Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Türkiyə “Böyük İsrail” savaşı Azərbaycan nə etməlidir?

Türkiyə “Böyük İsrail” savaşı Azərbaycan nə etməlidir?

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə ilə İsrail arasındakı münasibətlər son dərəcə gərgindir. Ancaq hələ ki bu gərginlik kontrol altındadır, nəzarətdən çıxmayıb. Çıxa bilərmi? Mümkündür və realdır.
Çıxsa nə olacaq? Türkiyə NATO-nun üzvüdür. ABŞ-ın kağız üzərində də olsa müttəfiqdir. ABŞ və NATO İsrail-Türkiyə müharibəsində kimin yanında olacaq? Mən əminəm ki, NATO bu müharibədən kənarda qalacaq. Halbuki Türkiyəni qorumaq NATO-nun üzərinə götürdüyü öhdəliyə daxildir. Ancaq bu öhdəlik İsrail məsələsində keçməyəcək. Və bütün dünya görəcək ki, NATO-nun kollektiv müdafiə ilə bağlı üzərinə götürdüyü öhdəlik boş bir şeydir. Bu məsələdə bir məqam da var. Son günlərdə bir çox NATO ölkəsi Fələstin dövlətini rəsmən tanıdı. Əgər bu tanıma olmasaydı əminliklə onu da deyə bilərdik ki, NATO öz üzvü olan Türkiyənin yox, məhz “əsas qeyri-NATO müttəfiqi olan” İsrailin yanında yer alacaqdı. Ancaq Böyük Britaniya və Fransa kimi köklü ölkələrin Fələstin dövlətini tanımaşından sonra NATO-nun Türkiyəyə qarşı çıxması böyük biabırçılıq olardı, daha çox “sivilizasiyaların savaşı” anlamına gələrdi...


ABŞ isə İsrailə dəstək verəcək. Bu dəstək hansı səviyyədə olacaq? Təbii ki, ABŞ pərdə arxasından var gücü ilə İsrailə hərbi yardım göstərəcək. Maddi və siyasi dəstəkdə də elə bir məhdudiyyət olmayacaq. Ümumiyyətlə, ABŞ İsraili niyə dəstəkləyir? Bu suala Qərb siyasətçiləri birmənalı cavab verir: Amerika xristian-yəhudi dəyərləri üzərində bərqərar olmuş ölkədir. Bu xristian söhbətində də bir incəlik var. Amerikada xristianların əksəriyyəti evanqelstdir, yəni protestantdir. Protestantlar isə Allahın “yəhudilərə (İsrail oğullarına) vəd etdiyi torpaqlar”ın yəhudilərə verilməsinin tərəfdarıdır. Onlar bunu Allahın hökmü kimi dəyərləndirirlər. O da təsadüfi deyil ki, Donald Tramp tez-tez özünü dünya xristianlarının müdafiəçisi qismində təqdim edir və inanclı xristianların dini hisslərinə istinadən siyasət yürüdür...
Türkiyə İran və ya Qətər deyil. Türkiyənin İslam Dünyasında xüsusi statusu var. İslam Dünyasında mövcud olmuş xəlifəlik institutu uzun müddət türklərin əlində olub. Ona görə də əksər müsəlman ölkəsi, xüsusən Pakistan, Azərbaycan və Qətər... Türkiyəyə mümkün olan və olmayan köməkliyi göstərəcək. Digər müsəlman ölkələri də gec-tez hərəkətə keçəcək. Niyə? Çünki xalq müsəlman ölkələrindəki avtoritar rejimləri buna vadar edəcək. Kimlərsə deyə bilər ki, yox, Amerika buna imkan verməz. Məncə, Amerika İslam Dünyasının ayağa qalxması qarşısında geri çəkilməli olacaq. Çünki İsrail-Türkiyə müharibəsi miqyası və təsir dairəsinin genişliyi ilə əvvəlki müharibələrdən fərqlənəcək.


Təbii ki, İsrail Türkiyə ilə müharibə apara bilməz. Heç İranla da apara bilməzdi? İsrailin üstünlüyü ondadır ki, o, İranın hava məkanını ələ keçirmişdi. Maneəsiz şəkildə, özü də Amerikanın dəstəyi ilə istədiyi yeri bombalayırdı. İsrail Türkiyənin hava məkanında belə bir şey edə bilərmi? Düşünmürəm. Ona görə də İsrailin Türkiyəyə qarşı müharibədə elə bir şansı yoxdur. Yəni İsrailin hava üstünlüyü Türkiyəyə nisbətdə yetərincə olmayacaq.
Türkiyə isə asanlıqla İsraili darmadağın edə bilər. Zatən Türkiyənin hərbi sənayedə son illərdə əldə etdiyi möhtəşəm nəticələr İsraili Türkiyəyə hücum etməkdən çəkindirir. Türklər buna caydırıcılıq deyirlər. Yoxsa yəhudi dövləti çoxdan İstanbulu və Ankaranı bombalamışdı. Ancaq bu, artıq mümkün deyil. Çünki İsraildə havaya qalxan təyyarəni Türkiyə anındaca görür. Aydındır ki, Türkiyəyə doğru hərəkət edən F-35-ləri vurmaq üçün qardaş ölkənin əlində kifayət qədər və fərqli təyinatlara sahib silahlar var. İsrail də bunu bilir. Ona görə İsrail Türkiyəyə hücum etməkdən çəkinir.
İsrail-İran müharibəsi zamanı İran yəhudi dövlətinə ballistik raket hücumları təşkil edib. Və bu hücumlar kifayət qədər dağıdıcı olub. Türkiyənin əlində isə İsraili susdurmaq üçün daha çox imkanlar var...
O da aydındır ki, İsrail ABŞ ilə birlikdə Türkiyənin başının qatmaq üçün Suriyada duruzlardan və PKK-ya bağlı qruplardan yararlanmaq üçün böyük işlər görür. Ancaq Suriyada Türkiyəyə bağlı silahlı qruplar daha çoxdur, bu müstəvidə İsrailin uğur qazanması ağlabatan deyil. Zatən PKK da başa düşür ki, oyun bitib. Geriyə dönüş PKK-ya yaxşı bir şey vəd etmir. Suriyanın yeni hökuməti də Türkiyəyə bağlıdır. Və bu hökumət Qərb ölkələri, o cümlədən ABŞ tərəfindən dəstəklənir.
Türkiyə yeni qurulan Dəməşq hökuməti ilə koordinasiyada Suriyanın Homs əyalətindəki potensial hərbi bazaları və Həma əyalətindəki əsas hava limanınında möhkəmlənməyi planlaşdırıb, İsrail isə həmin əraziləri bombalayıb.


Təl-Əviv belə davam edərsə, Ankara ilə Təl-Əviv arasında qarşıdurma qaçılmaz olacaq. Türkiyə cənub sərhədində qeyri-sabitliyə səbəb olacaq hərəkətlərə göz yuma bilməz.
Hazırda Yaxın Şərqdə hegemonluğa can atan İsraildə anti-Türkiyə kampaniyası gedir. Türkiyə İsrailin əsas düşməni kimi təqdim olunur. Halbuki bir vaxtlar Türkiyə ilə İsrail arasında son dərəcə sıx münasibətlər mövcud olub. Məsələn, PKK-nın qurucusu və lideri Apo kimi tanınan Abdullah Öcalanın 1999-cu ildə həbs olunmasında İsrailin böyük xidmətləri var.
İsrail Qətəri vurduqdan sonra aydın oldu ki, ABŞ-ın yaxın müttəfiqi olan Qətərə rəsmi Vaşinqton elə bir dəstək vermədi. Əksinə, müxtəlif bəhanələrlə İsraili müdafiə etdi. Nəticə o oldu ki, varlı Körfəz Ölkələri başa düşdü ki, onlar da İsrailin hücumuna məruz qalsalar eyni aqibətlə üzləşəcəklər. Ona görə də qısa müddət ərzində Səudiyyə Ərəbistanı Pakistanla hərbi müqavilə imzaladı. Misirlə Türkiyə arasında yaxınlaşma prosesi daha da sürətləndi. Çünki “Böyük İsrail” xəyalına düşən yəhudi dövləti Misiri də təhdid etməkdən çəkinmədi.
Xatırladım ki, “Böyük İsrail” dedikdə sionistlər Misir, Suriya, Livan, İordaniya, Türkiyə, İraq və Fələstin ərazilərini nəzərdə tuturlar. İsrailin Baş naziri Benyamin Netanyahu avqust ayında verdiyi müsahibədə açıq şəkildə deyir ki, Allah bu torpaqları bizə vəd edib və onun missiyası “Böyük İsrail” dövlətini yaratmaqdır.
Əlbəttə, İsraildə hər kəs belə düşünmür. Məsələn, 14 sentyabr 2008-ci ildə İsrailin baş naziri, əvvəllər Likud partiyasından olan Ehud Olmert "Böyük İsrail bitdi. Belə bir şey yoxdur. Kim belə danışırsa, özünü aldadır”, demişdi. Bu kontekstdə onu da demək olar ki, Benyamin Netanyahu özünü aldadır. “Böyük İsrail” düşüncəsi yəhudi dövlətinin gələcəyini təhlükə altına atır. Ən azı ortada Nikol Paşinyan nümunəsi var. Məhz o, erməniləri mifik Ermənistanla vidalaşmağa, real Ermənistana qucaq açmağa inandıra bildi.


Bir şeyi də deyim. Sirr deyil ki, Azərbaycanın İsrail ilə xüsusi münasibəti var. İlham Əliyev bu münasibətləri obrazlı şəkildə aysberqə bənzədib. Yəni görünməyən hissəsi görünən hissəsindən qat-qat böyükdür. Ancaq orası da var ki, Azərbaycan Fələstini müstəqil dövlət kimi 1992-ci ilin 15 aprelində tanıyıb. İki ölkə arasında uzun müddətdir ki, diplomatik münasibətlər mövcuddur. Azərbaycan Fələstini tanıyan 92-ci ölkədir. Müqayisə üçün deyim ki, İran Fələstini tanıyan 84-cü ölkədir. Və bu qərarını 1989-cu ilin 4 fevralında bəyan edib. Yeri gəlmişkən, Türkiyə İrandan da əvvəl Fələstini tanıyıb. Bu sırada Türkiyə 12-ci yerdə gəlir. 1988-ci ilin 15 noyabrında rəsmi Ankara belə bir qərara imza atıb.
Mövzudan bir az kənara çıxsaq da son olaraq onu da deyim ki, Azərbaycan bütün vasitələrlə İsrail-Türkiyə və İsrail-Suriya anlaşmasının əldə olunması üçün vasitəçilik edir. Rəsmi Bakı səylərini indi də davam etdirir. Müəyyən uğurlar da əldə olunub. Təəssüf ki, daha sonra tərəflər əldə olunmuş konsensusdan xeyli uzaqlaşıblar. Ancaq Azərbaycan təkidlə vasitəçilik missiyasını davam etdirməlidir. Yaxın Şərqi bürüyə biləcək müharibə təhlükəsindən xilas etmək üçün bu, son dərəcə böyük bir missiyadır. Azərbaycan münaqişədə olan bütün tərəflərlə xoş münasibətdə olduğuna görə bu missiyanın yerinə yetirilməsində böyük uğur qazana bilər. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişinə ciddi təkan verərdi...
Elbəyi Həsənli,
Sürix

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Sentyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri