Icma.az
close
up
RU
Azərbaycan Türkiyə İsrail münasibətlərinin normallaşmasına çalışır

Azərbaycan Türkiyə İsrail münasibətlərinin normallaşmasına çalışır

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


“Türkiyə Azərbaycanın qardaşı və təbii müttəfiqidir. Eyni zamanda İsrail Azərbaycanla müttəfiq və dost ölkədir. Hər iki dövlət Vətən müharibəsi zamanı Azərbaycanın yanında olub və bizə hər cür dəstək göstərib. Sözsüz ki, Azərbaycan bu iki dost və müttəfiq ölkələr arasında hər hansı bir gərginliyin olmasında maraqlı deyil. Əksinə, onların münasibətlərinin normal və əməkdaşlıq formatında olması hamının xeyrinədir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin üzvü Asim Mollazadə bu gün dövlət başçısı İlham Əliyevin iki il əvvəl Türkiyə və İsrail arasında gərgin münasibətləri qaydaya qoymaq üçün Azərbaycanın səhnə arxasında apardığı uğurlu diplomatik işləri, eləcə də hazırda müşahidə edilən gərginlik fonunda bu işi davam etdirməsi barədə fikirlərini şərh edərkən deyib.

A. Mollazadə
Asim Mollazadə əlavə edib ki, Azərbaycan ona dost və müttəfiq olan dövlətlər arasında münasibətlərin hər zaman qaydada olmasında maraqlıdır və bunun üçün gördüyü işlər təbiidir. Onun sözlərinə görə, indi hər iki dost ölkənin öz nüfuzunu qoruması, ondan istifadə etməsi lazımdır: “Azərbaycan da bunun üçün öz imkanlarından istifadə edib və indi də edir. Prezident eyni zamanda qeyd edib ki, regionda əməkdaşlıq, iqtisadi əlaqələr, sabitlik hamının xeyrinədir. Bunun əksini istəyənlər dost olmayan ölkələrdir. Azərbaycan bu istiqamətdə əlindən gələni edir və uğurlu addımlar atır”.
A. Mollazadə hesab edir ki, Azərbaycana dost ölkələr arasındakı gərgin münasibətlər normal əlaqələrin qurulmasına gətirib çıxaracaq.

Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Aprel 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri