Ancaq Türkiyənin Suriyaya nəzarəti birlik və sabitliyi qoruyub saxlayacaq. Bu isə son nəticədə İsrailin xeyrinə olacaq. Lakin İsrail nə Türkiyəyə, nə də Suriyadakı yeni rejimə güvənir. İsrail deyir ki, Ankara Livanda "Hizbullah"ı canlandırmaq üçün Tehranla əməkdaşlıq edir. Ötən həftə buna dair bəzi sübutlar oraya çıxıb: Türkiyədən Beyruta uçan bir sərnişinindən 2,5 milyon dollar müsadirə olub. Bu pul "Hizbullah" üçün Tehrandan göndərilib. İsrail rəsmiləri Tayyib Ərdoğanın HƏMAS-a açıq dəstəyini də özləri üçün təhlükə hesab edirlər. İsrailə bağlı bir mənbə Suriyanın yeni rejimi haqqında “Bunlar fanatik ideologiyaya malik cihadçılardır” deyir.
“Onların hərəkətləri ifratdır, keçmişləri qara, indiləri ondan da qaradır. Görün onlar kürdlərə nə edirlər”, o, Suriyanın Şimalında kürdlər ilə Türkiyəyə bağlı qüvvələr arasında gedən döyüşlərə işarə edərək deyir.
“İndi deyirlər ki, cihadçılar kostyum geyiniblər. Ancaq sadəlövh olmağın da öz sərhədi var”.
Lakin Təl-Əvivdəki (Qüds) Şalem Kollecində Türkiyə üzrə ekspert olan Tsameret Levy-Daphny deyir ki, “İsrailin Türkiyə anlayışı qüsurludur. Suriyaya münasibətdə isə İsrail isteriya və panika içindədir”.
O, Türkiyənin imperialist meylləri barədə söhbətin şişirdildiyini deyir. Türkiyə ardıcıl şəkildə mövqeyini ortaya qoyub: Fələstin dövlətinin yaradılması ilə yanaşı, İsraili də dövlət kimi tanıyır. (Elə Azərbaycan da bu mövqedədir).
Elbəyi Həsənli,
Sürix

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri